17 may 2013-cü il tarixidə Azərbaycan Milli QHT Forumunun (MQF) və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu Şirvan Şəhər İcra Hakimiyyəti ilə birlikdə Şirvan Şəhər 18 saylı orta məktəbdə yerli komissiya üzvilərinin, məktəb direktorlarının və onların təlim-tərbiyyə üzrə müavinlərinin, ictimayyətin, ağsaqalların, dini qurumların, yerli mətbuatın nümayəndələrinin iştirakı ilə “Narkomanlığa və narkobiznesə qarşı mübarizədə ictimaiyyətin və QHT-lərin rolunun artırılması”adlı tədbir keçirilmişdir.
Tədbirin əsas məqsədi narkomanlıq probleminin dövlətə, cəmiyyətə və insanlara vurduğu ziyan barədə əhaliyə, əsasən gənc nəslə dolğun məlumat verilməsi olmuşdur.
Toplantıda iştirak edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının I müavini Samid Abıyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbər müavini Vasif Quliyev, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) Prezidenti Rayf Zeyni və Narkotiklərə Qarşı Milli Təbliğat İB-nin nümayəndəsi Mehdi Məmmədli və digər şəxslər mövzu ətrafında çıxış etmişlər.