Şirvan şəhərində tədbir keçirilmişdir

17 may 2013-cü il tarixidə Azərbaycan Milli QHT Forumunun (MQF) və Narkomanlığa  və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının  işçi qrupu  Şirvan Şəhər İcra Hakimiyyəti ilə birlikdə Şirvan Şəhər 18 saylı orta məktəbdə yerli komissiya üzvilərinin, məktəb direktorlarının  və onların təlim-tərbiyyə üzrə müavinlərinin, ictimayyətin, ağsaqalların, dini qurumların, yerli  mətbuatın nümayəndələrinin iştirakı ilə  “Narkomanlığa və narkobiznesə qarşı mübarizədə ictimaiyyətin və QHT-lərin rolunun artırılması”adlı tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi narkomanlıq probleminin dövlətə, cəmiyyətə və insanlara vurduğu ziyan barədə əhaliyə, əsasən gənc nəslə dolğun məlumat verilməsi olmuşdur.

Toplantıda iştirak edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının I müavini Samid Abıyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbər müavini Vasif Quliyev, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) Prezidenti Rayf Zeyni  və  Narkotiklərə Qarşı Milli Təbliğat İB-nin nümayəndəsi Mehdi Məmmədli və digər  şəxslər mövzu ətrafında çıxış etmişlər. 




Baxılıb: 1394