Qax rayonu ərazisində 7 tondan artıq çətənə bitkisi məhv edilmişdir.

   Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2014” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində 10.06.2014-cü il tarixdə Qax rayonunun Süskənd kəndinin yaxınlığında 10400 ədəd, çəkisi 3 ton 150  kiloqram, 14.07.2014-cü il tarixdə Qax rayonunun Fıstıqlı kəndi  yaxınlığında 12700 ədəd, çəkisi 3 ton 900 kiloqram olan  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 1285