Şəmkir rayonu ərazisində 6 tondan artıq çətənə bitkisi aşkar olunaraq məhv edilmişdir.

   Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2014” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07.06.2014-cü il tarixdə rayonun Əliyaqublu kəndi ərazisində 0,45 ha sahədə 2300 ədəd, ümumi çəkisi 933 kq, 15.06.2014-cü il tarixdə Posanlı kəndi ərazisində 0,57 ha sahədə 2860 ədəd, ümumi çəkisi 1180 kq, 21.06.2014-cü il tarixdə Düyərli kəndi ərazisində 0,28 ha sahədə 3286 ədəd, ümumi çəkisi 1774 kq, 26.06.2014-cü il tarixdə Təzəkənd kəndi ərazisində 0,83 ha sahədə 3218 ədəd, ümumi çəkisi 1440 kq, 08.07.2014-cü il tarixdə Dəllər Cəyir kəndi ərazisində  0,43 ha sahədə 2230 ədəd, ümumi çəkisi 115 kq, 15.08.2014-cü il tarixdə Təzəkənd kəndi ərazisində 0,80 ha sahədə 357 ədəd, ümumi çəkisi 803 kq olan  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 1237