Brüsseldə Narkotiklər üzrə Ekspertlərin Dialoq görüşü keçirilmişdir

      16 iyul 2013-cü il tarixində Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasında Litvanın sədrliyi çərçivəsində Aİ və Şərq Tərəfdaşlığı ölkələrinin narkotiklər üzrə Ekspertlərinin Dialoq  görüşü keçirilmişdir.

     Qeyd olunan tədbirdə Narkotik və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzinin (EMCDDA)  psixotrop maddələr üzrə ekspertin Roman Sedefovun və İrlandiya Respublikasının nümayəndəsi O’Donnelin məruzələri dinlənilmiş, bu məruzələrdən sonra Şərq Tərəfdaşlığı ölkələrinin həmçinin Azərbaycanın nümayəndə heyyəti tərəfindən “Azərbaycan Respublikasında narkotik vəziyyətə dair” məlumat tədbir iştirakçılarına çatdırılmışdır. Tədbirin ikinci yarısında Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrinin “Yeni psixotrop maddələrin və onların insan orqanizminə vurduğu ziyan” barədə dialoq şəklində müzakirələr aparılmışdır.

    Həmçinin tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun mütəxəssisi, Narkotik və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzinin (EMCDDA) əlaqələndiricisi Turcay Akif oğlu Əhmədov iştirak etmişdir.




Baxılıb: 963