Qalereya

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar ilk hazırlıq iclası keçirildi.

 

 23 noyabr 2018-ci il tarixində Nazirlər Kabinetində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar ilk hazırlıq iclası keçirildi.

İclasda Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Təşkilat Komitəsinin sədri cənab Əli Həsənov, Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev, Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri Qulu  İmanquliyev, DGK-nin gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş idarəsinin rəisi Məsum Rəsulov, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov, Xarici İşlər və Maliyyə nazirliklərinin nümayəndələri və İDEC-in Ankara şəhər Ofisinin müdiri cənab Clement Sze, Ankara şəhər Ofisinin təhqiqatçısı cənab Adnan Mert və ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının Ankara ofisinin xüsusi agenti Jarrod Sumner iştirak edirdi.

Görüşü giriş nitqi ilə açan Təşkilat Komitəsinin sədri cənab Əli Həsənov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən Azərbaycan Respublikasının beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulduğunu, ölkəmizdə milli hüquqi bazanın yaradıldığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində ölkəmiz bütün sahələrdə böyük uğurlara imza ataraq, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da güclənərək, ölkənin davamlı və dayanıqlı inkişafı, sürətlə modernləşməsi təmin edilərək, Azərbaycan sürətlə inkişaf edən ölkələr sırasında layiqli yer tutduğunu diqqətə çatdırdı.

Paytaxtımızın bir sıra mötəbər tədbirlərə ev sahibliyi etdiyini qeyd edərək, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransınının burada baş tutmasını ölkəmizin beynəlxalq təşkilatlarla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərici kimi dəyərləndirdi.

Daha sonra İDEC-in bu sahədə öhdəlikləri, eyni zamanda tədbirin keçirilməsi üçün ev sahibliyi edən Azərbaycan Hökümətinin üzərinə düşən vəzifə və öhdəliklərin lazımi və zəruri təşkilatı işlərlə əlaqədar hazırlıq işlərinin qarşılıqlı əməkdaşlıq çərçivəsində görülməsi məqsədilə bütün təklif və suallarla bağlı geniş fikir mübadiləsi aparıldı.

Görüşün sonunda Təşkilat Komitəsinin sədri cənab Əli Həsənov gələn il ölkəmizdə keçiriləcək tədbirin yüksək səviyyədə təşkil olunacağına əminliklə görüş iştirakçılarının diqqətinə çatdırdı.

/img/gallery/100x100/2018_11_23_14_22_30_a35d.jpg
  1. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı..

"Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədbir

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar, Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə cari ilin noyabr ayının 21-də "Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda Nərimanov rayonu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıda maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev, Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, yazıçı Asif Kəngərli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Şəhla Mirzəzadə, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə rayon Komissiyasının üzvləri iştirak ediblər.

Həmçinin, tədbirdə narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar, xüsusi şüarlar əsk olunan zəruri təbliğat materiallarının paylanılması təmin olunmuşdur.

 

/img/gallery/100x100/2018_11_22_15_43_13_78aa.jpg
  1. "Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədb..

  2. "Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədb..

  3. "Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədb..

  4. "Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədb..

İsmayıllı rayonunda maarifləndirmə tədbiri keçirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar, Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə cari ilin noyabr ayının 16-da “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda İsmayıllı rayonunda maarifləndirmə tədbiri keçirilmişdir.

  Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Daxili İşlər, Səhiyyə nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına  ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat verdilər. O cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulandı.

  Həmçinin, tədbirdə narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar, xüsusi şüarlar əsk olunan zəruri təbliğat materiallarının paylanılması təmin olunmuşdur.

/img/gallery/100x100/2018_11_20_16_29_29_466f.jpg
  1. İsmayıllı rayonunda maarifləndirmə tədbiri keçirilib..

  2. İsmayıllı rayonunda maarifləndirmə tədbiri keçirilib..

  3. İsmayıllı rayonunda maarifləndirmə tədbiri keçirilib..

  4. İsmayıllı rayonunda maarifləndirmə tədbiri keçirilib..

BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyası başladı.

  BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyası ilə bağlı BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə 19 noyabr 2018-ci il tarixində Bulvar oteldə geniş konfrans öz işinə başladı.

  Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Daxili İşlər naziri Ramil Usubov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinin rəhbəri xanım Aşita Mittal, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvləri, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəsi Qulam İsakzai, beynəlxalq və yerli humanitar təşkilatlar, tədbirlə əlaqəli ölkəmizə gəlmiş 27 ölkənin böyük nümayəndə heyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

  Konfransa gələn qonaqlar ilk öncə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edərək Ulu Öndər Heydər Əliyevin və azadlığımız uğrunda canlarından keçən şəhidlərimizin məzərları önünə əklil qoydular.

  Tədbirdə Azərbaycan Gömrük Xidmətinin narkomaniyaya qarşı mübarizə mövzusunda beynəlxalq sərgi və müsabiqələrdə göstərilən ən uğurlu əsərləri nümayiş olundu.

  Rəsmi hissə ilk öncə ölkəmizin haqqında çəkilmiş qısametrajlı videoçarxla başladı.

  Tədbiri giriş nitqi ilə açan Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənov sessiya iştirakçılarını Azərbaycan Hökuməti adından salamlayaraq, sessiyanın işinə uğurlar arzuladı. Qeyd etdi ki, Müasir inkişaf dövrü narkotiklərin qanunsuz dövriyyəsinin qloballaşması ilə səciyyələnir.

  Belə ki, dünyada geniş vüsət almış iqtisadi inteqrasiya, ticarət və nəqliyyat əlaqələrinin genişlənməsi prosesləri dünyanın bəzi regionlarında istehsal edilən narkotik vasitələrin digər ölkələrə yayılması ilə müşayiət olunur.

  Narkotik vasitələrin qanunsuz dövriyyəsinin bəşəriyyət üçün təhlükəliliyi milli, eləcə də beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiq edilməsini zəruri edir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən Azərbaycan Respublikası beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulmuş, ölkəmizdə milli hüquqi baza yaradılmışdır.

  Bu problemlə əlaqədar Ölkə Prezidenti tərəfindən 13 Fərman və 54 Sərəncam verilmiş, 36 Qanun, Nazirlər Kabinetinin 23 qərarı və 5 sərəncamı qəbul edildiyini xüsusi vurğuladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da güclənib, ölkənin davamlı və dayanıqlı inkişafı, sürətlə modernləşməsi təmin edilib, Azərbaycan sürətlə inkişaf edən ölkələr sırasında layiqli yer tutub.

  Azərbaycan iqtisadiyyatının ümumi daxili məhsulu üç dəfədən çox artmışdır. Ölkə iqtisadiyyatına son 15 il ərzində 250 milyard dollardan çox sərmayə qoyulmuş, yoxsulluq səviyyəsi 49 faizdən 5,4 faizə düşüb, təkcə 2003-2018-ci illərdə regional inkişaf proqramları çərçivəsində Azərbaycanda 1,9 milyon yeni iş yeri yaradılmış və işsizlik hazırda 5 faiz səviyyəsində olduğunu qonaqların diqqətinə çatdırdı.

  Dövlət başçısı tərəfindən vətəndaşların sosial rifahının yüksəldilməsi, asudə vaxtının səmərəli təşkili, faydalı işlə məşğul olmalarına şərait yaradılması məqsədilə göstərilən böyük diqqət və qayğı nəticəsində təkcə regionlarda 40-dan çox olimpiya idman kompleksi inşa olunub, ölkəmiz I Avropa Oyunları, İslam Həmrəylik Oyunları, "Formula1” kimi digər mötəbər idman yarışlarına uğurla ev sahibliyi edib. Bu gün Azərbaycan dünyada həmdə idman ölkəsi kimi tanınır, idman uğurlarımız yüksək qiymətləndirilir, idmançılarımız beynəlxalq idman yarışlarında böyük nailiyyətlər qazanırlar.

  Hazırda Azərbaycan müasir nəqliyyat infrastrukturuna malik olmaqla beynəlxalq yük daşımalarda Avropa ilə Asiya arasında mühüm tranzit ölkəyə çevrilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əsas problem xaricdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərlə bağlıdır. Bəlli olduğu kimi bu, ilk növbədə Şərqdən Qərbə tranzit baxımından respublikanın əlverişli coğrafi mövqedə yerləşməsi ilə şərtlənir.

  Son dövrlər daxili işlər, gömrük, sərhəd, təhlükəsizlik orqanları tərəfindən müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirmiş, müxtəlif marşurutlar ilə narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması hallarının aşkarlanması üzrə bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülmüşdür.

  Belə ki, 2018-ci ilin 10 ayı ərzində 2655 fakt üzrə 2 ton 286 kiloqramdanartıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılmışdır ki, onlardan 1 ton 177 kiloqramını heroin təşkil etmişdir. Beləliklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması istiqamətində sistemli fəaliyyət təmin edilmiş, müalicə-bərpa sahəsindəki fəaliyyət müasir dövrün tələblərinə uyğunlaşdırılmış, beynəlxalq təcrübə və informasiya sahəsində regional təşkilatlarla, həmsərhəd və digər dövlətlərlə sıx əməkdaşlıq münasibətləri qurulmuşdur. Lakin bir çox hallarda obyektiv səbəblərdən neqativ hallarla mübarizədə çətinliklər yaranır.

  Dünyanın bəzi bölgələrində hələ də davam edən hərbi münaqişələr və onların nəticəsində formalaşmış işğalçı rejimlər hakimiyyət orqanlarının və beynəlxalq təşkilatların nəzarət edə bilmədiyi ərazilərdə narkotik bitkilərin əkilib-becərilməsinə, narkotiklərin istehsalına, onların qanunsuz dövriyyəsinə və digər cinayətkarlıq yuvalarının yaranmasına gətirib çıxarmış və bu  fəaliyyətdən əldə edilən milyardlarla gəlir beynəlxalq terrorçuluğun maliyyələşdirilməsinə yönəldilir.

  Ermənistan dövlətinin və erməni millətçilərinin Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşımız qaçqın və köçkün vəziyyətinə düşübdür.

  Bununla bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə, ATƏT-in və Avropa Şurasının müvafiq qərarlarına baxmayaraq, Ermənistan silahlı qüvvələri işğalı bu günədək davam etdirdiyindən, Azərbaycanın İranla olan dövlət sərhədinin 132 kilometrlik hissəsi nəzarətsiz zonaya çevrilmişdir ki, həmin ərazilərdən də Avropaya və digər ölkələrə güclü narkotik axını həyata keçirilir və işğal olunmuş torpaqlarımızda ermənilər tərəfindən narkotik tərkibli bitkilərin becərilməsi, yeni növ narkotiklərin sintezi üzrə labaratoriyaların açılması, narkotiklərin istehsalı və tranzit bazasının yaradılması, onun satışından əldə edilən külli miqdarda gəlirin yeni silahların alınması, terrorçu qrupların yaradılması və onlara təlimlər keçirilərək digər münaqişə zonalarına istiqamətləndirilməsi təhlükənin miqyasını daha da artırır.

  Bu işğalçı siyasət beynəlxalq hüququn prinsipini və normalarını, demokratik dəyərlərini və insan hüquqlarını kobudcasına pozaraq yalnız region üçün deyil, həm də dünya üçün təhlükədir. Əminəm ki, BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyası narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə öz dəyərli töhfəsini verəcək, beynəlxalq birliyin qəti iradəsini bir daha nümayiş etdirərək səylərimizi səfərbər edəcəkdir.

  Bildirmişdir ki, Beynəlxalq Norkotiklərlə Mübarizə Konfransın qərarına əsasən, Azərbaycan 2019-cu ildə bu mötəbər qurumun növbəti konfrasına ev sahibliyi etmək hüququ əldə etmişdir. Bununla əlaqədar olaraq Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu il 16–18 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Təşkilat Komitəsi yaradılmışdır. Belə bir qərarın qəbul olunması ölkəmizin beynəlxalq təşkilatlarla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir. Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq problemi belə bir dünyəvi bəladır ki, heç bir ölkə təklikdə bu problemin qarşısını almaq iqtidarında deyil. Ona görə ölkəmiz dünya ölkələri, xüsusən qonşu ölkələr və beynəlxalq təşkilatlarla informasiya və təcrübə mübadiləsinə üstünlük verir.

  Sonda bu istiqamətdə görülən işlərdə BMT qurumları ilə əməkdaşlığın vacibliyini bildirdi.

  Daha sonra çıxış edən Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev qaçaqmalçılığa qarşı mübarizə sahəsində köklü dəyişikliklər aparılması nəticəsində yüksək göstəricilərin əldə olunduğunu qeyd etdi. Bildirdi ki, gömrük xidmətində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədilə hədəflərin idarə olunması sistemi və mobil qruplar yaradılıb, bu işə bacarıqlı və bilikli kadrlar cəlb olunub, müasir texnika və avadanlıqlarla təchiz edilib.2018-ci il ərzində gömrük orqanları tərəfindən aşkarlanaraq müsadirə olunan narkotik vasitə, psixotrop maddə və onların prekursorları barədə geniş məlumat verdi.

  BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinin rəhbəri xanım Aşita Mittal öz növbəsində tədbirin bu cürə yüksək səviyyədə təşkilinə görə təmsil etdiyi qurum adından minnətdalığını bildirdi və narkotiklərlə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsininin zəruriliyini vurğuladı.

  Tədbirin sonununda sessiya iştirakları birgə xatirə şəkli çəkdirdilər.

  Qeyd edək ki, Sessiya noyabrın 19-dan 23-dək davam edəcək. Burada regional və subregional əməkdaşlığın hazırkı vəziyyəti, alt komissiyanın 51-ci sessiyasında qəbul edilən tövsiyələrin həyata keçirilməsi, narkotiklərlə mübarizə üzrə kompleks və balanslaşdırılmış mübarizə strategiyasının hazırlanması və Baş Assambleyanın 2016-cı ildə keçirilmiş xüsusi sessiyasının qərarlarının (narkotik vasitələrə dair komissiyanın 62-ci sessiyası çərçivəsində keçiriləcək nazirlər səviyyəsində iclasların nəticələri nəzərə alınmaqla) icrası məqsədilə beynəlxalq əməkdaşlığın nizamlanmasına dair Siyasi Bəyannamə və Fəaliyyət Planının yerinə yetirilməsi ilə bağlı növbəti tədbirlər, narkotik vasitələrə dair komissiyanın bu qurumun köməkçi orqanlarının gücləndirilməsilə bağlı 60/1 qərarının icrası, alt komissiyanın 54-cü sessiyasının işinin təşkili və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

  Sessiyada işçi qruplar tərəfindən - narkotiklərin ticarəti ilə əlaqədar çirkli pulların yuyulması, qanunsuz maliyyə axını, “darknet” şəbəkəsi və kriptovalyutalardan istifadəyə qarşı mübarizə, sintetik narkotiklər sahəsində təhlükəli tendensiyalara, o cümlədən yeni psixoaktiv maddələrin, eləcə də prekursorların və siyahıya daxil edilməmiş kimyəvi maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, məlumat mübadiləsi məqsədilə regional əməkdaşlıq mərkəzləri arasında əlaqənin təmin olunması, hərtərəfli və alternativ inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi məsələlərinə baxılması da planlaşdırılıb.

/img/gallery/100x100/2018_11_19_17_28_37_210b.JPG
  1. BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz döv..

  2. BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz döv..

  3. BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz döv..

  4. BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz döv..

  5. BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz döv..

  6. BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz döv..

  7. BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz döv..

  8. BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz döv..

  9. BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz döv..

Ağsu rayonunda maarifləndirmə tədbiri keçirilib

 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar, Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə cari ilin noyabr ayının 15-də “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda Ağsu rayonunda maarifləndirmə tədbiri keçirilmişdir.

  Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Daxili İşlər, Səhiyyə nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına  ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat verdilər. O cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulandı.

  Həmçinin, tədbirdə narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar, xüsusi şüarlar əsk olunan zəruri təbliğat materiallarının paylanılması təmin olunmuşdur.

/img/gallery/100x100/2018_11_19_12_27_20_9024.JPG
  1. Ağsu rayonunda maarifləndirmə tədbiri keçirilib..

  2. Ağsu rayonunda maarifləndirmə tədbiri keçirilib..

  3. Ağsu rayonunda maarifləndirmə tədbiri keçirilib..

  4. Ağsu rayonunda maarifləndirmə tədbiri keçirilib..

  5. Ağsu rayonunda maarifləndirmə tədbiri keçirilib..

“Narkotiklər Haqqında Həqiqəti Öyrənək!” mövzusunda tədbir keçirilmişdir

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar, cari ilin 14 noyabr tarixində şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Narkotiklər Haqqında Həqiqəti Öyrənək!” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

 Eyni zamanda tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.

/img/gallery/100x100/2018_11_14_16_02_59_56dc.JPG
  1. “Narkotiklər Haqqında Həqiqəti Öyrənək!” mövzusunda təd..

  2. “Narkotiklər Haqqında Həqiqəti Öyrənək!” mövzusunda təd..

  3. “Narkotiklər Haqqında Həqiqəti Öyrənək!” mövzusunda təd..

  4. “Narkotiklər Haqqında Həqiqəti Öyrənək!” mövzusunda təd..

  5. “Narkotiklər Haqqında Həqiqəti Öyrənək!” mövzusunda təd..

Sabunçu rayonu valideyn himayəsindən məhrum uşaqlar üçün 1 saylı internat məktəbində tədbir keçirilib

   Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq 13 noyabr 2018-ci il tarixdə Sabunçu rayonu valideyn himayəsindən məhrum uşaqlar üçün 1 nömrəli İnternat məktəbində “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Daxili İşlər, Səhiyyə nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına  ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat verdilər. O cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulandı.

   Həmçinin, tədbirdə narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar, xüsusi şüarlar əsk olunan zəruri təbliğat materiallarının paylanılması və sağlam həyat tərzini təbliğ edən sosial rolikin yayılması təmin olunacaqdır.

/img/gallery/100x100/2018_11_13_17_46_25_71f6.JPG
  1. Sabunçu rayonu valideyn himayəsindən məhrum uşaqlar üçü..

  2. Sabunçu rayonu valideyn himayəsindən məhrum uşaqlar üçü..

  3. Sabunçu rayonu valideyn himayəsindən məhrum uşaqlar üçü..

  4. Sabunçu rayonu valideyn himayəsindən məhrum uşaqlar üçü..

  5. Sabunçu rayonu valideyn himayəsindən məhrum uşaqlar üçü..

  6. Sabunçu rayonu valideyn himayəsindən məhrum uşaqlar üçü..

“Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

  Azərbaycan Respublikası Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə əsasən, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4-cü bölməsinin (4.4. Profilaktika, müalicə, reabilitasiya və maarifləndirmə üzrə tədbirlər) icrası ilə əlaqədar, aidiyyəti orqanlarla birlikdə Bakı şəhər ümumtəhsil internat məktəblərində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şagirdlər üçün “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

   Həmçinin, keçiriləcək tədbirlərdə narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar, xüsusi şüarlar əsk olunan zəruri təbliğat materiallarının paylanılması və sağlam həyat tərzini təbliğ edən sosial rolikin yayılması təmin olunacaqdır.

 

/img/gallery/100x100/2018_11_12_17_47_04_7c58.png
  1. “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öy..

Dövlət Komissiyasının yeni telefon-məlumat kitabçası hazırlanmışdır.

   Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsində görülən işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək, həmçinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, onun işçi qrupu və şəhər/rayon komissiyaları arasında işgüzar əlaqələrin yaradılmasını asanlaşdırmaq məqsədi ilə Dövlət Komissiyasının yeni telefon-məlumat kitabçası hazırlanmışdır.

  Tərtib olunmuş telefon-məlumat kitabçası xidməti istifadə üçün aidiyyəti nazirlik, komitə, təşkilat və narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər/rayon komissiyalarına göndərilmişdir.

/img/gallery/100x100/2018_11_08_15_25_45_2c2d.jpg
  1. Dövlət Komissiyasının yeni telefon-məlumat kitabçası ha..

  2. Dövlət Komissiyasının yeni telefon-məlumat kitabçası ha..

  3. Dövlət Komissiyasının yeni telefon-məlumat kitabçası ha..

Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tamaşa nümayiş olunmuşdur

   Cari ilin 02 noyabr tarixində Nizami Kino Mərkəzində narkomaniyanın doğurduğu faciələrdən bəhs edən “Bəla” film-tamaşasının ictimai nümayişi həyata keçirildi.

   Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənov, Milli Məclisin deputatları, Dövlət Komissiyasının üzvləri, aidiyyəti dövlət orqanlarının məsul şəxsləri, Bakı şəhəri üzrə rayon komissiyalarının sədrləri, o cümlədən ictimai təşkilatların nümayəndələri iştirak etmişdir.

  Əsasən maarifləndirmə funksiyasını yerinə yetirən, narkomaniyanın doğurduğu faciələr barədə aydın təsəvvür yaradan film-tamaşa Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, o cümlədən Bakı Uşaq Teatrının yaradıcı və texniki heyəti tərəfindən ərsəyə gəlmişdir.

    Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənov,  Milli Məclisin deputatı Fazil Mustafa  çıxış edərək Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülən işlərdən, maarifləndirmə xarakterli olan film-tamaşanın əhəmiyyətindən danışıblar. Ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dövlət səviyyəsində yetirilən diqqət və bu sahədə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib.

    Daha sonra cənab Əli Həsənov dövlətimizin narkotiklərlə mübarizə sahəsində dəyişməz qətiyyətli mövqə göstərdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin hər zaman gənclərə böyük dəyər verərək onları dövlətimizin və millətimizin gələcəyi adlandırmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət və həmçinin Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın göstərdiyi səylər nəticəsində Azərbaycanın artıq bütün dünyada tanındığıni və mötəbər tədbirlərə ev sahibliyi edərək ölkəmizin nüfuzunun artdığını bildirdi.

    Narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanlarının əməyini yüksək dəyərləndirib bu sahədə cəmiyyətin hər bir fərdinin fəal vətəndaş mövqeyi nümayiş etdirməsini diqqətə çatdırdı.

   Cənab Əli Həsənov bildirdi ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində beynəlxalq və regional təşkilatlarla, həmsərhəd və digər dövlətlərlə sıx əməkdaşlıq münasibətləri qurulmuşdur. Belə ki, 19-23 noyabr 2018-ci il tarixdə Bakı şəhərində BMT-nin  Yaxın və Orta Şərqdə  narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyası keçiriləcəkdir.

  Bundan əlavə, Beynəlxalq Norkotiklərlə Mübarizə Konfransının (İDEC) qərarına əsasən Azərbaycan 2019-cu il 16-18 aprel tarixlərində Bakı şəhərində bu mötəbər qurumun növbəti konfrasına ev sahibliyi etmək hüququ əldə etmişdir. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarların qəbul olunması ölkəmizin beynəlxalq təşkilatlar ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyinin göstəricisi olduğunu bildirdi.

  Yekunda Əli Həsənov dövlətimizin narkotiklərlə mübarizə çərçivəsində istər dövlət qurumlarının, istər ictimai birliklərin, istərsə də vətəndaşların hər birinin təşəbbüsünü müsbət qiymətləndirdiyini və onların həyata keçirilməsi üçün əlindən gələn köməkliyi etməyə hazır olduğunu xüsusi ilə qeyd etdi.

   Çıxışlardan sonra əsasən maarifləndirmə funksiyasını yerinə yetirən, narkomaniyanın doğurduğu faciələr barədə aydın təsəvvür yaradan “Bəla” film-tamaşasi nümayiş olunmuşdur.

  Daha sonra cənab Əli Həsənov “Bəla” film-tamaşasının ərsəyə gəlməsində zəhməti olan yaradıcı heyəti, aktyor və aktrisaları qəbul edərək onlara minnətdarlığını bildirərək öz tövsiyələrini vermişdir.

/img/gallery/100x100/2018_11_03_11_40_54_c846.jpg
  1. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  2. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  3. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  4. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  5. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  6. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  7. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  8. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  9. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  10. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  11. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  12. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  13. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  14. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  15. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  16. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  17. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  18. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

"Məişət zorakılıgi və narkomaniya" mövzusunda təlim keçirilmişdir

    UNİSEF-in, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə icra etdiyi "İnteqrasiya olunmuş sosial xidmətlər modeli" layihəsi çərçivəsində Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşlığı ilə cari ilin 24-26 oktyabr tarixlərində Ağcəbədi Pedaqoji Kollecində "Məişət zorakılıgi və narkomaniya", "Zərərli vərdişlərə təhrik olunmanın psixologiyası" mövzularında təlim-məşğələlər keçirilmişdir.

    Eyni zamanda tədbirlər çərçivəsində Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.

/img/gallery/100x100/2018_10_30_09_12_10_6eb6.JPG
  1. "Məişət zorakılıgi və narkomaniya" mövzusunda təlim keç..

  2. "Məişət zorakılıgi və narkomaniya" mövzusunda təlim keç..

  3. "Məişət zorakılıgi və narkomaniya" mövzusunda təlim keç..

  4. "Məişət zorakılıgi və narkomaniya" mövzusunda təlim keç..

  5. "Məişət zorakılıgi və narkomaniya" mövzusunda təlim keç..

  6. "Məişət zorakılıgi və narkomaniya" mövzusunda təlim keç..

  7. "Məişət zorakılıgi və narkomaniya" mövzusunda təlim keç..

  8. "Məişət zorakılıgi və narkomaniya" mövzusunda təlim keç..

2018-ci ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

    2018-ci ilin 9 ayı ərzində ölkədə  narkotik  vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilmişdir.

    Belə ki, cari ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2641 fakt aşkar edilmişdir ki, onlardan 834-ü satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1527-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 229-u qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 51-i isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 179 kq 111,716 qr müxtəlif növ narkotik vasitələr, o cümlədən 10140 ədəd çətənə kolu müsadirə olunmuşdur.

  Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 628 kq 066,092 qr marixuana (28,9%), 316 kq 395,602 qr tiryək (14,5%), 1 ton 072 kq 475,986 qr heroin (49,2%), 56 kq 526,795 qr həşiş (2,6%), 96 kq 456,2 qr digərləri (4,4%), 4 kq 345,299 qr psixotrop maddələr (0,2%), 4 kq 845,732 prekursorlar (0,2%), o cümlədən 2 kq 184,1 qr güclü təsir edən maddə, 1 kq 533,2 qr zəhərli maddələr, 0,01 qr Lizerqit (LSD) (0,7x0,7 ölçülü 140 ədəd karton lövhə), 397 flakon mydrax 100%  və 1878 ədəd həb təşkil etmişdir.

  Həmçinin, Daxili İşlər Nazirliyinin təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların iştirakı ilə 421 ha 46 sot ərazidən 132 ton 165 kq 418 qr (248 min 802 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilmişdir.

    Cinayət məsuliyyətinə 1841 nəfər cəlb edilmişdir ki, onlardan 7-i 16-18 yaşadək, 118-i       18-25 yaşadək, 235-i 26-29 yaşadək, 1481-i 30 yaşdan yuxarı, o cümlədən 24-ü fəhlə, 1566-ı işləməyənlər, 5-i qulluqçu, 1-i vəzifəli və ya maddi məsul şəxs, 1-i kənd təsərrüfatı işçisi, 690-ı əvvələr cinayət törətmişlər, 12-i əvvəllər xüsusi qeydiyyatda olmuşlar, 1814-ü kişilər, 27-si qadınlar olmuşdur. Məsuliyyətə cəlb olunanlardan 48 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur ki, onlardan da ümumilikdə 100 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülmüşdür. Əcnəbilərdən 34-ü İran İslam Respublikası, 4-ü Rusiya Federasiyası, 5-i Gürcüstan, 2-i  Türkiyə, 2-i Ukrayna 1-i isə Türkmənistan Respublikasının vətəndaşı olmuşdur.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2017-ci il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 30.131 nəfər qeydiyyatda olmuşdur ki, onlardan 25.139 nəfəri dispanser, 4992 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 595 nəfəri qadın, 212 nəfəri toksikoman,21038 nəfəri (470 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2017-ci ildə 2115 nəfər yeni qeydiyyata götürülmüş, 1432 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

 2018-ci ilin III rübü ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 22986 nəfər keçmişdir. Onlardan 2751 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuş və 1396 nəfər istifadəçi aşkar olunaraq qeydiyyata götürülmüşdür.  

    Həmçinin, hesabat dövründə 2971 nəfər stasionar müalicəyə qəbul olunmuşdur ki, onlardan 748 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 2216 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11) diaqnozu ilə müalicəyə qəbul edilənlərdir. Eyni zamanda digər müalicə proqramı üzrə fəaliyyət göstərən dörd məntəqədə proqram çərçivəsində 289 xəstə müalicə alır. Onlardan 130 nəfəri Respublika Narkoloji Mərkəzində, 70 nəfər QİÇS-lə Mübarizə Mərkəzində, 12 nəfəri Sumqayıt Şəhər Rayonlararası Narkoloji dispanserdə, 77 nəfəri isə Bakı Şəhər Narkoloji dispanserindədir.     

     Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2018-ci ilin 9 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 497 nəfər təşkil etmişdir ki, onlardan 482-i (96,9%) Azərbaycan vətəndaşı, 15-i (3,1%) isə əcnəbilərdir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 oktyabr 2018-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7249 nəfər qeydiyyata götürülmüşdür ki, onlardan 7014-ü (96,8%) Azərbaycan vətəndaşı, 235-i (3,2%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 5271-i (72,7%) kişi, 1978-ü (27,3%) qadındır.

     İİV-ə yoluxması təsdiq olunmuş 7249 nəfərdən 3144-də (43,4%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir, onlardan 2262 (72%) nəfər dispanser qeydiyyatındadır. 01.10.2018-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4757 nəfər təşkil etmişdir ki, onların da 1901 nəfəri İNİ olmuşdur. Cari ilin 9 ay ərzində isə ART-yə cəlb olunan 550 pasiyentdən 96 nəfərində İNİ aşkar edilmişdir.

/img/gallery/100x100/2018_10_23_12_37_50_ac5c.jpg
  1. 2018-ci ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin,..

  2. 2018-ci ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin,..

  3. 2018-ci ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin,..

  4. 2018-ci ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin,..

  5. 2018-ci ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin,..