Dövlət Komissiyasının işçi qrupu Pirallahı Rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirmişdir.

  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” nın  müvafiq bəndlərinin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Bakı şəhəri Pirallahı rayonu V.Mustafazadə adına mədəniyyət mərkəzində 31 oktyabr 2014-cü il tarixdə “Narkomaniyaya yox deyək-pis vərdişlərdən uzaq olaq” mövzusunda tədbir  keçirilmişdir.

  Mədəniyyət mərkəzində keçirilən tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə  Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserinin, Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər Baş İdarəsinin, Təhsil Nazirliyinin Bakı şəhər üzrə Təhsil İdarəsinin əməkdaşları, rayon Komissiya üzvləri və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.

  Tədbir Azərbaycan Dövlət Televiziyası və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmış və bununla yanaşı Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış  əyani vəsaitlər (bukletlər, “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları və s.) iştirakçılara paylanılmışdır.




Baxılıb: 1597