Sumqayıt şəhər polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2015” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər zamanı 05.06.2015-ci il tarixdə Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi həyət evində aqrotexniki qaydada qulluq edilmiş ümumi çəkisi 420 qram olan 11 ədəd narkotik xassəli çətənə kolu və 23.06.2015-ci il tarixdə Sumqayıt şəhəri 1-ci məhəllə istiqamətində yabanı halda bitmiş 40 ədəd, ümumi çəkisi 5 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.