Şəki şəhəri ərazisində 4 ton 300 kiloqramdan artıq çətənə bitkisi məhv edildi.

  Şəki şəhər polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2015” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Şəki rayonu Öryət kəndi ərazisində 1 hektar sahədən 3572 ədəd, ümumi çəkisi 4 ton 300 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 1638