Dövlət Komissiyasının işçi qrupu Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirmişdir.

  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” nın  müvafiq bəndlərinin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Bakı şəhəri Yasamal rayonu Heydər Əliyev mərkəzində 07 noyabr 2014-cü il tarixdə “Narkomanlıqla mübarizə hər birimizin borcudur” mövzusunda dəyirmi masa  keçirilmişdir.

  Dəyirmi masada Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə  Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Təhsil Nazirliyinin, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Səhiyyə Nazirliyinin Bakı şəhər Narkoloji Dispanserinin, Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər Baş İdarəsinin əməkdaşları, rayon Komissiya üzvləri və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.

  Həmçinin, keçirilmiş tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə  Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Yasamal rayon İcra Hakimiyyətinin hazırladığı, narkomaniyanın törətdiyi bəlalardan bəhs edən qısametrajlı maarifləndirici film nümayiş olunmuşdur.

 Tədbir Azərbaycan Dövlət Televiziyası və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmış və bununla yanaşı Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış  əyani vəsaitlər (bukletlər, “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları və s.) iştirakçılara paylanılmışdır.




Baxılıb: 1142