25 noyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Narkomanlığa və NarkotikVasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasınınsədri cənab Əli Həsənov UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mark Herevardı, müavini Rəşid Mustafanı və UNICEF-in Regional Ofisinin (Cenevrə, İsveçrə) QİÇS üzrə Baş Məsləhətçisi-beynəlxalq ekspert Nina Ferenkiçi nazirlər kabinetində qəbul etmişdir.
Cənab Əli Həsənov qonaqaları salamlayaraq, ölkədə mövcüd olan narkotik vəziyyət, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə ölkə prezidenti səviyyəsində yetirilən diqqət və tələbkarlıq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat vermişdir.
Daha sonra, cənab Əli Həsənov Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi, onların istehsalı, işğal olunmuş ərazilərimizdən narkotiklərin qanunsuz daşınması və s. məsələlər barədə məlumatların BMT-nin müvafiq qurumlarına mütəmadi olaraq çatdırıldığını, lakin Ermənistanın müxtəlif bəhanələr gətirərək BMT ekspertlərini işğal olunmuş ərazilərə buraxmadığını, aidiyyəti təşkilatların da lazımi tədbirləri görmədiyini bildirdi. Əfqanıstanda istehsal olunan narkotik vasitələrin ölkəmizə daxil olma marşrutları haqqında məlumatlar verməklə, Böyük Britaniyanın London şəhərində çap olunan “The Lancet”tibb jurnalında Azərbaycanda narkomanların sayının 300.000 min olmasının, həmçinin inyeksiya yolu ilə narkotik qəbul edənlərin sayının rəsmi rəqəmlərdən kəskin fərqləndiyini qeyd etdi. Narkomanların dəqiq sayının müəyyənləşdirilməsi məqsədilə müvafiq köməklik göstərilməsi üçün dəfələrlə BMTnin müvafiq qurumlarına müraciət etdiyini diqqətə çatdırdı.
Cənab Əli Həsənovun tapşırığı ilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nınsurəti qonaqlara təqdim olundu.
UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Mark Herevardıaz təminatlı ailələrdə böyüyən uşaqlar, o cümlədən müharibədən əziyyət çəkən ailələrdə böyüyən yeniyetmələr və digər kateqoriyadan olan uşaqlara yardım proqramı çərçivəsində müvafiq tədbirlərin görüləcəyi təklifini, xanım Nina Ferenkis isə QİÇS-in yayılmasının qarşısının alınmasında Azərbaycanda müvafiq layihələrin tətbiqinin mümkünlüyünü qeyd etdi.
Cənab Əli Həsənov hər iki təklifə rəsmi müraciət olunduqdan sonra Hökumətin müvafiq strukturlarında baxılacağını bildirdi.
Görüşdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Hərbi və İnzibati orqanlar şöbəsinin müdiri Elman Gərayzadə, şöbə müdirinin müavini Ceyhun Hüseynov, Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Məzahir Əliyev və İşçi qrupunun mütəxəssisi Turcay Əhmədov iştirak edirdi.
Məhkəmələrin qanuni hökmləri üzrə müsadirə edilmiş və barəsində məhvetmə qərarı çıxarılmış narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları məhv edilmişdir
25 iyun 2013-cü il tarixdə, “Beynəlxalq Narkotiklərlə Mübarizə Günü” ərəfəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun tağşırığına əsasən, “Bakı Neft Mədən Maşınqayırma Zavodu”nun inzibati ərazisində məhkəmə hökmləri ilə müsadirə olunmuş 375 kq-dan artıq müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən məhv edilmişdir.
Məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 31 kq 261,674 qr-ı heroin, 121 kq 364,38 qr-ı marixuana, 73 kq 737,9 qr-ı həşiş, 57 kq 738,761 qr-ı tiryək, 34 kq 708,35 qr-ı çətənə bitkiləri, 53 kq 987,5 qr-ı xaş-xaş, 2 kq 305,306 qr-ı metamfetamin təşkil etmişdir.
Məhv olunmuş müxtəlif növ narkotik vasitələrin 293 kq 936,575 qr-ı Daxili İşlər Nazirliyi, 39 kq 960,06 qr-ı Milli Təhlükəsizlik Nazirliyi, 37 kq 483,806 qr-ı Dövlət Gömrük Komitəsi və 3 kq 723,43 qr-ı Dövlət Sərhəd Xidməti tərəfindən aşkar olunmuşdur.
Məhvetmə prosesi respublikada fəaliyyət göstərən bütün televiziya kanalları və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.
Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Məzahir Əliyev məhvetmə prosesinin sonunda mətbuat konfransı keçirmişdir.
05 aprel 2013-cü il tarixdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2012-ci ilin yekunlarına həsr edilmiş iclası keçirilmişdir.
İclası Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov açaraq, 2012-ci il ərzində qanunsuz dövriyyədən Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən 1 ton 370 kq 958,563 qr müxtəlif növ narkotik vasitələrin (638 kq 456,465 qr həşiş, 109 kq 756,073 qr heroin, 240 kq 421,039 qr tiryək, 312 kq 461,732 qr marixuana, 120,432 qr kokain, 89,42 qr metadon, 12 kq 615,1 qr metamfetamin, 7 kq 518 qr həb (15.420 həb əlavə olaraq) və 49 kq 520,302 qr digərləri) çıxarıldığını, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən 336 ton 480 kq yabanı halda bitən narkotik tərkibli bitkilərin yaşıl kütlə halında yığılaraq məhv edildiyini, o cümlədən narkomanlığın yayılmasına qarşı məqsədyönlü mübarizə aparıldığını bildirmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbəri Məzahir Əliyev Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”dan irəli gələn vəzifələrin yerinə yetirilməsi, aparılan profilaktik tədbirlər barədə məruzə ilə çıxış etmişdir.
İclasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, təhsil nazirinin müavini Qulu Novruzov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni çıxış etmiş, yekunda görülən işlər və qarşıda duran vəzifələr barədə müzakirələr aparılmışdır.
Nazirlər Kabinetində görüş keçirilmişdir...
375 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə məhv..
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəs..
Dövlət Komissiyasının İşçi Qrupu narkomanlıqla mübarizə..
Dövlət Komissiyasının İşçi Qrupu narkomanlıqla mübarizə..
Dövlət Komissiyasının İşçi Qrupu narkomanlıqla mübarizə..