Zaqatala rayonu ərazisində 8 ton 730 kiloqramdan artıq çətənə bitkisi məhv edildi.

   Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2015” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Zaqatala rayonun Yengiyan kəndi ərazisində 5 hektar sahədən 11640 ədəd, ümumi çəkisi 8 ton 730 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 1290