Şəmkir rayonu ərazisində 5 tondan artıq çətənə bitkisi aşkar olunaraq məhv edilmişdir.

   Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2015” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində 26.06.2015-ci il tarixdə rayonun Düyərli kəndi ərazisində 0,30 ha sahədə 3391 ədəd, ümumi çəkisi 1200 kq, 27.06.2015-ci il tarixdə rayon ərazisində 0,8 ha sahədə 4616 ədəd, ümumi çəkisi 2800 kq, 01.07.2015-ci il tarixdə Təzəkənd kəndi ərazisində 2,4 ha sahədə 4250 ədəd, ümumi çəkisi 1105 kq olan  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 1384