“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın bəndlərinə müvafiq olaraq, narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu Sabunçu Rayon İcra Hakimiyyəti ilə birgə Daxili İşlər, Təhsil və Səhiyyə nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə 24 fevral 2016-cı il tarixdə Sabunçu rayon Gənclər Evində təlim-məşğələ keçirmişdir.
Təlimdə aidiyyəti dövlət orqanlarının nümayəndələri çıxış edərək narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi, şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınınqanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kütləvi idman və bilik yarışlarının keçirilməsi istiqamətində müvafiq işlərin davam etdirilməsinin zəruriliyi barədə təlim iştirakçıları məlumatlandırılmışdır.
Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış xüsusi qovluqlarda “Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür”, “Narkomaniyanın hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçin”, “Sağlam olmaq naminə narkotikə yox deməyə cəsarətli ol”, “Ovladlarimizi narkotiklərdən qoruyaq və gələcəyimizi xilas edək” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri, sosial video çarxlar və digər təbliğat materialları (elektron formada CD disk şəklində ) təlim iştirakçılarına verilmişdir.
Tədbir “AzTv” televiziya kanalı vasitəsilə işıqlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin gücləndirilməsi məqsədilə cari ilin 23 fevral tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində məhkumluq həyatı yaşayanlar arasında maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Respublika Narkoloji Mərkəzinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından danışaraq, maarifləndirmə, izahat və hüquqi təbliğat məsələlərinin diqqət mərkəzində saxlanıldığını bildiriblər. Eyni zamanda dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmişdir.
Həmçinin narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanını izah edən qısametrajlı səhnələşdirilmiş sosial video çarx nümayiş olunmuşdur.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür”, “Narkomaniyanın hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçin”, “Sağlam olmaq naminə narkotikə yox deməyə cəsarətli ol”, “Övladlarımızı narkotiklərdən qoruyaq və gələcəyimizi xilas edək” adlı bukletlər, yaddaş kitabçaları,xəbərdarlıq vərəqələri və üzəri yazılmış köynəklər məhkumlar arasında paylanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar üçün narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası məqsədi ilə yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri, metodik materiallar, həmçinin bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə yeni çap məhsulları hazırlanmışdır.
Eyni zamanda “Narkomaniyanın Hədəfinə Çevrilməmək Naminə Sağlam Həyat Tərzi Seçin”, “Övladlarımızı narkotiklərdən qoruyaq Gələcəyimizi xilas edək”, “Sağlam olmaq naminə narkotikə yox deməyə cəsarətli ol”, “Narkomaniya sakit ölümdür” adlı maarifləndirici bukletlərin kütləvi şəkildə paylanılması nəzərdə tutulmuşdur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq, ictimai maarifləndirmə tədbirlərinin gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən tanınmış şəxslərin və idman ustalarının iştirakı ilə hazırlanmış “Narkomaniyanın hədəfinə çevirilməmək naminə sağlam həyat tərzi seçin!” adlı yeni sosial rolik cari ilin 07 fevral tarixindən etibarən Bakının şəhərinin mərkəzində yerləşən “28 Mall” Ticarət və əyləncə mərkəzinin bütün monitorlarında işıqlandırılır.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti, Rayon Polis İdarəsi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun birgə təşkilatçılığı ilə 05 fevral 2016-cı il tarixdə Nardaran qəsəbəsində yerləşən 130 saylı tam orta məktəbin akt zalında aidiyyəti dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə “Narkomaniya -əsrin bəlasıdır” başlığı altında tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Polis İdarəsinin rəisi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Respublika Narkoloji Mərkəzinin, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun məsul əməkdaşları mövzu ətrafında çıxışlar edərək, Dövlət Proqramının icrası ilə əlaqədar görülən tədbirlər barədə, narkotiklərlə bağlı cinayət hadisələrinin dinamikası və profilaktikasından danışaraq, maarifləndirmə, izahat və hüquqi təbliğat məsələlərinin diqqət mərkəzində saxlanıldığını bildiriblər. Eyni zamanda dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar mövzusunda geniş müzakirələr aparılmış və verilən suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılmışdır.
Həmçinin narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanını izah edən qısametrajlı sosial video çarx nümayiş olunmuşdur.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən də hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.
2 fevral 2016-cı il tarixdə Dövlət Dəmir Yolu Liseyinin təşəbbüsü ilə Gənc Tamaşaçılar teatrında təşkil edilmiş tədbirin rəsmi hissəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, Dövlət Dəmir Yolu Liseyinin rəhbərliyi və müəllim heyəti tərəfindən “Gənclər günü” mövzusunda keçirilən şahmat, dama, voleybol, yarışları və “xəmsə” bilik müsabiqəsində fərqlənmiş iştirakçılara mükafatlar təqdim edildi.
Tədbirin bədii hissəsində Gənc Tamaşaçılar teatrının peşəkar aktyorları tərəfindən Narkomaniyanın insan sağlamlığına ziyanı və törətdiyi sosial bəlaları göstərmək, gəncləri və yeniyetmələri bu yoldan çəkindirmək məqsədilə hazırlanmış “Ağ ölüm” tamaşası nümayiş olunmuş və iştirakçılar tərəfindən böyük maraqla izlənilmişdir.
Həmçinin, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.
Tədbir Azərbaycan Dövlət televiziyası və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.
1 fevral 2016-cı il tarixidə Dövlət Dəmir Yolu Liseyinin akt zalında keçirilmiş Konfransda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Nərimanov rayon Gənclər və İdman idarəsinin, rayon polis idarəsinin, Dövlət Dəmir Yolu Liseyinin əməkdaşları və rayon Ağsaqqallar şurasının sədri mövzu ətrafında çıxış edərək narkotiklərin cəmiyyətə və insan sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar haqqında tələbələrə məlumatlar vermiş, sağlam həyat tərzinin seçilməsi istiqamətində faydalı söhbətlər aparılmışdır.
Həmçinin, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.
Tədbir Azərbaycan Dövlət televiziyası vasitəsilə işıqlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq, ictimai maarifləndirmə tədbirlərinin gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə tanınmış şəxslərin və idman ustalarının iştirakı ilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkomaniyanın hədəfinə çevirilməmək naminə sağlam həyat tərzi seçin!” adlı yeni sosial rolik cari ilin 13 yanvar tarixindən etibarən MetroPark Ticarət və Əyləncə Mərkəzinin bütün monitorlarında işıqlandırılır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar 22 dekabr 2015-ci il tarixdə saat 11:00-da Nəsimi Rayon İcra Hakimiyyətinin akt zalında Nəsimi Rayon İcra Hakimiyyəti Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu ilə birgə “Gənclər narkomaniyaya yox deyir” adlı maarifləndirici tədbir keçirmişdir.
Təşkil edilmiş tədbirdə, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Dövlət Komissiyasının İşçi qrupunun, Qeyri-Hökumət təşkilatlarının və aidiyyəti qurumların nümayəndələri, ali və orta təhsil müəsisələrinin rəhbərləri, müəllim və metodistlər iştirak etmişdirlər.
Nəsimi rayon Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə komissiyasının 2015-ci ilə dair görülmüş işlərin hesabatı dinlənilmişdir. Bununla yanaşı Dövlət Komissiyasının İşçi qrupunun, aidiyyəti qurumlarının nümayəndələri mövzu ətrafında çıxışlar edərək, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar və sağlam həyat tərzinin təbliği barəsində məlumatlar vermişdirlər.
Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən maarifləndirmə işlərinin gücləndirilməsi və təsirliliyinin artırılması məqsədi ilə hazırlanmış sosial roliklər və qısametrajlı film “Mayak” nümayiş etdirilmiş, eyni zamanda “Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.
Tədbir Azərbaycan Dövlət televiziyası və İctimai televiziya vasitəsilə işıqlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar 18 dekabr 2015-ci il tarixdə saat 15:00-da Azərbaycan Kooperasiya Universitetində Nərimanov Rayon İcra Hakimiyyəti Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu ilə birgə “Narkotiklərdən uzaq olaq” mövzusunda tədbir keçirmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar mövzusunda geniş müzakirələr aparılmışdır. Həmçinin tədbir zamanı ictimaiyyət nümayəndələrini maraqlandıran sual və təkliflər ətrafında fikir mübadiləsi aparılmışdır.
Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər “Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun tapşırığına əsasən, 15 dekabr 2015-ci il tarixdə Bünyad Sərdarov adına “Maşınqayırma Zavodu”nun inzibati ərazisində 236 məhkəmə hökmü ilə müsadirə olunmuş 544 kq-dan artıq müxtəlif növ narkotik vasitələr, o cümlədən 2657 ədəd çətənə bitkisi Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən məhv edilmişdir.
Məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 81 kq 350,001 qr heroin, 273 kq 527,58 qr marixuana, 153 kq 655,976 qr tiryək, 35 kq 680,29 qr həşiş qətranı, 336,759 qr psixotrop maddələr təşkil etmişdir. (Məhv olunan müxtəlif növ narkotik vasitələrin qara bazarda ümumi dəyəri 11 milyon manat təşkil edir).
Məhvetmə prosesi respublikada fəaliyyət göstərən televiziya kanalları və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar 10 dekabr 2015-ci il tarixdə saat 11:00-da Qaradağ rayonu 233 nomrəli məktəbin akt zalında Qaradağ Rayon İcra Hakimiyyəti Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu ilə birgə “Narkomanlığa yox deyək” adlı maarifləndirici tədbir keçirmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər Baş İdarəsinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə məktəblilər tərəfindən narkomaniyanın törətdiyi fəsadlar mövzusunda hazırlanmış rəsm müsabiqəsinə baxış keçirilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə hazırlanmış sosial rolik nümayiş etdirildikdən sonra Qaradağ rayon Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə komissiyasının 2015-ci ilə dair görülmüş işlərin hesabatı dinlənilmişdir.
Eyni zamanda, Dövlət Komissiyasının İşçi qrupunun və aidiyyəti qurumların nümayəndələri mövzuya dair çıxışlar edərək, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar və sağlam həyat tərzinin təbliği barəsində məlumatlar vermiş, şagirdləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər “Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.
Tədbir Kütləvi İnformasiya vasitələri tərəfindən işıqlandırılmışdır.
Dövlət Komissiyasının İşçi Qrupu narkomanlıqla mübarizə..
Dövlət Komissiyasının İşçi Qrupu Ədliyyə Nazirliyi Peni..
Dövlət Proqramının icrası ilə əlaqədar Dövlət Komissiya..
“28 Mall” Ticarət və əyləncə mərkəzində Dövlət Komissiy..
Sabunçu rayonu Nardaran qəsəbəsində narkomaniyanın cəmi..
Azərbaycan dövlət Gənc Tamaşaçılar teatrında “Ağ ölüm” ..
Nərimanov rayonunda “Narkomaniyaya, narkotik vasitələri..
Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış..
Nəsimi rayonunda narkomaniyanın cəmiyyətə, insanların s..
Nərimanov rayonunda “Narkotiklərdən uzaq olaq” mövzusu..
544 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr, ..
Qaradağ rayonunda narkomanlığa qarşı mübarizənin güclən..