Tərtər rayonunda “Gələcək sağlam gənclərindir!” adlı tədbir keçirilmişdir.

    Əsası Ümummilli Lilderimiz Heydər Əliyev tərfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu işləri davam etdirmək məqsədi ilə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Tərtər şəhərində yerləşən F.Orucov adına tam orta məktəbdə və 1 nömrəli tam orta məktəbdə “Gələcək sağlam gənclərindir!” adlı tədbir keçirmişdir.

   Tədbirdə çıxış edənlər narkomaniya, QİÇS və s. kimi təhlükəli xəstəliklər barədə geniş məlumat vermiş, gələcəyimiz olan gənclərin belə bəlalardan uzaq olması üçün maarifləndirici məlumatların onlara tez-tez çatdırılması, əyani vəsaitlərin paylanılmasının zəruriliyi vurğulanmışdır. 

  Sonda Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən hazırlanmış üzəri yazılmış köynəklər şagirdlərə paylanılmışdır.

   Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Tərtər rayonunun İcra Hakimiyyətinin, Təhsil və Gənclər və İdman idarələrinin, “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndələri, həmçinin adı çəkilən məktəblərin çoxsaylı şagird və müəllim kollektivi iştirak etmişdir. 




Baxılıb: 1127