Bakı şəhəri Xəzər rayonunda “Xaş-Xaş” 2013 şərti adı altında tədbir keçirilmişdir.

Bakı şəhəri Xəzər rayon  polis idarəsinin əməkdaşları tərəfindən “Xaş-xaş” 2013 şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində, Xəzər rayonu Albalılı qəsəbəsi, yeni yaşayış massivində yaşayan Vüqar Qurbanova  məxsus həyətyanı sahəsindəki istilikxanadan   12 ədəd, ümumi  çəkisi 6 kq 245 qram   əkilib-becərilmiş narkotik tərkibli bitki olan çətənə kolları aşkar olunaraq, götürülmüşdür.




Baxılıb: 2192