Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun işğaldan azad olunmuş Cinli kəndi ərazisində 22313 ədəd, ümumi çəkisi 3855 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində “Zərərli vərdişlərə yox deyək” adlı növbəti təlim Siyəzəndə təşkil edilmişdir.
Tədbirin açılış günü Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, Səyyar Gənclər layıhəsinin rəhbəri Ceyhun Bayramov, Siyəzən rayon İcra Hakimiyyətinin başçısının müavini Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aqşin Ağayev, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aqil Abdulov, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin məsləhətçisi Ramil Şirinov, Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının sədri Samir Baxşıyev, müəllim və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər.
10-15 avqust tarixlərində təşkil edilən təlim zamanı gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “802” qaynar xəttin fəaliyyət istiqaməti və digər məsələlər barədə ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Bununla yanaşı ucqar kənd gənclərinə "Gənclər siyasəti və dövlətçilik", "Peşə seçimi və karyera", "Sağlam və təhlükəsiz həyat" mövzularında təlim sessiyaları, robototexnika və incəsənət sahələrində masterklaslar təşkil olunub, həmçinin vətənpərvərlik, karyera və rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüşlər keçirilmişdir.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları gənclərə təqdim edilmişdir.
Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun işğaldan azad olunmuş Xaçındərbənd kəndi ərazisində 20017 ədəd, ümumi çəkisi 3112 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Xocalı rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Əsgəran qəsəbəsi ərazisində 1150 ədəd, ümumi çəkisi 1047 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Orand kəndi ərazisində 16286 ədəd, ümumi çəkisi 4 ton 220 kiloqram yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Xocalı rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Təzəbinə kəndi ərazisində 3288 ədəd, ümumi çəkisi 1957 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Xocalı rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Əsgəran qəsəbəsi ərazisində 4188 ədəd, ümumi çəkisi 1465 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Xocalı rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Malıbəyli kəndi ərazisində 1432 ədəd, ümumi çəkisi 1012 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Şuşa rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Daşaltı kəndi ərazisində 2200 ədəd, ümumi çəkisi 1100 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlimlər baş tutmuşdur. Belə ki, 6 gün ərzində Şabran rayonunun 8 kəndi üzrə 320 məktəblinin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.
Gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb. Bununla yanaşı gənclər “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş sərgi, süni intellekt alətləri ilə yaratdıqları təsvirlər və rəsm əsərləri tanış olub, daha sonra praktiki şəkildə “CV” yazılma qaydası öyrəniblər.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları gənclərə təqdim edilmişdir.
Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Şabran rayonunda Səyyar Gənclər Xidmətil layihəsi çərçivəsində “Narkomaniyaya yox deyək!” adlı təlim təşkil edilmişdir.
Tədbirin açılış günü Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Baş məsləhətçisi Şahin İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İlkin Ağayev və digər dövlət qurumlarının nümayəndələri iştirak edirdilər.
Təşkil edilən təlim zamanı gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “802” qaynar xəttin fəaliyyət istiqaməti və digər məsələlər barədə ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları gənclərə təqdim edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1197-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1197-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 32.2-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 32.2-ci maddəsinin birinci cümləsinə əsasən qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi aşağıdakı komissiyalar tərəfindən həyata keçirilir:
1.3.1. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən formalaşdırılan külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya;
1.3.2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən formalaşdırılan Naxçıvan Muxtar Respublikasının ərazisində külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Naxçıvan Muxtar Respublikasının Komissiyası;
1.3.3. yerli icra hakimiyyəti orqanları tərəfindən formalaşdırılan az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə rayon (şəhər) komissiyaları;
1.4. həmin Qanunun 32.2-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:
1.4.1. külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiyaya münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;
1.4.2. Naxçıvan Muxtar Respublikasının ərazisində külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Naxçıvan Muxtar Respublikasının Komissiyasına münasibətdə bu Fərmanın 1.4.1-ci yarımbəndində göstərilən orqanların (qurumların) fəaliyyət istiqamətləri üzrə səlahiyyətləri Naxçıvan Muxtar Respublikasının ərazisində həyata keçirən müvafiq orqanlar (qurumlar) və struktur qurumlar;
1.4.3. az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə rayon (şəhər) komissiyalarına münasibətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, habelə bu orqanların fəaliyyət istiqamətləri üzrə səlahiyyətləri Naxçıvan Muxtar Respublikasının ərazisində həyata keçirən orqanların (struktur qurumların) rayonlarda (şəhərlərdə) fəaliyyət göstərən müvafiq struktur bölmələri, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin) müəyyən etdiyi tabeliyindəki müvafiq tibb müəssisəsi.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1197-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 546 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.1-ci bəndin altıncı – səkkizinci abzasları müvafiq olaraq yeddinci – doqquzuncu abzaslar hesab olunsun və aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:
“- barəsində məhvetmə qərarı qəbul edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi məqsədilə külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların, habelə az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə rayon (şəhər) komissiyalarının fəaliyyətinə nəzarət edir;”.
3.2. 5.1-ci bəndin beşinci abzasına “qərarlarını” sözündən sonra “, həmçinin Komissiyanın fəaliyyəti ilə bağlı icrası məcburi olan daxili əmr və sərəncamları” sözləri əlavə edilsin.
4. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 578 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 460 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.1-ci bənd 1.1-2-ci bənd hesab olunsun və həmin bənddə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilsin;
4.2. aşağıdakı məzmunda 1.1-ci, 1.1-1-ci və 1.6-cı bəndlər əlavə edilsin:
“1.1. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.1-1. həmin Qanunun 32.2-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”;
“1.6. həmin Qanunun 32.2-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:
1.6.1. külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiyaya münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;
1.6.2. Naxçıvan Muxtar Respublikasının ərazisində külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Naxçıvan Muxtar Respublikasının Komissiyasına münasibətdə bu Fərmanın 1.6.1-ci yarımbəndində göstərilən orqanların (qurumların) fəaliyyət istiqamətləri üzrə səlahiyyətləri Naxçıvan Muxtar Respublikasının ərazisində həyata keçirən müvafiq orqanlar (qurumlar) və struktur qurumlar;
1.6.3. az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə rayon (şəhər) komissiyalarına münasibətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, habelə bu orqanların fəaliyyət istiqamətləri üzrə səlahiyyətləri Naxçıvan Muxtar Respublikasının ərazisində həyata keçirən orqanların (struktur qurumların) rayonlarda (şəhərlərdə) fəaliyyət göstərən müvafiq struktur bölmələri, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin) müəyyən etdiyi tabeliyindəki müvafiq tibb müəssisəsi.”;
4.3. 1.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.5. həmin Qanunun 32.2-ci maddəsinin birinci cümləsinə əsasən qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilməsi aşağıdakı komissiyalar tərəfindən həyata keçirilir:
1.5.1. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən formalaşdırılan külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya;
1.5.2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən formalaşdırılan Naxçıvan Muxtar Respublikasının ərazisində külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Naxçıvan Muxtar Respublikasının Komissiyası;
1.5.3. yerli icra hakimiyyəti orqanları tərəfindən formalaşdırılan az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə rayon (şəhər) komissiyaları;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 avqust 2024-cü il
Ağdam rayonu ərazisində 3855 kiloqram yabanı halda bitm..
Siyəzən gəncləri üçün “Zərərli vərdişlərə yox deyək!” a..
Ağdam rayonu ərazisində 3112 kiloqram yabanı halda bitm..
Xocalı rayonu ərazisində 1047 kiloqram yabanı halda bit..
Lerik rayonu ərazisində 4 ton 220 kiloqram yabanı halda..
Xocalı rayonu ərazisində 1957 kiloqram yabanı halda bit..
Xocalı rayonu ərazisində 1465 kiloqram yabanı halda bit..
Xocalı rayonu ərazisində 1012 kiloqram yabanı halda bit..
Şuşa rayonu ərazisində 1100 kiloqram yabanı halda bitmi..
Şabran rayonunda Səyyar Gənclər Xidməti layihəsinin növ..
Səyyar Gənclər Xidməti layihəsi Şabranda davam etdirili..
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların ..