26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Zaqatala rayonunda tədbir keçirilmişdir.

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası məqsədi ilə, həmçinin “26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti digər qurumların iştirakı ilə Rayon Mədəniyyət Evində narkomaniya, onun doğurduğu fəsadlar, narkomaniya bəşəriyyətin bəlası və s. mövzuda geniş maarifləndirici tədbir keçirmişdir.

    Tədbirdə narkomaniya bəşəriyyətin bəlası adlı video çarx və narkomaniya ictimai bəladır, məhv olsun narkomaniya, narkomaniyaya ölüm və s. rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilmiş və narkomaniyaya yox deyək, yaşasın sağlam həyat adlı bukletlər tədbir iştirakçılarına paylanmışdır.




Baxılıb: 1173