Qalereya

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən görülən işlər müzakirə edildi

2024-cü il may ayının 14-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetində növbəti görüş keçirilmişdir.

Tədbirdə cari ilin yanvar-martayları ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən işlərin nəticələri və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov qeyd etmişdir ki,  narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə səmərəliliyin artırılması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlığının təmin edilməsi istiqamətində zəruri tədbirlər görülür. Hüquq-mühafizə orqanları müasir telekommunikasiya və informasiya imkanlarından istifadə edərək narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işini gücləndirmiş, qanunsuz dövriyyədən külli və xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilərək, məhkəmə hökmləri əsasında məhv olunmuşdur. Eyni zamanda ümumilikdə aşkar olunmuş cinayətlərin sayı, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin və psixotrop maddələrin miqdarının həmçinin, narkotik maddələrin aşırı dozasının qəbulu nəticəsində ölənlərin sayının azalmasını bildirmişdir.

Bununla yanaşı qeydiyyatda olan narkotik istifadəçilərinin sayı çox olan şəhər və rayonlar üzrə statistik göstəricilər təhlil edilmiş, istifadə ilə bağlı faktların çoxalmasından narahatlıq ifadə edilib, bu cür halların qarşısının alınması üçün antinarkotik təbliğatın müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla təşkil edilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasınınmaarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində kütləvi informasiya vasitələrinin sistemli şəkildə müvafiq işlərin görülməsinin davam etdirilməsinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə Audiovizual Şuranın sədri İsmət Səttarov cari ilin yanvar-mart ayları ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərə dair aparılan monitorinqin nəticələri barədə məlumat vermiş, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev, Milli Məclisin deputatı, Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov,Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov, "Xəzər TV MMC"nin baş direktoru Murad Dadaşov, "Azad Azərbaycan Teleradio Yayım Şirkəti"nin rəhbəri Azər Xəlilov və “Real” Təhlil İnformasiya Mərəzinin direktor müavini Mahir Məmmədov qeyd edilən tövsiyələri nəzərə alaraq, narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə kütləvi informasiya vasitələri tərəfindən daha geniş işıqlandırılmasının əhəmiyyəti barədə çıxış etmişlər.

Cari ildə aidiyyəti dövlət qurumu tərəfindən təqdim olunan sosial çarxların televiziya kanalları vasitəsilə ümumilikdə 10546 dəfə yayımlanması, media subyektlərində ekspertlərin iştirakı ilə 55 xüsusi verilişin təşkil edilməsi və narkomanlığın zərəri ilə bağlı müəllif süjetlərinin hazırlanması təmin edilmişdir.

Görüşün yekunu olaraq, narkomanlığa qarşı antinarkotik təbliğat işinin aparılmasında onlayn medianın və sosial şəbəkələrin imkanlarından geniş istifadə edilməsi, psixoaktiv maddələrdən istifadənin risk amilləri, insan sağlamlığına zərərli təsiri və problemin mahiyyətini ifadə edən xüsusi verilişlərin davamlılığının təmin edilməsi və sayının artırılması, o cümlədən həmin verilişlərə həkim-narkoloqların cəlb edilməsi, narkotik istifadəçilərinin sayı çox olan şəhər və rayonlar üzrə statistik göstəriciləri əks olunan bölgələrdə jurnalist araşdırmasının aparılması,aidiyyəti dövlət qurumları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın daha da gücləndirilməsi, həmçinin qeyri-hökumət təşkilatlarına ayrılan qrant layihələr hesabına effektiv və təsirli yeni sosial çarxların hazırlanması, onların kütləvi informasiya vasitələri ilə geniş işıqlandırılmasıilə əlaqədar müvafiq tövsiyələr verilmiş və qərarlar qəbul edilmişdir.

/img/gallery/100x100/2024_05_15_11_11_20_4921.JPG
  1. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanl..

  2. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanl..

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və  Şirvan, Sabirabad, Saatlı, İmişli və Ağcəbədi rayon komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 141 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

/img/gallery/100x100/2024_05_06_15_31_04_4d7a.jpg
  1. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Ağdaş rayon komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 89 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

 

/img/gallery/100x100/2024_05_06_14_17_47_2f25.jpg
  1. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

Nərimanov rayonda maarifləndirmə tədbiri keçirilmişdir.

  Cari ilin 30 aprel tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Nərimanov rayon İcra Hakimiyyəti ilə birgə Nərimanov rayonun 36 saylı tam orta məktəbi ilə birgə “Ağ ölümə yox deyirik” mövzusunda  maarifləndirici tədbir keçirimişdir.

  Tədbirdə, Nərimanov rayon İcra Hakimiyyətinin Başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ürzə komissiyanın sədri, 36 saylı tam orta məktəbin direktoru və müəllim heyəti, rayon Ağsaqqallar şurasının üzvləri və polis şöbəsinin əməkdaşı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun nümayəndəsi iştirak etmişdir.

 Yeniyemələrə  narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, asudə vaxtın səmərəli təşkil olunması barədə  ətraflı məlumat verilmişdir.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.

 

 

 

/img/gallery/100x100/2024_05_06_12_24_17_9fc6.jpg
  1. Nərimanov rayonda maarifləndirmə tədbiri keçirilmişdir...

  2. Nərimanov rayonda maarifləndirmə tədbiri keçirilmişdir...

  3. Nərimanov rayonda maarifləndirmə tədbiri keçirilmişdir...

  4. Nərimanov rayonda maarifləndirmə tədbiri keçirilmişdir...

  5. Nərimanov rayonda maarifləndirmə tədbiri keçirilmişdir...

  6. Nərimanov rayonda maarifləndirmə tədbiri keçirilmişdir...

"Biz narkotikə yox deyirik" mövzusunda məktəblilərlə maarifləndirici görüş keçirilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Zəngilan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə antinarkotik təbliğat istiqamətində "Biz narkotikə yox deyirik" mövzusunda Zəngilan rayon 28 nömrəli məktəbin yuxarı sinif şagirdləriilə məlumatlandırma  xarakterli görüş keçirildi.

Tədbir çərçivəsində məruzəçilər tərəfindən narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib.

Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış məlumatlandırıcı əyani vəsitlər iştirakçılara təqdim edilib.

/img/gallery/100x100/2024_04_29_10_42_56_0125.JPG
  1. "Biz narkotikə yox deyirik" mövzusunda məktəblilərlə m..

  2. "Biz narkotikə yox deyirik" mövzusunda məktəblilərlə m..

  3. "Biz narkotikə yox deyirik" mövzusunda məktəblilərlə m..

  4. "Biz narkotikə yox deyirik" mövzusunda məktəblilərlə m..

  5. "Biz narkotikə yox deyirik" mövzusunda məktəblilərlə m..

İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib.

Cari ilin 26 aprel  tarixində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirmə tədbiri təşkil edilib.

Tədbirdə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı  Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı müvafiq təqdimatla çıxış edərək, narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, 802 - qaynar xəttin fəaliyyət istiqaməti barədə geniş məlumat vermiş və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılmışdır.

/img/gallery/100x100/2024_04_29_09_12_22_0531.jpg
  1. İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mər..

  2. İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mər..

  3. İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mər..

  4. İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mər..

Növbəti maarifləndirmə tədbiri 11 saylı cəzaçəkmə müəssisəsində təşkil edilib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında birgə imzalanmış Tədbirlər Planının icrası çərçivəsində 11 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda növbəti maarifləndirmə tədbiri təşkil olunmuşdur.

Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert-həkimi, Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzinin həkim-narkoloqu, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı iştirak ediblər.

Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması haqqında ətraflı məlumat verilib.

Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.

/img/gallery/100x100/2024_04_26_17_17_32_1725.JPG
  1. Növbəti maarifləndirmə tədbiri 11 saylı cəzaçəkmə müəss..

  2. Növbəti maarifləndirmə tədbiri 11 saylı cəzaçəkmə müəss..

  3. Növbəti maarifləndirmə tədbiri 11 saylı cəzaçəkmə müəss..

  4. Növbəti maarifləndirmə tədbiri 11 saylı cəzaçəkmə müəss..

  5. Növbəti maarifləndirmə tədbiri 11 saylı cəzaçəkmə müəss..

10 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maarifləndirmə tədbiri keçirilib

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında birgə imzalanmış Tədbirlər Planının icrası çərçivəsində 10 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda növbəti maarifləndirmə tədbiri təşkil olunmuşdur.

Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert-həkimi, Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzinin həkim-narkoloqu, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı iştirak ediblər.

Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması haqqında ətraflı məlumat verilib.

Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.

/img/gallery/100x100/2024_04_26_17_14_13_b0d6.jpg
  1. 10 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maa..

  2. 10 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maa..

  3. 10 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maa..

  4. 10 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maa..

  5. 10 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maa..

Bakı Ali Neft Məktəbində maarifləndirmə tədbiri keçirilmişdir.

Cari ilin 24 aprel  tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq çərçivəsində konfrans zalında “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə, Bakı Ali Neft Məktəbinin prorektoru, Gənclərin Anti-narkomaniya İctimai Birliyinin sədri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı  iştirak edərək, tələbələrin antinarkotik dünya görüşünün formalaşdırılması, narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilmiş və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır. Həmçinin Dövlət Komissiyasının “802” qaynar xəttinin fəaliyyət istiqamətindən, ora olunan müraciətlərin operativ şəkildə aidiyyətı qurumlara yönəldiməsi və xüsusi nəzarətdə saxlanılması barədə məlumat verilmişdir.

Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılmışdır.

/img/gallery/100x100/2024_04_26_15_42_43_2480.jpg
  1. Bakı Ali Neft Məktəbində maarifləndirmə tədbiri keçiril..

  2. Bakı Ali Neft Məktəbində maarifləndirmə tədbiri keçiril..

  3. Bakı Ali Neft Məktəbində maarifləndirmə tədbiri keçiril..

  4. Bakı Ali Neft Məktəbində maarifləndirmə tədbiri keçiril..

Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir.

Cari ilin 23 aprel tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə, Bakı şəhəri Nərimanov rayonun 39 saylı tam orta məktəbi ilə birgə “Biz sağlam həyat tərzi seçirik, narkotiklərə yox deyirik” mövzusunda  maarifləndirici tədbir keçirimişdir.

Tədbirdə 39 saylı tam orta məktəbin direktoru, müəllim heyəti,  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun məsul əməkdaş iştirak etmişdir.

Narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri,  asudə vaxtın səmərəli təşkil olunması barədə  ətraflı məlumat verilmiş, həmçinin Dövlət Komissiyasının “802” qaynar xətti və sosial rolikləri nümayş olunmuşdur.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2024_04_23_16_26_57_50cf.jpg
  1. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

  2. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

  3. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

  4. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-mart aylarının yekununa dair məlumat

2024-cü ilin yanvar-mart ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqaisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir. 

Сari ilin yanvar-mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2909 cinayət faktı aşkarlanmışdır. Onlardan821-i narkotik vasitələrin qanunsuz satışı, 2076-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması,12-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi ilə  bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 787 kq 303,666 qr narkotik vasitələrin və psixotrop maddələrin 271 kq 179,209 qr-nı heroin,1 ton 351 kq 080,549 qr-nı marixuana, 53 kq 146,627 qr-nı tiryək, 23 kq 560,45 qr-nı həşiş, 80 kq 107,451 qr-nı psixotrop maddələr,8 kq 229,38 qr-nı digər narkotik vasitələr təşkil etmişdir.Həmçinin göstərilən dövr ərzində 690 ədəd metadon həbi, 135 ədəd çətənə kolu və 186,3 qr güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdür.

2024-cü ilin yanvar-mart ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 1 ton 787 kq 303,666 qrnarkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 51 milyon 36.000 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1615 nəfər cəlb edilmiş, həmin şəxslərdən 1564-ü kişi, 51-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş 22 nəfəri xarici ölkə vətəndaşından 99 kq 487,934 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 55 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 539 kq 313,997 qr narkotik vasitə və psixotrop maddə, 690 ədəd metadon həbi çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 61-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 499 kq 605 qr narkotik vasitə və psixotrop maddə  və 4,6 qr güclü təsir edən maddə  müsadirə edilmişdir. 476 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 355 kq 087,2 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

Təhlil göstərir ki, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 264, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 227, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı isə 11 fakt, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 5, digər növ cinayət faktların sayı 21, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 18 fakt, qrup halında olan cinayətlərin sayı 3 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 273 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 224 kq 091,286 qr azalmışdır.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 20286 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 604 nəfərdən 418 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Cari ilin yanvar-mart ayları ərzində “802” qaynar xətt  telefon zəng xidmətinə 126 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 41-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 44-ü narkotik asılılıqdan müalicə, 41-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 85 məktub ünvanlanmışdır.

Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

/img/gallery/100x100/2024_04_23_10_16_10_0b7a.png
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..

Bakı Avrasiya Universitetinin Kollecində maarifləndirmə tədbiri keçirilmişdir.

Cari ilin 22 aprel  tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Bakı Avrasiya Universiteti ilə əməkdaşlıq çərçivəsində konfrans zalında “Zamanlı ömrümüzü hədər etməyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə, Bakı Avrasiya Universiteti Kollecinin direktor müavini, gənclər təşkilatının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı iştirak edərək, tələbələrin antinarkotik dünya görüşünün formalaşdırılması, narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilmiş və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılmışdır.

/img/gallery/100x100/
  1. Bakı Avrasiya Universitetinin Kollecində maarifləndirmə..

  2. Bakı Avrasiya Universitetinin Kollecində maarifləndirmə..

  3. Bakı Avrasiya Universitetinin Kollecində maarifləndirmə..

  4. Bakı Avrasiya Universitetinin Kollecində maarifləndirmə..

  5. Bakı Avrasiya Universitetinin Kollecində maarifləndirmə..

  6. Bakı Avrasiya Universitetinin Kollecində maarifləndirmə..