BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya Regional Ofisi, Konteynerlərə Nəzarət Proqramının Regional Koordinatoru cənab Batır Geldiyevlə Dövlət Komissiyasının işçi qrupunda görüş keçirilmişdir.

   05 may 2014-cü il tarixdə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya Regional Ofisi, Konteynerlərə Nəzarət Proqramının Regional Koordinatoru cənab Batır Geldiyevlə Dövlət Komissiyasının işçi qrupunda görüş keçirilmişdir.

   Görüşdə Bakı və Astara Bərə limanlarında  konteyner daşınmaları zamanı qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin aşkarlanması, Konteynerlərə Nəzarət Proqramı çərçivəsində Dövlət Gömrük Komitəsinə müasir texniki avadanlıqların verilməsi və sair məsələlər ətrafında söhbət aparılmışdır. Azərbaycan Respublikasında son narkotik vəziyyət, narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizənin vəziyyəti, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı həyata keçrilən tədbirlər barədə məlumat verilmiş və qonağa Dövlət Komissiyasının tərəfindən hazırlanmış Azərbaycan Respublikasında  narkotiklərə nəzarət sahəsində 2013-cü il üçün Ölkə Məruzəsi təqdim edilmişdir.

    Görüşdə Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Təhqiqat şöbəsinin rəisi Fikrət Ələsgərov və BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin Azərbaycan ofisinin hüquq mühafizə orqanları ilə İş üzrə lahiyələrinin əlaqələndiricisi Sevil Qəmbərova da iştirak etmişdir.




Baxılıb: 1383