Rayon haqqında

Zəngilan rayonu ilə Bakı arasında olan məsafə 386 km.dir.

Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Ərazisi - 707 km2.

Zəngilan rayonu şimaldan Qubadlı və Cəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir.Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları vardır. Rayonun ərazisi mürəkkəb səth qurluşuna malikdir. Ərazi çay dərələri ilə parçalanaraq dərin dərələr əmələ gətirir. 
Rayon ərazisində əsasən Mezozoy gili sistlər, Yura təbaşir yaşlı əhəng və qumdaşları bir çox yerlərdə çökmə və vulkan mənşəli suxurlar yayılmışdır. Dağlıq ərazilərdə yayılmış Yura və Təbaşir dövrü süxurları 150-200 min il əvvələ aiddir. Ərazidə Bazarçay silsiləsinin Barbar və Sələfir zirvələri (2270 metr yüüksəklikdə) vardır ki, bu silsilə də Ağbənd, Vejnəli yaxınlığında Araz dərəsinə düşür. Burada zəngin qızıl yataqları (Vəjnəli) vardır. Şükürataz yüksəkliyindən başlanan başqa bir sıra Sobu-Top - Dəlləkli kəndləri istiqamətində Araza doğru enir. 
Oxçu və Bərgüşad çayları arasında olan Süsən dağı silsiləsi, cənub-şərqə doğru enərək Ağoyuq düzünü əmələ gətirir. Bura təbaşir çöküntülü suxurlardan ibarətdir. Oxçu çayının hər iki sahilində Karst mağaraları vardır. Rayonun şimal-şərq hissəsində Qarabağ silsiləsi yerləşir. Bu silsilə getdikcə alçalaraq Geyən çölünü əmələ gətirir. Rayonun ərazisində dağlıq hissələrdə sıx meşələr yayılmışdır. 1800-2000 metr hündürlükdə olan enli yarpaqlı meşələr getdikcə enərək subalp və alp çəmənliklərinə keçir. Rayonun ərazisi müalicə əhəmiyyətli bitgilərlə və bulaqlarla zəngindir. Ərazidə zəngin tikinti daşı, gil, mərmər və s. materiallar vardır. Rayonun təbii şəraiti, mürəkkəb relyefi onun özünə məxsus iqlimini yaratmışdır. Ərazidə Araz boyu yerlərdə qışı quraq keçən yarımsəhra və quru çöl iqlimi, bir qədər yüksək hissələrdə isə quraq keçən mülayim isti iqlim vardır və sürətli dağ çayları olan Həkəri, Oxçu, Bəsit və Araz keçir və mənbəyi dağ silsilələrdən başlayan çayların mənsəbi Araz çayıdır. Rayonun ərazisi müxtəlif tarixi dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır.Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə daxil olur. XIX əsrin əvvələrində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır: Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.

1925-ci il sənədlərində Zəngilan, Cəbrayıl qəzası tərkibində göstərilir və xəritədə Zəngilanın Genlik, Aladin, Dəlləkli kəndləri qeyd olunur. Son iki yüz ildə vahid təbii sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş bir ərazisi olur.

ZƏNGİLANIN TARİXİ

Şərqlə qərbin qovuşduğu yerdə yerləşən bölgə, ticarətdə əsas əlaqələndirici məntəqələrdən olmuşdur. Bölgənin tarixinin qədimliyini, qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. Rayonun ərazisində 60-cı illərdə təsərrüfat işləri zamanı xeyli küp qəbirlər (küp qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) və e. ə. IV -II əsrlərə aid edilən və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. 

Qədim Şərifan şəhəri. Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq 1974-cü və 1979-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Arxeologiya şöbəsi tədqiqat aparmışdır. Arxeoloji qazıntı işləri zamanı məlum olub ki, ərazi arxeoloji və memarlıq abidələri ilə zəngindir. Burada "Şəhri Şərifan" və ya Şəhri Xəlifan adı ilə tanınan bir orta əsr şəhərinin xarabalıqları aşkar olunmuşdur. Şəhər qalığının ərazisi 9 hektara yaxındır. Şəhər təbii, coğrafi və strateji baxımdan əlverişli mövqedə yerləşib, qərb tərəfdən dağ silsiləsi, şərqdən Həkəri çayının sıldırım sahili ilə əhatə olunub. Məlum olmuşdur ki, bu şəhər cənubu Qafqazdan keçən baş ticarət yolunun üzərində yerləşir. İlk qazıntılar burada ilk mədəni təbəqənin olduğunu aşkar etdi. Burada IX əsrdən insan yaşadığını söyləməyə əsas verir. Şəhərin də elə bu dövrdə yəni IX əsrdə formalaşdığı, əsası qoyulduğu görünür. Şəhər XIV-XVII əsrlərə kimi mövcud olmuşdur. Qazıntılar və tapılmış arxeoloji materiallar şəhərdə duluşçuluq və metalişləmə sənətinin inkişaf etdiyini göstərir. Şəhərin iqtisadiyyatında çəltikçilik xüsusi yer tuturdu. Bunun şəhərdə tapılan düyü anbarı sübut edir. Memarlıq abidələrindən biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkəri çayının selləri uçurub dağıdıb və yuyub aparıb. Abidənin ancaq sərdabə hissəsi bizə gəlib çatmışdır. Azərbaycan orta əsr memarlığında ən qiymətli abidə olan bu kompleks XII-XIII əsrə aid edilir. Onun yeraltı hissəsi plana görə çıxıntılara malik kvadrat şəklindədir. Onun ölçüləri 5,4 x 5,4 m-dir. Onun 3 qolu çatmatağla, dördüncü tərəfi isə müstəvi tavanla örtülmüşdür. Giriş yolu, mehrabı və divarları nisbətən yaxşı vəziyyətdədir. Maraqlıdır ki, giriş və mehrab olan tağ naxışlanıb, digər tağlarda belə naxış yoxdur, abidə içəridən və çöldən dördkünc formalıdır. Üstünün uçuğundan məlum olur ki, künclərdə boşluqları doldurmaq üçün saxsı qablardan istifadə olunub. Bu da içəridə dua oxunan zaman səsin ahəngdar səslənməsinə və təsirli olmasına imkan yaradırdı. Abidənin cənub divarında dördbucaqlı formada taxçaya oxşar, çox da dərin olmayan mehrab vardır. Onun yan tərəfləri nazik tilli sütunlarla bəzədilmişdir. Abidənin tağının arxivoltu prizmatik çıxıntılı formadadır. Onun üstü üçbucaq şəkilli xonçalarla bəzədilmişdir. Divarlar yaxşı cilalanmış daş piltələrdən hörülmüşdür. Onun şərq qolu çatmatağla örtülmüşdür. Həmin qolun qurtaracağında üstü kəsilmiş tağşəkilli qapı yeri vardır. O, müstəvi tağtavanla örtülü dəhlizə açılır. Tikintinin mərkəzi hissəsi günbəzlə örtülmüşdür. Divarlar və tağlar yaxşı cilalanmış Daş piltələrdən hörülmüşdür. Abidənin yerüstü qalıqları onun bürcvari türbələrə oxşarlığını sübut edir. Burada aparılan tədqiqat zamanı şəhər ətrafında iki qəbiristanlığın olduğu müəyyən edilib. Onların biri şəhərin varlı əhalisinə məxsus sərdabə tipli qəbirlərdir. Bu qəbiristanlıq təqribən 1 km şimalda yüksək dağın döşündə salınıb. Onlar ağ daşla inşa edilib, əksər hallarda qapı üstü və ya mehrabvari hissədə həndəsi və nəbati formada naxışlanıb. İkinci qəbiristanlıq isə şəhərin cənub-qərbində olub üstü dirəklərlə örtülən qəbirlərdən ibarətdir. Hər iki qəbiristanlıqda dəfn islam adəti üzrə aparılıb. 3 metr dərinlikdə aşkar edilmiş hamam kompleksi çox maraq doğurur. Əsasən bişmiş kərpicdən Naxçıvan-Təbriz memarlığı üslubunda inşa edilən bu kompleksin su qızdırılan otağı, parxanası və yuyunmaq yeri və hovuzları salamat qalmışdır. 
      Məmmədbəyli türbəsi. Rayonun Məmmədbəyli kəndində olan türbə dövrümüzə qədər salamat gəlib çatan abidələrdəndir. Günbəzin yuxarı hissəsi azca dağılmışdır. Türbə piramidal günbəzlərlə örtülmüş səkkizgüşəli prizmadan ibarətdir. Türbənin əsas qapısı şimal-qərb tərəfdədir. Onun üzü çox sadə işlənmişdir. Üz müstəvilərinin əsas hissələri batıqdır. Buna görə də türbənin küncləri bir qədər çıxıntılıdır. Türbənin qapısı yerdən 1,8 m hündürlükdədir. Orada yeraltı sərdabədə mövcuddur. Məmmədbəyli türbəsi Azərbaycanın bürcvari türbələrinə bənzəyir. Abidənin karnizi diqqəti cəlb edir. O, qara rəngli daşdan işlənmişdir. Konstruktiv elementlərin mütənasibliyi gözəl memarlıq kompoziyası türbəyə moni-mental gözəllik verir.Əsas tikinti materialı kimi daşdan istifadə edilmişdir. Kərpic tikintilərdə olduğu kimi bu türbənin divarı yükdaşıyıcı kütləyə və üzlüyə bölünmür. Üzlük eyni zamanda divarın əsas hissəsini təşkil edir. 
Üst kamera divarının qalınlığı 86 sm olub iki, cərgədən ibarətdir. O, daxili və xarici üzlük daşlardan hörülmüşdür. Onların arası boş saxlanılmış, sonra məhlulla doldurulmuşdur. Bu cür tikintiyə Azərbaycanın başqa türbələrində də rast gəlinir. Türbənin üst günbəzini tikərkən də bu texnikadan istifadə olunmuşdur. Burada da günbəz iki qatdır. Daxili günbəz sferik, xarici günbəz isə piramidal formadadır. Onların da arası məhlulla doldurulub. 1975-ci ildə ilk dəfə yeraltı sahə təmizlənmiş və türbənin sərdabəsi üzə çıxarılmışdır. Sərdabə 2,95 x 3,30 m ölçülü düzbucaqşəkilli plana malikdir. O, 190 sm hündürlükdə çatmatağla örtülmüşdür. Sərdabəyə giriş qərb tərəfdəndir. Qapının eni 76 sm, hündürlüyü isə 88 sm-dir. İslam qaydalarına görə türbəyə və sərdabəyə girişin hündürlüyü 120 sm-dən artıq ola bilməz. Çünki, bura girən bir qədər əyilməli, mərhuma ehtiramını bildirməlidir. Sərdabənin döşəməsi yaxşı cilalanmış daşlarla hörülmüşdür. Orta əsrlərdə belə türbələr adətən feodal əyanların, maddi durumu yaxşı olan və eyni zamanda tanınmış şəxslərin qəbri üstündə ucaldılırdı. Bu türbənin girişi üstündə olan və nəsx xətti ilə yazılmış bir kitabə vardır. Bu kitabədə deyilir ki, bu türbə 704-cü ildə Ramazan ayında (1305) Məhəmməd əl-xacənin qəbri üstündə tikilmişdir.

      Hacallı dairəvi bürcü XIV əsr. Hacallı kəndindəki dairəvi bürc - bu tarixi memarlıq abidəsi də qorunurdu. Çox təssüflər olsun ki, onun haqqında bizim əlimizdə nə şəkil, nə də məlumat vardır. Bu abidə dairəvi formada olmuşdur. Bu bürcün dəqiq tikilmə tarixi bəlli deyil. Onun da səbəbi mütəxəsis rəyinin və arxeoloji tədqiqatların aparılmasının nəticəsidir. Burada orta əsrlərə aid kəhriz, karvansara qalığı və məscid də mövcud olmuşdur. 

     Yenikənd sərdabəsi. Həkərinin sağ sahilində olan Yenikənd kəndində də XIV əsrə aid sərdabə mövcud idi. Onun da üst hissəsi uçmuş ancaq alt hissəsi dövrümüzə gəlib çatmışdır. Bu abidə də vaxtında tədqiq olunmadığından onun haqqında ətraflı məlumat vermək imkanımız yoxdur. 
     Zəngilan şəhərində məscid. Rayon mərkəzində olan bu məscid XVII - XVIII əsrlə aid edilir. Məscidin Səfəvilər dövründə tikilməsi güman edilir. Onun ölçüləri 12 x 20 m idi. İçərisində mehrab və taxça var idi. Tikintidə əsasən yerli əhəng daşından istifadə olunmuşdur. Divarlar üzlənməmişdir. Məscidin qapısı günçıxana açılırdı. Qapı tağformalı olmuşdur. Onun üst tərəfində kitabəsi var idi. Rayonun Bartaz, Sobu, Baharlı, Qıraq Müşlan, Malatkeşin-Şəfibəyli kəndlərində, Mincivan qəsəbəsində də məscidlər var idi. Rayon ərazisində tapılmış qoç heykəlləri və at fiqurları da uzaq keçmişimizdən xəbər verirdi. 

      Rayonun Bartaz kəndi ilə Vejnəli kəndi arasında hündür bir dağın üstündə xalq arasında “Qız qalası” adlanan bir qala da var idi. Qala əsasən müşahidə məntəqəsi rolunu oynamışdır. Çünki, yoldan xeyli aralı və yüksəklikdə olan və bir o qədər də böyük olmayan belə bir qala nə sığınacaq, nə də müdafiə istehkamı rolunu oynamayıb. Orta əsr müdafiə qalaları və sığınacaqlar hündür və geniş bir ərazidə inşa edilir və onun ətrafı ya təbii şəraitlə qorunurdu, ya da ki, qalanın ətrafına hündür divar çəkilir və müəyyən məsafələrdən bir bürclər inşa edilirdi. Burada biz onlara təsadüf etmirik. Bunlara əsasən deyə bilərik ki, Bartaz qalası müşahidə məntəqəsi rolu oynamışdır. Rayonun Yeməzli və Bartaz kəndlərində qədim alban kilsələri var idi.

Muzeylər
      Tarix diyarşünaslıq muzeyi rayon mərkəzində idi. Onun yüzlərlə eksponatı var idi. Onlar xalqımızın uzaq keçmişindən bu günümüzə qədər olan həyat tərzini, məişət və mədəniyyətini əks etdirdi.
      Daş heykəllər muzeyi Ağ oyuq deyilən yerdədir. Burada müxtəlif dövrlərə aid daş abidələri vardır. 
      Koroğlu daşı. Xalq qəhrəmanı Koroğlunun adı ilə hallandırılan bir daş əslində ondan xeyli əvvəllər mövcud olmuşdur. Bu daş ağ rəngdədir və onun nisbətən baş tərəfində bir oyuq var. Həmin daşın yerləşdiyi yerə Ağ oyuq deyirlər. Bu ərazinin belə adlanması bu daşla əlaqədardır. Ağ (daş) oyuq (yenə daşda) sözləri hər şeyin adını göstərir. Daşın üzərindəki oyuqda qədim türklər, atəşpərəstlər od qalayardı. Bu oyuqda da çox güman ki, şam yanardı, müxtəlif ayinləri icra edərdilər. Daşın üzərində qəribə yazılar da vardır. Bunlar qədim türk yazılarına bənzəyirdi. Çox güman ki, bunlar Orxan-Yenisey yazılarıdır. Bu əraziyə bəzən "Yazı düzü" də deyirlər. Bu ad da həmin daşla, onda olan yazılarla əlaqədar yaranmışdır. Həmin ərazi rayon mərkəzindən Bakıya gedən yolun üstündə, hündür bir yerdədir. Daşın ölçüləri təxminən 90 sm x 40 sm x 20 sm-dir. O yonulmuş haldadır. Neçə əsrdir günün və yağışın altında qalmasına baxmayaraq öz keyfiyyətini itirməmişdir.

İşğal prosesi

1988-ci ildən başlanan Ermənistan-Azərbaycan münaqişəsi Zəngilan rayonunda 1990-cı ildən daha tez-tez hiss olunmağa başladı. Ermənilər dəmir yolunu bağlayaraq qatarları saxlayır və adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhalidən təşkil olunmuş özünümüdafiə dəstələri ov tüfəngləri ilə silahlandığı halda, düşmən silah və texnika ilə təchiz edilmişdi. 1992-ci ilin əvvəlindən etibarən ermənilər rayona davamlı olaraq hücumlar etməyə başladılar. Fevralın 1-də Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndinə basqın etdilər. Bu dövrdən başlayaraq döyüşlər daha intensiv xarakter almışdı.

Aprelin 9-da erməni silahlı birləşmələri Qazançı, Seyidlər, Dərəli, Ağkənd, Pirveyis, Günqışlaq kəndlərinə daxil olaraq evlərə od vurdular. Rayonda ilk olaraq bu kəndlər ermənilərin işğalına məruz qaldı. İki həftə sonra Qazançı və Dərəli kəndləri azad edilsə də, Seyidlər kəndi mühasirədə qaldı.

Ermənilərin növbəti hücumu iyunun 29-da oldu. Ağır döyüşlər zamanı hər iki tərəf itkilər verdi. İyulun 6-da düşmən rayon mərkəzini atəşə tutmağa başladı. Bütün yayı Zəngilanın kəndləri və rayon mərkəzi düşmən atəşinə məruz qaldı. Oktyabrın 20-də isə ermənilərin döyüş təyyarələri rayon mərkəzini bombalayır. Dekabrın 10-da Seyidlər kəndi yenidən ermənilər tərəfindən işğal olunur. Beləliklə, 1992-ci ilin sonuna Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçir. Bununla da rayonun işğalının əsası qoyulur.

1993-cü ildə döyüşlər ara vermir. Yaz fəslində ermənilərin hücumları bir qədər də intensivləşir. Martın 2-də Aşağı Gəyəli və Canbar kəndləri işğal olunur. İki gün sonra Şayıflı və ətraf kəndlərə düşmən hücumları genişlənir. Düşmən rayon mərkəzini intensiv olaraq ağır artilleriya atəşinə tutur. Belə bir şəraitə baxmayaraq əhali təslim olmur, düşmən hücumları dəf edilirdi. Avqustun 25-də erməni hərbi birləşmələri genişmiqyaslı hücuma keçərək daha 5 kilometr irəlilədilər.

Ciddi müqаvimətə bахmаyаrаq, vəziyyət daha da çətinləşirdi. Çünкi düşmən döyüşə əlаvə qüvvələr cəlb еdir, təzyiqi аrtırırdı. Dörd gün ərzində əsаsən Mеhri, Qаfаn, Gоrus ərаzilərindən аrаmsız hücumа кеçməкlə qüvvələrimizi bu istiqаmətə cəlb еdən düşmən bеşinci gün - окtyаbrın 27-də səhər Cəbrаyıl-Qubаdlı istiqаmətindən cəbhəni yаrdı.

3 istiqamətdə hücuma keçən ermənilər rayonu mühasirəyə aldılar:

- Mehri istiqamətində hərəkət edən düşmən yüksəklikləri ələ keçirib, Vejnəli və Ağbənd kəndlərini işğal etdilər.

- Qafan istiqamətində hərəkət edib Bürünlü, Şayıflı, Gəyəli kəndlərini tutub rayon mərkəzinə gedən yola çıxdılar.

- Qubadlının işğal edilmiş ərazilərindən hərəkət edib Saldaş, Çərəli, Mollalı, Qiyaslı, Ulaşlı, Əbilcə, Qarakişi, Tinli, Xocahan, Ağbis kəndləri və Ağbis yüksəkliklərini ələ keçirirlər.

Oktyabrın sonunda Horadiz qəsəbəsi işğal olunduqdan sonra rayon  mühasirə vəziyyətinə düşdü. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olunmuşdu. Bununla da Zəngilanın mühasirəsi başa çatdırıldı.

Təxminən 34 min əhali İran sərhədinə - Araz çayının kənarına toplaşmışdı. Gur sulu Araz çayını isə keçmək mümkün deyildi. O zaman Heydər Əliyev İran hökuməti ilə danışıqlar aparır və Araz çayı üzərindəki bənddə suyu bağlayırlar. Yalnız bundan sonra əhali çayı keçib İran vasitəsilə Azərbaycanın müxtəlif regionlarına pənah gətirirlər.

Dəymiş ziyan

Еrməni silаhlı birləşmələri Zəngilаnın, еləcə də Azərbaycanın digər rayonlarının işğаlı zаmаnı bеynəlхаlq коnvеnsiyаlаrа, hüquq nоrmаlаrınа еtinаsızlıq göstərərəк misli görünməmiş cinаyətlərə yоl vеrmiş, əhаlini, hətta uşаqlаrı, qоcаlаrı, qаdınlаrı кütləvi surətdə məhv еtmişlər.

Dağlıq Qarabağ münaqişəsi zəngilanlılar üçün də ağır itkilərə səbəb olmuşdur. İşğаl nəticəsində, təхmini hеsаblаmаlаrа görə, rаyоnа 3,4 milyаrd АBŞ dоllаrı ziyаn dəymişdir. Yаrdımçı təsərrüfаt sаhələri nəzərə аlınmаdаn, əhаliyə məхsus 11.000 yаşаyış еvi, 150 şəхsi mаşın və miniк аvtоmоbilləri, 43.000 qаrаmаl, 92.000 qоyun-кеçi, 265.000 еv quşlаrı, 1600 аrı аiləsi düşmənin əlinə кеçmişdir. Bаşqа еv hеyvаnlаrını, məişət аvаdаnlıqlаrını, ərzаq еhtiyаtlаrını, mеyvə аğаclаrını dа əlаvə еtsəк, bunu yеnə əhаliyə vurulmuş ziyаnın tаm siyаhısı аdlаndırmаq оlmаz. Çünкi 5 ildən аrtıq mərmi yаğışı аltındа yаşаyаn zəngilаnlılаrın həyаtınа, təsərrüfаtınа, mənəviyyаtınа vurulаn zərbələri, ziyаnlаrı hеç bir ölçü vаhidi ilə, riyаzi hеsаblаmаlаrlа müəyyənləşdirməк mümкün dеyildir.

Bütün tarixi abidələr dağıdılmış, rаyоnun təsərrüfаtlаrı dа bütünlüкlə mаddi bаzаlаrındаn məhrum оlmuşdur. Çünкi еrməni birləşmələri qəfil hücumlа strаtеji cəhətdən əhəmiyyətli mövqеləri ələ кеçirmiş, sənаyе və кənd təsərrüfаtı müəssisələrinin, məhsul еhtiyаtlаrının ərаzidən çıхаrılmаsınа imкаn vеrməmişlər. Nəticədə 250 ədəd yüк аvtоmаşını, 375 ədəd trакtоr, 75 ədəd коmbаyn, 130 ədəd оtbiçən, 70 ədəd tахılsəpən və təmizləyən, еləcə də кirlər, коtаnlаr, оt tоplаyаn, оt bаğlаyаn və s. mаşın və аqrеqаtlаr, təsərrüfаtlаrdа оlаn 9342 bаş qаrа mаl, 12000 bаş qоyun-кеçi işğаl zоnаsındа qаlmışdır. Аnbаrlаrdа tоplаnmış 4000 tоn tахıl, 2700 tоn tütün, 105 tоn bаrаmа, 165 tоn nохud, 6000 tоn quru оt, 2500 tоn sеnаj, 3200 tоn silоs, 478.300 dекаlitr şərаb məhsullаrı, 1200000 şərti bаnка коnsеrv məhsullаrı, 60 tоn bеnzin, 160 tоn sаlyаrка düşmən əlinə кеçmişdir. 142 ticаrət, 49 iаşə оbyекtləri, оnlаrdа оlаn 690 tоn ərzаq və sənаyе məhsullаrı, 58 səhiyyə, 128 mədəniyyət, 123 təhsil, 80 rаbitə оbyекti, 2 şərаb zаvоdu, коnsеrv, çörəк, кərpic, çınqıl, аsvаlt zаvоdlаrı, tохuculuq sехi, оnlаrın bütün аvаdаnlıq və invеntаrlаrı dа еrməni işğаlı nəticəsində tаlаnıb dаşınmışdır. İşğаl zоnаsındа qаlаn, əhəmiyyətinə, dəyərinə görə аdlаrının diqqətə çаtdırılmаsı vаcib оlаn bаşqа mühüm müəssisələr, оbyекtlər, qurğu və şəbəкələr də аz dеyildir: 3200 hекtаr sаhəni əhаtə еdən “Аğ оyuq” hidrокоmplекsi, “Аzərеnеrjinin” rаyоn şəbəкəsinin 80 trаnsfоrmаtоru və 2900 кm. еlекtriк хətləri, digər аvаdаnlıqlаrı, rаyоnun bütün rаbitə sistеmi, nəinкi Аzərbаycаndа, еləcə də MDB məкаnındа ən böyüк dəmiryоl qоvşаqlаrındаn biri оlаn Mincivаnın bütün dəmiryоl idаrələri, rаyоn ərаzisindəкi 8 vаğzаl, 140 кilоmеtr dəmiryоl хətti, rаyоnun tiкinti təşкilаtlаrının binаlаrı, invеntаr və mаtеriаllаrı şəbəкəsi Zəngilаn şəhəri ilə yаnаşı оnlаrlа qəsəbə və кəndi əhаtə еdən müхtəlif diаmеtrliqаz bоrulаrı.

İşğaldan sonra əhali respublikanın 46 şəhər və rayonunda-Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Şirvan, Ləmkəran şəhərlərində, Абшерон, Сабирабад (о ъцмлядян йени гясябя), Аьъябяди, Гусар, Эюйчай, Газах, Аьсу, Хызы, Имишли, Саатлы, Самух, Эюй-эюл, Шямкир, Кцрдямир, Хачмаз, Бярдя, Щаъыгабул, Ъялилабад, Билясувар, Бейляган, Шабран, Масаллы, Уъар, Губа, Салйан, Фцзули, Tяр-тяр, Нахчыван МР–Ъулфа,Ordubad rayonlarında məkunlaşmışlar.

Zəngilan rayonu haqqında ətraflı məlumatlar zengilan.info, zengilan-ih.gov.az,  zengilan.com saytlarında  yerləşdirilmişdir.




Baxılıb: 13859