Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları Respublikanın bir sıra şəhər və rayonlarına ezam olunmuşdur.

  Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq razılığına əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icra vəziyyətiilə tanış olmaq və  əməli köməkliklərin göstərilməsi məqsədilə İşçi Qrupun əməkdaşları Respublikanın  Şirvan,  Salyan, Cəlilabad, Lənkəran, Astara, Goranboy, Yevlax, Şəmkir, Mingəçevir şəhər və rayonlarına ezam olunmuşdur.

  Təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsi, aidiyyəti qurumlarla əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində şəhər/rayon komissiyalarının sədrlərinə müvafiq məsləhət və tövsiyələr verilmişdir.




Baxılıb: 1116