Qəbələ rayonu ərazisində 8 tona yaxın çətənə bitkisi aşkar olunaraq məhv edilmişdir.

   Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2014” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Qəbələ rayonunun Bayramkoxa kəndi ərazisində 11500 ədəd, cəmi çəkisi 7 ton 900 kiloqram olan  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 1095