Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rəsmi facebook səhifəsi təkmilləşdirilmişdir.

 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqamı” nın müvafiq bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində aparılan işlər və bu bəlaya düçar olmamağın yolları barədə internet səhifələrində (xüsusilə sosisal şəbəkələrdə) təbliğat aparılmasını nəzərə alaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının facebook sosial şəbəkəsində rəsmi səhifəsi yaradılmış və burada narkomanlığın törətdiyi fəsadlar, insan orqanizminə vurduğunu ziyan, sağlam həyat tərzinin təbliği, eyni zamanda Dövlət Komissiyasının təşkil etdiyi profilaktik, beynəlxalq və digər tədbirlər barədə mütəmadi olaraq geniş məlumatlar verilir, səhifənin daimi olaraq yenilənməsi və təbliği istiqamətində müvafiq işlər həyata keçirilir.




Baxılıb: 1180