Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətində konfrans keçirilmişdir

     3 iyul 2013-cü il tarixdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətində “Narkotiklərə qarşı mübarizədə ictimayyətin və qeyri-hökumət təşkilatlarının (QHT-in) rolu” mövzusunda geniş konfrans keçirilmişdir.

       Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev konfransı giriş sözü ilə açaraq bu cür tədbirlərin xüsusi əhəmiyyətini qeyd etdi. O, çıxışında Yasamal rayonunun Bakı şəhərində narkotiklər sahəsində daha xarakterik olduğunu, narkomanlığın gənclər və yeniyetmələr arasında daha çox yayıldığını qeyd etməklə, rayonda hüquq-mühafizə orqanları ilə yanaşı digər qurumların, ictimai təşkilatların, qeyri-hökumət təşkilatlarının, dini qurumların və hətda ailələrin bu işdə fəaliyyətinin artırılmasını vurğuladı.

     Konfransda Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Məzahir Əliyev, Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, rayon polis şöbəsinin rəisi İsmayıl Əsədov və qeyriləri ətraflı çıxış etdilər.

       Ölkə Prezidenti cənab İlham Əliyevin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq etdiyi 2013-2018-ci illəri əhatə edən Dövlət Proqramının tələbləri və onun gələcək icrası əsas müzakirə mövzusu oldu.

     Konfrans Azərbaycan televiziyası, İctimai televiziya və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.




Baxılıb: 1303