
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə valideynlər üçün maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri çıxış edərək, narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılmasının əhəmiyyəti, habelə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və yaratdığı ağır fəsadlar barədə ətraflı məlumat veriblər.
Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, həmçinin “Valideynlər üçün tövsiyə”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.
Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Salyan Rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində maarifləndirici aksiya keçirilib.
Aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün” və “Psixotrop maddələr haqqında həqiqət” adlı hazırlanmış yeni əyani vəsaitlər paylanılıb.
Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunmuşdur. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilmiş, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.
Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb.
Dövlət Proqramının Tədbirlər Planının icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Azərbaycan Respublikası Gənclər Fondunun arasında 2025-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına əsasən “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində ötən il ərzində 14 rayonda 66 gün ərzində 130 kənd üzrə 5 350 nəfər gənc üçün maarifləndirmə tədbirləri keçirilmiş və müvafiq təbliğat materiallarının paylanılması təmin edilmişdir.
Görülən işlərin davamı olaraq, gənclər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi və görüləcək işlərin sistemli şəkildə təşkili məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında 2026-cı il üçün tədbirlər planı imzalanıb.
Tədbirlər Planı çərçivəsində gənclər təşkilatları və könüllülər üçün təlimlərin keçirilməsi, regionlarda fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri üçün ictimai mühazirə və seminarların təşkili, habelə “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində region gəncləri üçün maarifləndirmə tədbirlərinin, sosial aksiyaların həyata keçirilməsi və digər tədbirlərin təşkili planlaşdırılmışdır.
Eyni zamanda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış yeni zəruri maarifləndirici çap məhsullarının, metodik vəsaitlərin təşkil ediləcək təlimlərdə, seminarlarda və digər zəruri görüşlərdə iştirakçılar arasında paylanılması nəzərdə tutulur.
Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Biləsuvar Rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində maarifləndirici aksiya keçirilib.
Aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün” və “Psixotrop maddələr haqqında həqiqət” adlı hazırlanmış yeni əyani vəsaitlər paylanılıb.
Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunmuşdur. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilmiş, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.
Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Salyan rayon komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş 20 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Neftçala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə valideynlər üçün maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti Başçısının müavini və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri çıxış edərək, narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılmasının əhəmiyyəti, habelə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və yaratdığı ağır fəsadlar barədə ətraflı məlumat veriblər.
Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, həmçinin və “Valideynlər üçün tövsiyə” adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə valideynlər üçün maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavini və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri çıxış edərək, narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılmasının əhəmiyyəti, habelə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və yaratdığı ağır fəsadlar barədə ətraflı məlumat veriblər.
Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, həmçinin “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün” “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.
Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Neftçala Rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində maarifləndirici aksiya keçirilib.
Aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, və “Psixotrop maddələr haqqında həqiqət” adlı hazırlanmış yeni maarifləndirici bukletlər sakinlərə paylanılıb.
Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında sakinlərlə, xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunmuşdur. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilmiş, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.
Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Neftçala rayon komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş 22 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.
Cari ilin yanvarın 30-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya üzvlərinin iştirakı ilə gömrük orqanları tərəfindən həyata keçirilən gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən götürülmüş və barəsində məhvetmə qərarı qəbul edilmiş 25 cinayət işi üzrə ümumilikdə 858 kq 631,899 qram narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilmişdir.
Ümumilikdə məhv edilən müxtəlif növ narkotik vasitələrin 453 kq 924,517 qr heroin, 394 kq 224,36 qr marixuana, 2 kq 245,25 qr tiryək, 5 kq 224,72 qr həşiş, 3 kq 002,052 qr, 22139 ədəd həb və 1056 ədəd ampul psixotrop maddə, həmçinin 4745 ədəd həb və 240 paket güclü təsir edən maddə təşkil etmişdir.
Məhv edilən narkotik vasitələrin qiyməti 164 milyon manat təşkil edir.
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın 8.4.10-cu yarımbəndininin icrası ilə əlaqədar antinarkotik təbliğatı işlərinin sosial şəbəkələr üzərindən aparılması məqsədilə müxtəlif həştəqlərlə sosial aksiyaların həyata keçirilməsi məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış müxtəlif maarifləndirici materiallar sosial şəbəkə platformalarında paylaşılmışdır.
Narkomanlıqla mübarizə sahəsində ictimai maarifləndirmə tədbirlərini gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə "Narkotiklərə birgə yox deyək!” devizli aksiya çərçivəsində #SağlamGələcək, #AsılılığaYox, #İctimaiSağlamlıq həştəqləri ilə sosial şəbəkə seqmentlərində paylaşılmış maarifləndirici materiallar 17.979 izləyici tərəfindən görülmüşdür.
Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Səbail Rayon İcra Hakimiyyəti ilə birgə Səabil rayon ərazisində maarifləndirici aksiya keçirilib.
Aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, və “Psixotrop maddələr haqqında həqiqət” adlı hazırlanmış yeni maarifləndirici bukletlər sakinlərə paylanılıb.
Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında sakinlərlə, xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunmuşdur. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilmiş, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.
Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb.
Valideynlər üçün növbəti maarifləndirici tədbir Salyan ..
Salyan rayonunda narkomanlığa qarşı növbəti maarifləndi..
Azərbaycan Respublikasının Gənclər Fondu ilə Dövlət Kom..
Narkomanlığa qarşı növbəti maarifləndirici aksiya Biləs..
Salyan rayonunda məhkəmə qərarları əsasında müsadirə ol..
Neftçala rayonunda valideynlər üçün maarifləndirici təd..
Biləsuvar rayonunda valideynlər üçün maarifləndirici tə..
Neftçala rayonunda narkomaniyaya qarşı maarifləndirici ..
Netçala rayonunda məhkəmə qərarları əsasında müsadirə o..
Külli və xüsusilə külli miqdarlarda olan müxtəlif növ n..
Sosial şəbəkələrdə maarifləndirici aksiya keçirilib...
Səbail rayonunda narkomaniyaya qarşı maarifləndirici ak..