26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində ictimai maarifləndirmə istiqamətində görülən işlərin təsirliyini artırmaq məqsədi ilə “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar (iki formada) cari ilin 25 iyun tarixindən etibarən (3 gün müddətində) Bakı Nəqliyyat Agentliyinin elektron informasiya terminallarında (VMS) nümayiş olunmuşdur.
Cari ilin 25 iyun tarixində“26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov, Azərbayсan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Milli Məclisin sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev, Dövlət Komissiyasının üzvləri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis polkovniki İslam Hümbətov, “Narkotiklərə qarşı təbliğat” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti, Dövlət Komissiyasının üzvü Rauf Zeyni, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və digər şəxslər iştirak ediblər.
Dövlət Komissiyasının sədri Əli Əhmədov çıxışında qeyd etdi ki, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən, dünyada narkotik alveri üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Beynəlxalq statistikaya əsasən gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması xüsusi narahatlıq yaradır. Azərbaycan Respublikasında narkomanlıq ilə mübarizə Ümummilli Lider Heydər Əliyevin daimi diqqət və nəzarətində olub. 1996-cı ildə müvafiq Dövlət Komissiyası yaradılıb və daha sonra “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun qəbul edilib. Narkomaniyaya və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə Azərbaycan dövlətinin prioritet vəzifələrindən hesab olunur. Bu günə qədər sözügedən sosial bəlanın aradan qaldırılması məqsədi ilə üç Dövlət Proqramı uğurla icra olunub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2019-cu ildən etibarən isə dördüncü Dövlət Proqramı həyata keçirilməkdədir.
Konfrans zamanı digər çıxış edənlər bildirdilər ki, gənclərin layiqli vətəndaşlar kimi tərbiyə olunması, onlar arasında sağlam həyat tərzinin təbliği Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin əsas vəzifələrindən biridir. Vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərə dövlət dəstəyi sahəsində tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Bildirildi ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi vəzifə kimi aidiyyəti orqanlara tapşırılıb. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilməli olan kompleks tədbirləri müəyyən edib.
Gənclər və İdman Naziri Azad Rəhimov çıxışı zamanı nazirliyin narkomaniya ilə mübarizə çərçivəsində həyata keçirdiyi layihələr haqqında məlumat verərək bildirdi ki, narkomaniyaya qarşı mübarizə məqsədi ilə təşviqat aksiyaları, mədəni-kütləvi tədbirlər, müsabiqələr, festivallar təşkil olunur. Gənclərin maarifləndirmə və məlumatlandırma fəaliyyətində Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər yaxından iştirak edir, gənclərlə öz bilik və təcrübələrini bölüşürlər. Bununla yanaşı nazirliyin Bakı şəhəri və ölkəmizin digər rayon və şəhərlərdəki yerli idarələri, eyni zamanda gənclərin qeyri-hökumət təşkilatları tərəfindən də gənclər arasında sağlam həyat tərzinin təbliği ilə bağlı tədbirlər mütəmadi olaraq həyata keçirilir. Eyni zamanda nazirlik Dövlət Komissiyasının İşçi qrupu ilə daim əməkdaşlıq edir, bu sahədə birgə layihələr həyata keçirir ki, bu da tədbirlərin effektivliyinə öz müsbət təsirini göstərir.
Videokonfransda yekun söz ilə çıxış edən Dövlət Komissiyasının sədri Əli Əhmədov qeyd etdi ki, narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Lakin bu sahədə fəaliyyətin daha da genişləndirilməsinə, yeni və kreativ aksiyaların həyata keçirilməsinə ehtiyac var. Pandemiya və post-pandemiya dövründə bu sahədə həyata keçirilməli olan tədbirlərin formaları üzərində yenidən müzakirələr aparılmalı, müasir, təsiredici layihələrin keçirilməsi gündəmə gəlməlidir. Eyni zamanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və digər dövlət qurumlarının narkomaniyaya qarşı mübarizə işinə öz töhfəsini vermək üçün bütün imkanlarını bundan sonra da səfərbər edəcək, bu istiqamətdə fəaliyyətini məqsədyönlü şəkildə davam etdirəcək.
Qazax rayon polis şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Cəfərli kəndi ərazisində 2000 ədəd, ümumi çəkisi 170 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Qubalıbaloğlan kəndi ərazisində 627 ədəd, ümumi çəkisi 140 kq, Meyniman kəndi ərazisində 511 ədəd, ümumi çəkisi 120 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
2020-ci ilin I rübü ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən ümumiləşdirilmişdir.
Belə ki, cari ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1540 fakt aşkar edilmişdir ki, onlardan 600-ü narkotik vasitələrin qanunsuz satışı, 908-i qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 26-sı isə digər cinayətlərlə bağlı olmuşdur.
Aşkar edilmiş faktlar üzrə ümumi çəkisi 630 kq 874,4 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılmışdır.
Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 236 kq 009 qramını marixuana (37,4%), 93 kq 253,9 qramını tiryək (14,3%), 233 kq 805 qramını heroin (37%), 16 kq 694 qramını həşiş (3,1%), 51 kq 111 qramını psixotrop maddələr və digərləri(8,1%) təşkil etmişdir.
Cinayət məsuliyyətinə 780 nəfər cəlb edilmişdir ki, onlardan 16-18 yaşadək 2 nəfər, 18-25 yaş 69 nəfər, 26-29 yaş 142 nəfər, 30 yaşdan yuxarı isə 567 nəfər təşkil edir. Məsuliyyətə cəlb olunanlardan 28 nəfəri fəhlə, 2-si maddi məsul şəxs, 1-i nəqliyyat işçisi, 1-i kənd təsərrüfatı işçisi, 177-si əvəllər cinayət törətmişlər, 3-ü əvvəllər xüsusi qeydiyyatda olan, 530-u işləməyən, 757-si kişilər, 23-ü qadın, 24 nəfəri xarici ölkə vətəndaşı olmuşdur. Əcnəbilərdən 17-si İran İslam Respublikası, 4-ü Gürcüstan və 3-ü Rusiya Federasiyasının vətəndaşıdır.
Ümumulikdə hüquq muhafizə orqanları tərəfindən aşkar edilmiş cinayət faktlarının 98-i qaçaqmalçılıq yolu ilə törədilmiş və qeyd olunan faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 189 kq 096,1 qr müxtəlif növ narkotik vasitələr çıxarılmışdır.
Bundan əlavə aşkar edilmiş cinayət faktlarının 104-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 148 kq 769 qr narkotik vasitələr müsadirə edilmişdir.
Ümumulikdə müəyyən edilmiş cinayətlərin 277-si əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilmiş və onlardan 103 kq 465 qr müxtəlif növ narkotik vasitələr götürülmüşdür.
Eyni zamanda qanunsuz dövriyyədən çıxarılmış 630 kq 874 qr narkotik vasitənin 236 kiloqramını və ya 37,4 faizini yüngül təsirə malik narkotik vasitə olan marixuana təşkil etmişdir.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məlumatına əsasən2020-ci ilin 3 ayı ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 9353 nəfər keçmişdir. Onlardan 1769 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuş, 964 nəfərdə pozitiv nəticə aşkarlanmış və müvafiq qeydiyyata götürülmüşdür. Eyni zamanda cari ilin müvafiq dövrü ərzində 828 nəfər ambulator məcburi narkoloji tibbi yoxlamadan keçmiş və onlardan 546 nəfərə narkomaniyadan məcburi müalicə təyin edilmişdir.
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən Azərbaycan vətəndaşları arasında 2020-ci ilin I rübü ərzində İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma hallarının 13,4%-i, ümumiliklə isə 1992-ci ildən 2020-ci ilin mart ayının 1-dək yoluxma hallarının 40,5%-i inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir.
Ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 8296 nəfərdən 3314 nəfəri inyeksion narkotik istifadəçisi olmuşlar ki, onların da 2598 nəfəri (78,4%) dispanser qeydiyyatına götürülmüşdür.Eyni zamanda qeyd olunmalıdır ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma sayında azalma müşahidə olunur.2020-ci ilin I rübü ərzində aşkarlanmış 164 nəfər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşının 22 (13,4%) nəfəri inyeksion narkotik istifadəcisi olmuşdur. Onların 19 nəfəri Respublika QİÇS-lə Mübarizə Mərkəzində dispanser qeydiyyatına götürülmüşlər, digərləri isə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi vasitəsilə aşkarlanıb və hazırda penitensiar xidmət müəssisələrində müşahidə olunurlar.
2020-ci ilin 4-5 mart tarixlərində Brussel şəhərində Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, Azadlıq və Təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt-komitənin növbəti 8-ci iclasında Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı iştirak etmişdir.
İclasın ikinci günündə, alt-komitə Azərbaycan və Avropa İttifaqında narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi mövzusunda fikir mübadiləsi ilə davam etmişdir. Müzakirələrdə Azərbaycanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə siyasətində aparılan islahatlar, bu sahədə qanunvericiliyə edilən dəyişikliklər qeyd olunmuş, bundan başqa, ötən il ərzində bu istiqamətdə həyata keçirilən tədbirlər, aşkarlanmış cinayət faktlarının və müsadirə edilmiş narkotik vasitələrin statistikasına dair məlumat verilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında imzalanmış “Tədbirlər Planı”na uyğun olaraq Bakı şəhəri üzrə təhsil müəssisələrində anti-narkotik təbliğat işinin gücləndirilməsi məqsədi ilə cari ilin 21 fevral tarixində 18 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Dövlət Komissiyası İşçi Qrupunun rəhbər müavini və sektor müdiri, Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, Ailə, Qadın və Uşaq Probleri üzrə Dövlət Komitəsinin nümayəndəsi mövzu ətrafında çıxışlar edərək, narkotik və psixotrop maddələrin fəsadları, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmış, müəllim və şagirdlərin sualları cavablandırılmışdır.
Həmçinin, tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları şagirdlər arasında paylanılmışdır.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və onlardan sui-istifadə hallarının qarşısının alınması, penitensiar müəssisələrdə cəza çəkən məhkumlar arasında maarifləndirmə tədbirlərinin və anti-narkotik təbliğat işinin gücləndirilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş “Tədbirlər Planı”na müvafiq olaraq, cari ilin 12 fevral tarixində 17 saylı cəzaçəkmə müəssisəsində maarifləndirmə xarakterli tədbir keçirilmişdir.
Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini və sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin və Tibb baş idarəsinin əməkdaşları, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, maarifləndirmə, izahat və hüquqi təbliğat məsələlərindən, eyni zamanda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumatlar verilmişdir.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış maarifləndirici əyani vəsaitlər, bukletlər və xəbərdarlıq vərəqələri məhkumlar arasında paylanılıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş “Tədbirlər Planı”nın icrası ilə əlaqədar cari ilin 12 fevral tarixində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında həqiqi hərbi xidmət keçənlər, o cümlədən digər qulluqçular arasında narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə təbliğat işinin gücləndirilməsi məqsədi ilə maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Dövlət Komissiyası İşçi Qrupunun rəhbər müavini və sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin və Tibb baş idarəsinin əməkdaşları, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu barədə ətraflı məlumatlar verilmişdir.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış maarifləndirici əyani vəsaitlər, bukletlər və xəbərdarlıq vərəqələri iştirakçılar arasında paylanılmışdır.
Azərbaycan Turizm və Menecment Universitetində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar sosial menecment fakültəsinin tələbələrinin iştirakı ilə “Narkomaniya-könüllü ölüm” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin Sosial Menecment fakültəsinin dekanı, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini və sektor müdiri, Gənclərin Sağlamlıq Mərkəzinin direktoru, Tələbə Elmi Cəmiyyətinin sədri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, maarifləndirmə sahəsində həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Sonda bu istiqamətdə təşkil olunan tədbirlərdə fəallıq göstərən tələbələrə təşəkkürnamə, sertifkatlar və zəruri təbliğat materialları təqdim olundu.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu arasında imzalanmış “Tədbirlər Planı”na müvafiq olaraq cari ilin 20 dekabr tarixində 14 və 5 saylı cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin aparılması çərçivəsində maarifləndirmə xarakterli tədbir keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun rəhbər müavini və sektor müdiri, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmişdir.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış narkotik vasitələrin fəsadlarına dair əyani vəsaitlər, maarifləndirici bukletlər və xəbərdarlıq vərəqələri məhkumlar arasında paylanılmışdır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən narkomaniya ilə bağlı hazırlanmış yeni maarifləndirmə xarakterli sosial çarxın Bakı şəhərinin bir sıra küçə və prospektlərdə olan elektron lövhələrdə yayımlanmasına başlanılıb.
Qeyd olunan sosial çarx “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, sağlam həyat tərzinin təbliği və narkomanlığın ziyanı ilə bağlı ictimai maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə yayımlanır.
“Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..
“Gənclər arasında narkomanlığa qarşı mübarizənin güclən..
Qazax rayonu ərazisində 170 kiloqram yabanı halda bitmi..
Hacıqabul rayonu ərazisində 260 kiloqram yabanı halda b..
2020-ci ilin I rübü ərzində ölkə üzrə narkotik vasitələ..
Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəs..
18 nömrəli tam orta məktəbdə “Narkotiklər Haqqında Həqi..
17 saylı Cəzaçəkmə Müəssisəsində narkomaniyanın zərərlə..
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayı..
Azərbaycan Turizm və Menecment Universitetində “Narkoma..
14 və 5 saylı cəzaçəkmə müəssisələrində narkomanlığa qa..
Bakı şəhərinin bir sıra küçə və prospektlərdə maariflən..