Gədəbəy rayonunda narkomanlıqla mübarizə sahəsində tədbir keçirilib.

  "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə cari ilin 30 avqust tarixində Dövlət Komissiyasının İşçi Qrupu Gədəbəy Rayon İcra Hakimiyyəti ilə birgə narkomanlıqla mübarizə sahəsində tədbir keçirmişdir.

  Tədbirdə iştirak edənlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, Rayon İcra Hakimiyyətinin və aidiyyəti dövlət orqanlarının nümayəndələri, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri çıxış edərək, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verib, iştirakçıları maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.

    Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək məqsədilə hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılıb.




Baxılıb: 158