Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar narkomanlığın yayılmasına qarşı mübarizə, həmçinin narkomanların reabilitasiyası sahəsində fəaliyyət göstərən orqanların əməkdaşlarının peşəkarlığının artırılması və təcrübə mübadiləsi məqsədi ilə cari ilin 29-30 sentyabr tarixlərində təlim kursları keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.