Qalereya

7 saylı cəzaçəkmə müəssisəsində növbəti maarifləndirmə tədbiri təşkil olunub

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən birgə icra edilən Tədbirlər Planı çərçivəsində 7 saylı cəzaçəkmə müəssisəsində növbəti maarifləndirmə tədbiri baş tutub.

Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert-həkimi, Səhiyyə Nazirliyi Bakı şəhəri Narkoloji Mərkəzinin həkim-psixoloqu və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı narkotiklərlə bağlı cinayətlərin qarşısının alınması, onların insan sağlamlığına və cəmiyyətə vurduğu fəsadlar, həmçinin bu sahədə dövlətin apardığı mübarizə tədbirləri barədə ətraflı məlumat verilib. Həmçinin, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası mövzusuna xüsusi diqqət yetirilib. Bundan əlavə, QİÇS və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması ilə bağlı maarifləndirici çıxışlar edilib.

Tədbirin sonunda iştirakçılar suallarını ünvanlayıb və mövzu ətrafında geniş müzakirələr aparılıb. Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış təbliğat materialları təqdim olunub.

 

/img/gallery/100x100/2025_03_11_14_15_38_f8e9.jpg
  1. 7 saylı cəzaçəkmə müəssisəsində növbəti maarifləndirmə ..

  2. 7 saylı cəzaçəkmə müəssisəsində növbəti maarifləndirmə ..

6 Saylı Cəzaçəkmə Müəssisəsində Narkomaniyaya Qarşı Maarifləndirmə Tədbiri Keçirilib

 Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən birgə icra edilən Tədbirlər Planı çərçivəsində 6 saylı cəzaçəkmə müəssisəsində növbəti maarifləndirmə tədbiri baş tutub.

 Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert-həkimi, Səhiyyə Nazirliyi Bakı şəhəri Narkoloji Mərkəzinin həkim-psixoloqu və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nümayəndələri iştirak ediblər.

 Görüş zamanı narkotiklərlə bağlı cinayətlərin qarşısının alınması, onların insan sağlamlığına və cəmiyyətə vurduğu fəsadlar, həmçinin bu sahədə dövlətin apardığı mübarizə tədbirləri barədə ətraflı məlumat verilib. Həmçinin, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası mövzusuna xüsusi diqqət yetirilib. Bundan əlavə, QİÇS və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması ilə bağlı maarifləndirici çıxışlar edilib.

 Tədbirin sonunda iştirakçılar suallarını ünvanlayıb və mövzu ətrafında geniş müzakirələr aparılıb. Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış təbliğat materialları təqdim olunub.

 

/img/gallery/100x100/2025_03_11_10_47_18_9246.JPG
  1. 6 Saylı Cəzaçəkmə Müəssisəsində Narkomaniyaya Qarşı Maa..

  2. 6 Saylı Cəzaçəkmə Müəssisəsində Narkomaniyaya Qarşı Maa..

  3. 6 Saylı Cəzaçəkmə Müəssisəsində Narkomaniyaya Qarşı Maa..

  4. 6 Saylı Cəzaçəkmə Müəssisəsində Narkomaniyaya Qarşı Maa..

2025-ci il üzrə statistik məlumat

2025-ci ilin yanvar ayı.

/img/gallery/100x100/2025_02_19_15_19_49_cec6.png
  1. 2025-ci il üzrə statistik məlumat..

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2025-cü ilin yanvar ayının yekununa dair məlumat

 2025-ci ilin yanvar ayı ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir. 

 Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 685 cinayət faktı aşkarlanmışdır. Onlardan 179-u narkotik vasitələrin qanunsuz satışı, 505-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

  Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş  750 kq 328,026 qram narkotik vasitələrin və psixotrop maddələrin 681 kq 035,96 qramını marixuana, 28 kq 335,05 qramını heroin, 13 kq 146,382 qramını tiryək, 9 kq 230,5 qramını həşiş, 3kq 621,6 qramını digər narkotik vasitələr və 14 kq 958,534 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 1475 ədəd metadon qanunsuz dövriyyədən  götürülmüşdür.

  Qanunsuz dövriyyədən çıxarılmış 750 kq 328, 026qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 19 milyon 430 min AZN kimi qiymətləndirilir.

  Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 235 nəfər cəlb edilmiş, onlardan 18-25 yaşadək 14 nəfər, 26 - 29 yaşadək 31 nəfər, 30 yaş və ondan yuxarı isə 190 nəfər təşkil edir. Həmin şəxslərdən 227-i kişi, 8-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 7 nəfəri xarici ölkə vətəndaşıdır.

  Məsuliyyətə cəlb edilmiş 7 xarici ölkə vətəndaşından3-ü İran İslam Respublikası,   2-si Rusiya, 1-i Gürcüstan, 1-i Ukrayna vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 10 kq 009,195 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.

  Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 22 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 173 kq 322,226qr və 1475 həb metadon  narkotik vasitə və psixotrop maddə çıxarılmışdır.

    Ümumilikdə, aşkar edilmiş cinayətlərin 14 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 194 kq 732,81 maddə müsadirə edilmişdir.

    97 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 283 kq 321,7qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

   Təhlil göstərir ki, 2024-cü ilin yanvar ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 413, qanunsuz satış ilə bağlı faktların sayı 137, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 277, qrup halında olan cinayətlərin sayı 13 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 7 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 80 kq 693,581qr, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 226 nəfər, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 3 nəfər azalmışdır. Bu kateqoriyadan olan digər cinayətlərin sayı 1 vahid artmışdır.

  2024-cü ilin yanvar ayı ilə müqayisədə 2025-ci ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 57 kq 878,85 qr (67,1%), tiryəkin çəkisi 2 kq 958,494 qr (18,4%), həşişin çəkisi 13 kq 603,05 qr (59,6%), psixotrop maddələrin çəkisi 8 kq 119,957 qr (35,2%) azalmışdır

 Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 750 kq 328,026 qr-n  (90,7 %) marixuana təşkil etmişdir. Onun da 623 kq 411,36 qramı (83%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 57 kq 624,6 qramı  (7,6 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.

  Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar tarixində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 24 qərar əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 5 ton 168 kq 332,011 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırma üsulu ilə məhv edilmişdir.

   Yeni statistik hesabat formasına uyğun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 7859 nəfər  istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 431 nəfərdən 225 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

   2025 ilin yanvar ayı ərz “802” qaynar xətt telefon zəng xidmətinə 64 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 2-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 7-i narkotik asılılıqdan müalicə, 55-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 9 məktub ünvanlanmışdır.

  802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

         

  

Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

        

/img/gallery/100x100/2025_02_19_15_01_07_961b.png
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Lənkəran, Astara, Biləsuvar, Salyan, Neftçala şəhər/rayon komissiyaları tərəfindən ümumilikdə 208 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

  Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

 

/img/gallery/100x100/2025_02_18_10_27_25_9fd9.jpg
  1. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Qaradağ rayon komissiyası tərəfindən ümumilikdə 69 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

/img/gallery/100x100/2025_02_17_12_02_50_5301.jpg
  1. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

İctimai maarifləndirmə işləri davam etdirilir

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə mövzusunun media subyektlərində işıqlandırılması davam etdirilmişdir.

Belə ki, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik beyində silinməz izlər buraxır”, ”Narkotik sərhədiz fəlakətdir” adlı video çarxlar, “802-Qaynar xətt” xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial rolik televiziya kanalları vasitəsilə 2024-cü ilin yanvar-dekabr ayları ərzində ümumilikdə 29563 dəfə yayımlanması, həmçinin ekspertlərin iştirakı ilə 167 xüsusi verilişin və narkomanlığın zərəri ilə bağlı müəllif sujetlərin hazırlanması təmin edilmişdir.

Bununla yanaşı narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı yaranan problemlər haqqında vətəndaşlar arasında maarifləndirmə işinin daha səmərəli təşkili məqsədilə, ölkə üzrə fəaliyyət göstərən çap və onlayn media subyektlərində ötən ilin 12 ayı ərzində ümumilikdə 5129 informativ və maarifləndirici material dərc olunmuşdur.

 

/img/gallery/100x100/2025_02_10_11_33_45_c7a2.jpg
  1. İctimai maarifləndirmə işləri davam etdirilir..

  2. İctimai maarifləndirmə işləri davam etdirilir..

  3. İctimai maarifləndirmə işləri davam etdirilir..

  4. İctimai maarifləndirmə işləri davam etdirilir..

  5. İctimai maarifləndirmə işləri davam etdirilir..

Azərbaycan Respublikasının Gənclər Fondu ilə Dövlət Komissiyasının İşçi Qrupu arasında tədbirlər planı imzalanıb

Gənclər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi və 2025-ci il ərzində görüləcək işlərin sistemli şəkildə təşkili məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında tədbirlər planı imzalanıb.

Tədbirlər Planı çərçivəsində gənclər təşkilatları üçün təlimlər, ali təhsil müəssisələrində tələbələr üçün maarifləndirici təqdimatların keçirilməsi, maarifləndirici videoçarxların geniş auditoriyada nümayiş olunması, narkotiklə mübarizədə yaxından çalışan qurumlarla fəal gənclərin görüşü, infoturlar, narkotik asılılıq və onun formalaşma mərhələlərinə dair biliklərin artırılması məqsədilə könüllülər üçün müvafiq mövzuda  təlimlərin və seminarların təşkil edilməsi, regionlarda fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri üçün ictimai mühazirə və seminarların, hər il ənənəvi olaraq keçirilən “Yay Fest”in və internat məktəblərinin yuxarı sinif şagirdlərinin fərqli bir yaşam mühitində maarifləndirilməsi məqsədi ilə düşərgələrin və digər tədbirlərin təşkili planlaşdırılmışdır.

Eyni zamanda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsullarının, metodik vəsaitlərin təşkil ediləcək təlim və seminarlarda iştirakçılar arasında paylanılması nəzərdə tutulur.

/img/gallery/100x100/2025_02_03_09_53_12_8bdb.jpg
  1. Azərbaycan Respublikasının Gənclər Fondu ilə Dövlət Kom..

Azərbaycan gömrük orqanlarının qanunsuz dövriyyədən götürdüyü 5,1 tondan çox narkotik məhv edildi

Yanvarın 28-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun təşkilatçılığı və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə gömrük orqanları tərəfindən həyata keçirilən gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən götürülmüş və barəsində məhkəmənin məhvetmə qərarı qəbul edilmiş 24 cinayət işi üzrə ümumilikdə 5 ton 168 kq 332 qram narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilmişdir.

Beynəlxalq standartlara və milli qanunvericiliyə uyğun şəkildə şəffaflıq prinsipi əsasında həyata keçirilmiş məhvetmə aksiyasını BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin, media və ictimai təşkilatların nümayəndələri də müşahidə etmişdir.

Məhv edilənlərin 91.3%-i daha təhlükəli narkotiklər: yəni 4 ton 662 kq 185 qramı heroin və 58 kq 837 qramı metamfetamin olmuş, bundan əlavə 369 kq 529 qram tiryək, 77 kq 779 qram həşiş və digər maddələr də məhv edilmişdir.

Bu narkotiklərin 98.7%-i, yəni 17 fakt üzrə 5 ton 105 kq 990 qramı cənub sərhədlərindən Azərbaycan ərazisinə daxil olmaqla tranzit yolla Avropa ölkələrinə çatdırılması üçün nəzərdə tutulurdu. Məhv edilən narkotiklərin Avropada qanunsuz orta pərakəndə satış qiyməti 272 milyon avrodan çox təşkil edir.

/img/gallery/100x100/2025_01_30_08_50_30_1f5f.jpg
  1. Azərbaycan gömrük orqanlarının qanunsuz dövriyyədən göt..

  2. Azərbaycan gömrük orqanlarının qanunsuz dövriyyədən göt..

  3. Azərbaycan gömrük orqanlarının qanunsuz dövriyyədən göt..

  4. Azərbaycan gömrük orqanlarının qanunsuz dövriyyədən göt..

  5. Azərbaycan gömrük orqanlarının qanunsuz dövriyyədən göt..

  6. Azərbaycan gömrük orqanlarının qanunsuz dövriyyədən göt..

  7. Azərbaycan gömrük orqanlarının qanunsuz dövriyyədən göt..

  8. Azərbaycan gömrük orqanlarının qanunsuz dövriyyədən göt..

  9. Azərbaycan gömrük orqanlarının qanunsuz dövriyyədən göt..

  10. Azərbaycan gömrük orqanlarının qanunsuz dövriyyədən göt..

  11. Azərbaycan gömrük orqanlarının qanunsuz dövriyyədən göt..

  12. Azərbaycan gömrük orqanlarının qanunsuz dövriyyədən göt..

Dövlət Komissiyasının İşçi Qrupu ilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti arasında tədbirlər planı imzalanıb

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.9-cu yarımbəndinə müvafiq olaraq, Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında 2024-cü ilə dair imzalanmış birgə Tədbirlər Planına əsasən aidiyyəti qurumların nümayəndələrini cəlb etməklə Penitensiar Xidmətin Mühafizə alayında və müəssisələrində əməkdaşlar üçün təlimlər keçirilmiş, cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işi aparılmış, o cümlədən üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 20 ədəd yeni sosial lövhə quraşdırılmışdır.

Görülən işlərin davamlılığının təmin edilməsi və cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən 2025-ci il üçün də birgə yeni “Tədbirlər Planı” təsdiq edilmişdir.

Tədbirlər Planı çərçivəsində müvafiq mövzuda Penitensiar xidmətin əməkdaşları üçün təlimlərin keçirilməsi,cəza çəkən şəxslər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, QİÇS  və digər viruslara yoluxma barədə tibbi-gigiyena, təbliğat və maarifləndirmə işlərinin aparılması, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahların verilməsi, o cümlədən mövzuya dair videofilmlərin nümayişi və zəruri təbliğat materiallarının təqdim olunması nəzərdə tutulmuşdur.

/img/gallery/100x100/2025_01_22_11_02_37_6a13.jpg
  1. Dövlət Komissiyasının İşçi Qrupu ilə Ədliyyə Nazirliyi ..

“Gənclər narkotikə yox deyir” mövzusunda tədbirlər keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-ci illər üçün Dövlət Proqramı”nın tədbirlər planının 4.4.29 bəndinin yarımbəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun dəstəyi ilə Gənclərin Anti-Narkomaniya İctimai birliyi ötən ilin noyabr-dekabr və cari ilin yanvar ayı ərzində Qəbələ Peşə Təhsil Mərkəzində, Lənkəran  Milli Elmlər Akademiyasının Lənəran Regional Elmi Mərkəzində və Lənkəran Tibb Kollecində, Masallı Gənclər Evi sosial xidmət müəssisəsində, Astara Pedaqoji Kolleci və Astara Gənclər Evi sosial xidmət müəssisəsidə, Sabirabad Dövlət Sosial İqtisadi Kollecində və Neftçala şəhər M.Səfərov adına İnteqrasiya təlimi internat tipli gimnaziyada tədbirlər təşkil edilmişdir. Təşkil olunan görüşlərdə ümumilikdə 1000 yaxın yeniyetmə və gənc iştirak etmişdir.

Tədbirlərdə yerli rayon və şəhər komissiyasının sədrləri, aidiyyəti qurumların nümayəndələri, o cümlədən həkim-narkoloq və psixoloqların iştirakı təmin edilmişdir.

/img/gallery/100x100/2025_01_10_15_06_48_67b8.jpg
  1. “Gənclər narkotikə yox deyir” mövzusunda tədbirlər keçi..

  2. “Gənclər narkotikə yox deyir” mövzusunda tədbirlər keçi..

  3. “Gənclər narkotikə yox deyir” mövzusunda tədbirlər keçi..

  4. “Gənclər narkotikə yox deyir” mövzusunda tədbirlər keçi..

  5. “Gənclər narkotikə yox deyir” mövzusunda tədbirlər keçi..

  6. “Gənclər narkotikə yox deyir” mövzusunda tədbirlər keçi..

  7. “Gənclər narkotikə yox deyir” mövzusunda tədbirlər keçi..

  8. “Gənclər narkotikə yox deyir” mövzusunda tədbirlər keçi..

Binəqədi rayonunda tədbir keçirilmişdir.

Cari ilin 24 dekabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu, Binəqədi rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə 135 saylı tam orta məktəbdə “Narkomaniyaya Yox” deyək mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliytyət göstərən İşçi qrupunun məsul nümayəndəsi və rayon polis şöbəsinin narkotiklərlə mübarizə üzrə əməkdaşı iştirak etmişdir. 

Tədbirdə narkotik vasitələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması və digər məsələlər barədə ətraflı məlumat verilib, şagirdləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və digər zəruri əyani vəsaitlər iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2024_12_26_15_48_16_5837.JPG
  1. Binəqədi rayonunda tədbir keçirilmişdir...

  2. Binəqədi rayonunda tədbir keçirilmişdir...

  3. Binəqədi rayonunda tədbir keçirilmişdir...

  4. Binəqədi rayonunda tədbir keçirilmişdir...

  5. Binəqədi rayonunda tədbir keçirilmişdir...

  6. Binəqədi rayonunda tədbir keçirilmişdir...

  7. Binəqədi rayonunda tədbir keçirilmişdir...