Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və digər aidiyyəti orqanlar ilə birgə 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” münasibəti ilə, 2014-cü il iyunun 24-də saat 10:30-da dənizkənarı bulvar ərazisində “Narkomaniyadan özümüzü qoruyaq” adlı aksiya keçirilmişdir.
Tədbirdə İşçi qrupu tərəfindən hazırlanmış maarifləndirici bukletlər, yaddaş kitabçaları və üzəri yazılmış köynəklər tədbir iştirakçılarına və ictimaiyyətə paylanılmışdır.