Rayon haqqında

Qədim Azərbaycan torpağı olan Kəlbəcər inzibati rayon kimi 18 avqust 1930-cu ildə təşkil olunmuşdur. Rayon mərkəzi Kəlbəcər şəhəri Bakıdan 445 km aralı, Tərtər çayının sahilində yerləşir. Ermənistan Respublikası ilə 136 km, Dağlıq Qarabağ Muxtar Vilayəti ilə 96 km sərhədə malikdir. Sahəsi 3050 km2-dir. 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdir.

İşğala qədər 1 şəhər, 1 qəsəbə, 129 kəndi olmuşdur. Yaşayış evlərinin sayı 15000, ictimai binalar 185, təhsil müəssisələri 105, səhiyyə obyektləri 98, mədəniyyət obyektləri 167, sənaye obyektləri 18, kənd təsərrüfatı obyektləri 202, tarixi və dini abidələr 13, avtomobil yolları 625 km, körpülər 21, su kanalları 192 km, meşə sahələri 39000 ha, əkin və otlaq sahələri 13746 ha, iri buynuzlu mal-qaranın sayı 100000 baş, xırda buynuzlu heyvanların sayı 500000 baş, şəxsi təsərrüfatda 5000 arı ailəsi, 5 sanatoriya olmuşdur.

Kəlbəcər Dəlidağ, Keyti, Çalmalı, Murovdağ silsiləsi ilə əhatə olunmuşdur. Ən yüksək zirvələri Camışdağ (3724 m) və Dəlidağ (3616 m)-dir.

Ən böyük çayı Tərtər və onun qolları, Lev çayı, Tutqu çayı, Meydan çayı, Tatallar çayı və s. Böyük göllərdən Alagöllər, Novruzdüşən göl, Qanlı göl, Zalxa gölü, Qara göl və s.

Faydalı qazıntılardan qızıl, uran, mərmər, dəmir, mis, civə və dünya şöhrətli İstisu mineral suyudur. Rayon əhalisinin 1993-cü ilə olan milli tərkibi azərbaycanlıları 57008, kürdlər 1248, türklər 45, ruslar 14, ləzgilər 9, ukraynalılar 9, yəhudilər 4, tatrlar 3 nəfər olmuşdur. 2013-cü ilin 1 yanvar tarixinə olan rayon sakinlərinin sayı 70500 nəfərdir. Kəlbəcər şəhidlərinin sayı 482, o cümlədən hərbi şəhidlər 224 nəfər, mülki şəhidlər 258 nəfərdir. 74 nəfər Qarabağ əlili vardır.

Kəlbəcər rayonundan işğalçıların qeyd-şərtsiz çıxarılmaları haqqında BMT-nin Təhlükəsizlik Şurası 30 aprel 1993-cü il tarixli 822 nömrəli qətnamə qəbul etmişdir.

Hal-hazırda Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 58 rayonunun 1000-dən artıq yaşayış məntəqəsində müvəqqəti məskunlaşmışlar.




Baxılıb: 2484