26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Binəqədi rayon komissiyasının təşkilatçılığı ilə “Ağ ölüm” adlı tamaşa nümayiş olunmuşdur.

  Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq tapşırığına uyğun olaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası, həmçinin 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Binəqədi rayon komissiyasının təşkilatçılığı ilə 25.06.2015-ci il tarixdə Binəqədi Mərkəzi Mədəniyyət Evində “İrəvan” Dövlət Azərbaycan Dram Teatrı tərəfindən səhnələşdirilmiş “Ağ ölüm” adlı tamaşa nümayiş olunmuşdur.




Baxılıb: 2414