Gəncə şəhər Kəpəz rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2015” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Kəpəz rayonunun inzibati ərazisində 1438 ədəd, çəkisi 1870 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.