
Azərbaycan Respublikası Gənclər Fondu və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşlığı çərçivəsində 2025-ci il “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Səyyar Gənclər Xidməti” layihəsi uğurla başa çatıb.
“Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularına həsr olunmuş tədbirlər çərçivəsində gənclər arasında zərərli vərdişlərə qarşı təbliğat işlərinin aparılması və asudə vaxtın səmərəli təşkili məqsədilə müxtəlif maarifləndirmə fəaliyyətləri təşkil edilib.
Layihə çərçivəsində narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri və narkomanlığa qarşı mübarizə üsulları barədə təqdimatlar keçirilib. Bununla yanaşı, sosial fəallığın artırılmasına yönəlmiş sessiyalar, bilik və bacarıqların inkişafı üzrə təlimlər, eləcə də intellektual və həvəskar idman yarışları təşkil olunub.
İşçi Qrupunun əməkdaşları Cəbrayıl, Ağdam, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Şəki, Qax, Zaqatala, Balakən, Quba, Qusar və Xaçmaz rayonlarında ümumilikdə 14 rayon (şəhər) üzrə maarifləndirici görüşlər keçiriblər. 130 kənddə 5 350 gənc ilə görüşlər təşkil olunub və antinarkotik təbliğat işlərinin gücləndirilməsi məqsədilə əyani vəsaitlər paylanılıb.
"Xaş-xaş 2025" şərti adı altında Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə cari ilin aprel-oktyabr ayları ərzində Qazax, Zaqatala, Qax, Laçın və Zəngilan rayonlarının sərhədyanı ərazisində keçirilmiş tədbirlər nəticəsində 20,7 hektar sahədən yabanı halda bitən 19438 kq çətənə kolları (58707 ədəd) müvafiq qaydada məhv edilmişdir. Narkoxassəli bitkilərin aşkarlanması və məhv olunması prosesləri yerli icra nümayəndəliyinin və hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilmişdir.
26 noyabr 2025-ci il tarixində, Dövlət Proqramının 8.4.14-cü bəndinin icrası məqsədilə, Nəsimi rayonu 8 №-li tam orta məktəbdə “Narkotiklərə qarşı maarifləndirmə: sağlam gələcək naminə” mövzusunda şagirdlərlə maarifləndirici tədbir keçirilib.
Tədbir zamanı iştirakçılara narkotik vasitələrdən istifadənin əsas risk amilləri, narkomaniyanın insan sağlamlığına, həyat tərzinə, mənəvi-əxlaqi dəyərlərə, eləcə də sosial-iqtisadi inkişafa göstərdiyi mənfi təsirlər barədə ətraflı məlumat verilib. Şagirdlərin sualları cavablandırılıb və mövzu ətrafında interaktiv şəkildə fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar tədbir iştirakçılarına təqdim edilib.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğatı gücləndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı Dövlət Peşə Tədris Mərkəzində “Narkomaniya-bəşəriyyətin faiciəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətininbaşçısının müavini,yerli komissiyanın sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi, Oğuz Rayon prokurorunun köməkçisi Rayon Polis Şöbəsinin müavini, müəllim heyəti və tələbələr iştirak ediblər.
Çıxışda narkomanlığa qarşı mübarizə üsulları barədə, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlər barədə ətraflı məlumat verilmişdir.Psixotrop maddələrin xüsusiyyətləri, insan orqanizminə və psixoloji sağlamlığa zərərli təsirləri izah edilmişdir.
Gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar isə tələbələrə təqdim olunub.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Oğuz rayon komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş 13 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə İsmayıllı və Qəbələ rayon komissiyaları tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş 11 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.
2025-ci ilin yanvar-oktyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.
Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7030 cinayət faktı aşkarlanmışdır. Onlardan 2232-si narkotik vasitələrin qanunsuz satışı, 4611-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 185-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 7 ton 263 kq 229,113 qram narkotik vasitələrin və psixotrop maddələrin6 ton 446 kq 419,462 qramını marixuana, 281 kq 848,682 qramını heroin,143 kq 956,179 qramını tiryək, 75 kq 167,942 qramını həşiş,153,551 qramını kokain,181 kq 415,261 qramınıdigər narkotik vasitələr və134 kq 268,036 qramını psixotrop maddələr təşkil etmişdir.Həmçinin, göstərilən dövr ərzində 10506 ədəd metadon, 18923 ədəd çətənə bitkisi, eləcə də 600,492 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdür.
Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1201,5 hektar sahədən yaş kütləsi 304 ton 762 kq olan 2 600 707 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.
Qanunsuz dövriyyədən çıxarılmış 7 ton 263 kq 229,113 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 185 milyon 166 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4687 nəfər cəlb edilmiş, onlardan 4545 kişi, 142 qadın olmuşdur.
Məsuliyyətə cəlb edilmiş 84 xarici ölkə vətəndaşından ümumilikdə 936 kq 499,874 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qr çətənə bitkisi götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 212 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 087 kq 262,033qr və 10 506 həb metadon narkotik vasitə və psixotrop maddə, 13194 ədəd həb və 5,7 qr güclü təsir edən maddə çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 251 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 348 kq 977,374 qr nakotik vasitə, psixotrop maddə maddə və 36 qr güclü təsir edən maddə müsadirə edilmişdir.
2254 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 854 kq 643,966qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Təhlil göstərir ki, 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1078,qanunsuz satış ilə bağlı faktların sayı 345,satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 688,narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 41, bu kateqoriyadan olan digər cinayət faktlarının sayı 4,qaçaqmalçılıqla bağlı faktların sayı 7, qrup halında olan cinayətlərin sayı 29 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 1560 nəfər azalmışdır. Bununla yanaşı qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 201 kq 410,017 qr artmışdır.
2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 230 kq 316,277 qr, tiryəkin çəkisi 10 kq 301,291 qr, psixotrop maddələrin çəkisi 57 kq 476,923 qr azalmışdır.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 6 ton 446kq 414,562 qr-nı (88,7 %) marixuana təşkil etmişdir. Onun da 5 ton 663kq 874,462 qramı (87,8%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 782 540,1 qram (12,1 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, həyətyani sahələrıə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar və 29 may tarixlərində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən ümumilikdə 2358 məhkəmə qərarına əsasən barəsində məhvetmə qərarı qəbul edilmiş 10 ton 121 kq 801,942 qr müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları, həmçinin 8644 ədəd çətənə bitkisi məhv edilmişdir.
Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 59 rayon və şəhərdə 2243 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 55kq 191,252 qr və 21 həb müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 4 kapsul güclü təsir edən maddənin və 489 ədəd çətənə bitkisinin məhv olunması təmin edilmişdir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 80786 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 4756 nəfərdən 2514 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 292, QİÇS-lə Mübarizə Mərkəzində 316, Sumqayıt Narkoloji Mərkəzində 126 nəfər) 734 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin oktyabr ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 50 (4,7%) nəfəri inyekson narkotik istifadəçiləri olmuşdur.
“802” qaynar xətt telefon zəng xidmətinə 1026 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 118-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 60-ı narkotik asılılıqdan müalicə, 848-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 178 məktub ünvanlanmışdır.
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğatı gücləndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Tədris Mərkəzində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin şöbə müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi, Peşə Tədris Mərkəzinin direktor müavini, müəllim heyəti və tələbələr iştirak ediblər.
Çıxışlar zamanı narkotik maddələrin xüsusiyyətləri, onların insan sağlamlığına göstərdiyi zərərli təsirlər, narkotik asılılığının formalaşma mərhələləri, psixoaktiv maddələrin yaratdığı risk amilləri, eləcə də narkomaniya ilə mübarizə üsulları barədə geniş məlumat verilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsinin cəmiyyət üçün doğurduğu tibbi və sosial təhlükələr diqqətə çatdırılıb.
Tədbirdə gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.
Tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar isə tələbələrə təqdim olunub.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğatı gücləndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı Dövlət Peşə Tədris Mərkəzində “Sağlam gələcək naminə narkotikə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, Rayon Polis Şöbəsinin əməkdaşı, Peşə Tədris Mərkəzinin direktor müavini, müəllim heyəti və tələbələr iştirak ediblər.
Çıxışda narkomanlığa qarşı mübarizə üsulları barədə, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlər barədə ətraflı məlumat verilmişdir.Yeni növ psixotrop maddələrin xüsusiyyətləri, insan orqanizminə və psixoloji sağlamlığa zərərli təsirləri izah edilmişdir.
Gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar isə tələbələrə təqdim olunub.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.14-cü yarımbəndinə uyğun olaraq, narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində “Gələcəyimizi birlikdə düşünək Narkomaniyaya Yox deyək” adlı maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, yerli komissiyanın sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi, Rayon Polis rəisinin müavini, Şamaxı rayon Gənclər və İdman sektorunun müdiri, yerli komissiyanın üzvləri, məktəb direktorlarının təlim-tərbiyə üzrə müavinləri, məktəb psixoloqları, məktəb-valideyn komitələrinin rəhbərləri, müəllim heyəti, şagirdlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Çıxışlarda narkomanlığa qarşı mübarizə üsulları, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri barədə ətraflı məlumat verilib. Narkotik maddələrin xüsusiyyətləri, insan orqanizminə və psixoloji sağlamlığa zərərli təsirləri izah edilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar isə şagirdlərə təqdim olunub.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Şamaxı rayon komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş 18 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.
Azərbaycan Respublikasında “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.21-ci yarımbəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində normativ hüquqi aktların müddəalarının və tələblərinin əhaliyə izah edilməsi məqsədilə bədii-sənədli film hazırlanıb.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vəsaiti əsasında, çəkilmiş “Qara tale – ağ ölüm” adlı bədii-sənədli film ümumölkə televiziya kanallarında nümayiş olunur.
Narkomaniyanın dəhşətlərindən və qurbanlarından bəhs edən film Dünya TV, ATV, İdman TV, ARB 24, Kanal S və Baku TV kanallarında yayımlanıb.
Bununla yanaşı, filmin digər televiziya kanallarında, media subyektlərində və sosial şəbəkələrdə də yayımlanması nəzərdə tutulur.
“Konstitusiya və Suverenlik ili” çərçivəsində “Səyyar G..
Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2025" şərti a..
Nəsimi rayonunda sağlam həyat tərzinin təşviqi üzrə maa..
Oğuz rayonunda “Narkomaniya- bəşəriyyətin faiciəsidir” ..
Oğuz rayonunda məhkəmə qərarları əsasında müsadirə olun..
İsmayıllı və Qəbələ rayonlarında məhkəmə qərarları əsas..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Qəbələ rayonunda narkomaniya ilə mübarizəyə dair tədbir..
İsmayıllıda “Sağlam gələcək naminə - narkotikə yox deyə..
Şamaxı rayonunda maarifləndirici tədbir təşkil olunub..
Şamaxı rayonunda məhkəmə qərarları əsasında müsadirə ol..
“Qara tale – ağ ölüm” filmi televiziya kanallarında nüm..