26 iyun - BMT-nin Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar tədbirlər.

    Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq tağşırığına əsasən narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə və “26 iyun - BMT-nin Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar Dövlət Komissiyasının işçi qrupu və Gənclər İdman Nazirliyi tərəfindən hazırlanmış 1 dəqiqə 7 saniyəlik video rolik Bakı şəhərinin mərkəzi küçələrində yerləşən 9 reklam tablolarında 24-25 iyun tarixlərində yayımlanmış, həmçinin 26 iyun tarixdə də işıqlandırılması nəzərədə tutulmuşdur.

  Bununla yanaşı, Bakı şəhəri üzrə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 515 piyada dayanacaqlarında yerləşən avtobus informasiya terminal monitorlarında hazırlanmış video rolik cari ilin 24 iyun tarixdən işiqlandırılmaqdadır (3 gün ərzində).

   Eyni zamanda, narkomanlığın zərəri barədə əhalinin məlumatlandırılması məqsədi ilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkomaniyaya birlikdə yox deyək” adlı xüsusi loqo 26 iyun tarixdə intelektual VMS məlumat məntəqələrinin 14 yerləşmə löhvəsində işıqlandırılacaqdır.




Baxılıb: 1414