26 iyun Beynəlxalq narkotiklərdən sui-istifadə və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə günü ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən dəyirmi masa keçirilib.

  Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə əsasən 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə bağlı Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Qaradağ rayon komissiyasının təşkilatçılığı ilə cari ilin 25 iyun tarixində rayon ictimaiyyətinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri, rayon komissiyasının sədri mövzu ətrafında çıxışlar edərək,narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar barədə danışmışlar.

 Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış  əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.




Baxılıb: 2749