Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” nın müvafiq bəndlərinin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin akt zalında 18 noyabr 2014-cü il tarixdə “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox dəyək” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserinin, Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər Baş İdarəsinin əməkdaşları, rayon Komissiya üzvləri və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.
Daha sonra tədbirdə narkomaniyanın törətdiyi bəlalardan bəhs edən maarifləndirici film nümayiş olunmuşdur.
Tədbir Azərbaycan Dövlət Televiziyası və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmış və bununla yanaşı Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (bukletlər, “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları və s.) iştirakçılara paylanılmışdır.