İşçi Qrupun əməkdaşları Respublikanın bir sıra şəhər və rayonlarına ezam olunmuşdur.

         Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun tapşırığına əsasən Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Xızı, Xaçmaz, Quba və Qusar  rayon İcra Hakimiyyəti başçıları aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə  Qarşı Mübarizə üzrə Komissiyaların səlahiyyətlərinə  aid olan  vəzifələrin icrası ilə  tanış olmaq və müvafiq əməli köməkliklərin göstərilməsi məqsədilə İşçi Qrupunun əməkdaşları ezam olunmuşdur.

          Adları çəkilən rayon komissiyaları 2013-cü ildə gənclərin narkomaniya, cinayətkarlıq və digər zərərli vərdişlərdən uzaqlaşdırılaraq sağlam həyat tərzinə uyğun tərbiyə olunması, yabanı halda bitən müxtəlif növ narkoxassəli bitkilərin aşkarlanması və barəsində məhvetmə qərarı qəbul edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarının məhv edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirmişlər.

      Şəhər və rayonların tədris müəssisələrində narkotik asılılığın insan sağlamlığına və cəmiyyətə törədə biləcəyi zərərlər barədə şagirdlər, tələbələr və təhsil işçiləri arasında izahlı maarifləndirmə tədbirləri həyata keçirilməsi tövsiyə edilmişdir. Həmçinin Dövlət Komissiyası işçi qrupu tərəfindən “Narkotiklər haqqında həqiqəti bilin” adlı hazırlanmış yaddaş kitabçaları əhalinin, ələlxüsus azyaşlıların, yeniyetmə-gənclər və valideynlərin maarifləndirilməsi və antinarkotik təbliğatın genişləndirilməsi məqsədilə rayon komissiyalarına paylanılmışdır.

     Bununla yanaşı gələcəkdə həyata keçiriləcək tədbirlərin daha da səmərəli həyata keçirilməsi üçün yerli komissiyaların işinə əməli köməkliklər göstərilmişdir.       




Baxılıb: 5084