Suraxanı rayonu Bakı şəhərinin cənub-şərqində yerləşir və ərazisinin 13 kilometri Xəzər dənizi ilə əhatə olunmuşdur. Rayon ərazisinin şərq hissəsi-Xəzər, şimal hissəsi-Sabunçu, qərb hissəsi-Nizami və Xətai rayonları ilə həmsərhəddir.
Neft və təbii qaz ilə zəngin rayonun iqtisadiyyatının əsasını neftqaz və aşınqayırma sənayesi təşkil edir. Hövsan qəsəbəsində quşçuluq və zeytunçuluq, Zığ qəsəbəsində isə fərdi maldarlıq təsərrüfatları inkişaf etmişdir.
Əmircan qəsəbəsində “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu yerləşir.
Yeni Suraxanı qəsəbəsində yerləşən 2 saylı Bərpa xəstəxanasında kükürdlü su ilə oynaqların, fəqərələrin iltihabı və mübadilə xəstəliklərindən müalicə olunurlar.
Zığ qəsəbəsində yerləşən “Duzlu göl”dən insanlar dəri və oynaq xəstəliklərinin müəlicəsi üçün istifadə edir.
“Samur-Abşeron” su kanalı, “Hövsan-Digah-Qaradağ” maqistral qaz kəməri, “Bakı-Novorossiysk” neft kəməri rayonun ərazisindən keçir.
Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunda xüsusi əhəmiyyət kəsb edən Heydər Əliyev prospekti, “Zığ - Heydər Əliyev Beynəlxalq Hava Limanı” avtomobil beton yolu rayonun ərazisindən keçir.
2009-cu ilin may ayının 4-dən Suraxanı rayonunda yeni salınmış “Heydər Əliyev” parkında Suraxanı rayonu Heydər Əliyev Mərkəzi fəaliyyətə başlamış və Rayon İcra Hakimiyyətinin yeni inzibati binası inşa edilmişdir.
Rayonun yaranma tarixi -1920–ci ilin may ayı.
Rayonun ərazisi –122 kv.km.
Əhalisi – 207,8 min nəfər (01.01.2013)
Əhalinin sıxlığı – 1703 nəfər 1 kv.km
Qəsəbələrin sayı – 6 (Əmircan, Yeni Suraxanı, Zığ, Hövsan, Qaraçuxur, Bülbülə).
Rayonda 10 ATS , 14 poçt idarəsi var
Rayon ərazisində 1880-ci ildən etibarən dəmir yolu xətti çəkilmişdir.
Fəaliyyət göstərən müəssisələrinin sayı – 575 ədəd
İstehsal edilmiş sənaye məhsullarının həcmi -321 milyon AZN (2012-ci il ərzində)
Yeni açılmış iş yerlərinin sayı -14652 nəfər (2003-2012-ci illər ərzində)
Rayonda 35 orta məktəb, 32 məktəbəqədər tərbiyə müəssisəsi, 1 uşaq evi, 1 internat məktəbi, 12 səhiyyə müəssisəsi, 30 istirahət parkı, 8 mədəniyyət sarayı, 6 kitabxana, 11 məscid və s. vardır.
Azərbaycanın neft və əsasən qaz sənayesinin inkişafı tarixi bilavasitə Suraxanı neft yatağının adı ilə bağlıdır. Rayonda “Abşeron Operating”, "SuraxanıOyl" və “Bahar Enerji” əməliyyat şirkətləri fəaliyyət göstərir.
Baxılıb: 5638