Qalereya

26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Beyləqan rayonunda tədbir keçirilib

 Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə əsasən 26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Beyləqan rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyaları tərəfindən əhalinin maarifləndirilməsi məqsədi ilə tədbir keçirilmişdir.

   Tədbirdə yeniyetmələr, gənclər, müəllimlər və valideynlər yaxından iştirak etməklə, mütəxəssislər tərəfindən onlara narkomaniya, onun doğurduğu fəsadlar, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar, mövcud problemlər və onların aradan qaldırılması yolları və digər məsələlər müzakirə olunub.

/img/gallery/100x100/2019_07_02_10_42_27_d4b4.jpg
  1. 26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanun..

  2. 26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanun..

  3. 26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanun..

  4. 26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanun..

Tovuz rayonu ərazisində 1 tondan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

  Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Dönük-Qiriqlı kənd bələdiyyəsinə məxsus 3 ha sahədən ümumi  çəkisi 1152 kq olan 3219 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2019_07_02_09_46_18_9df8.jpg
  1. Tovuz rayonu ərazisində 1 tondan artıq yabanı halda bit..

  2. Tovuz rayonu ərazisində 1 tondan artıq yabanı halda bit..

  3. Tovuz rayonu ərazisində 1 tondan artıq yabanı halda bit..

Qəbələ rayonu ərazisində 2 ton 300 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

    Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Nic qəsəbəsinin ərazisində 4 ha sahədən 5700 ədəd, ümumi  çəkisi 2 ton 3000 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 

/img/gallery/100x100/2019_07_02_09_02_50_7776.JPG
  1. Qəbələ rayonu ərazisində 2 ton 300 kiloqram yabanı hald..

  2. Qəbələ rayonu ərazisində 2 ton 300 kiloqram yabanı hald..

  3. Qəbələ rayonu ərazisində 2 ton 300 kiloqram yabanı hald..

  4. Qəbələ rayonu ərazisində 2 ton 300 kiloqram yabanı hald..

  5. Qəbələ rayonu ərazisində 2 ton 300 kiloqram yabanı hald..

  6. Qəbələ rayonu ərazisində 2 ton 300 kiloqram yabanı hald..

Maarifləndirmə xarakterli sosial rolik “Park Bulvar”da nümayiş olunur

   Narkomanlığın ziyanı ilə bağlı sosial maarifləndirmə işlərinin daha da genişləndirilməsi məqsədi ilə sağlam həyat tərzinin təbliği və narkomaniyadan əziyyət çəkən şəxslərin sağlam sosial həyata inteqrasiya olunması ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Çalış ki, Narkotikə Hədəf Olmayasan” adlı sosial rolik cari ilin 29 iyun tarixindən başlayaraq (30 gün müddətinə) “Park Bulvar” ticarət və əyləncə mərkəzində mövcud olan monitorlarında yayımlanır.

/img/gallery/100x100/2019_07_01_17_06_53_73e5.jpg
  1. Maarifləndirmə xarakterli sosial rolik “Park Bulvar”da ..

  2. Maarifləndirmə xarakterli sosial rolik “Park Bulvar”da ..

  3. Maarifləndirmə xarakterli sosial rolik “Park Bulvar”da ..

  4. Maarifləndirmə xarakterli sosial rolik “Park Bulvar”da ..

  5. Maarifləndirmə xarakterli sosial rolik “Park Bulvar”da ..

  6. Maarifləndirmə xarakterli sosial rolik “Park Bulvar”da ..

  7. Maarifləndirmə xarakterli sosial rolik “Park Bulvar”da ..

26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Abşeron rayonunda tədbir keçirilib

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə əsasən 26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Abşeron rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyaları tərəfindən əhalinin maarifləndirilməsi məqsədi ilə tədbir keçirilmişdir.

   Tədbirdə yeniyetmələr, gənclər, müəllimlər və valideynlər yaxından iştirak etməklə, mütəxəssislər tərəfindən onlara narkomaniya, onun doğurduğu fəsadlar, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar, mövcud problemlər və onların aradan qaldırılması yolları və digər məsələlər müzakirə olunub.

/img/gallery/100x100/2019_06_28_12_43_44_5901.JPG
  1. 26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanun..

  2. 26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanun..

  3. 26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanun..

  4. 26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanun..

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Nəsimi rayonunda tədbir keçirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nəsimi rayon komissiyası tərəfindən narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan  mübarizə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə  tədbir keçirilmişdir.

/img/gallery/100x100/2019_06_28_12_28_04_019f.jpg
  1. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Nəsimi..

  2. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Nəsimi..

  3. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Nəsimi..

  4. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Nəsimi..

  5. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Nəsimi..

  6. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Nəsimi..

“Narkomaniyaya birlikdə yox deyək” şüarı “BakuBus” avtobuslarında

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Nəqliyyat Agentliyininəməkdaşlığı çərçivəsində 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar 2019-cu ilin 25 iyun tarixindən etibarən “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında olan monitorlarda nümayiş olunur.

/img/gallery/100x100/2019_06_25_15_18_56_d231.jpg
  1. “Narkomaniyaya birlikdə yox deyək” şüarı “BakuBus” av..

  2. “Narkomaniyaya birlikdə yox deyək” şüarı “BakuBus” av..

  3. “Narkomaniyaya birlikdə yox deyək” şüarı “BakuBus” av..

  4. “Narkomaniyaya birlikdə yox deyək” şüarı “BakuBus” av..

  5. “Narkomaniyaya birlikdə yox deyək” şüarı “BakuBus” av..

“Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron informasiya terminallarında

    Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq tapşırıq və göstərişlərinin davamı olaraq, 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində ictimai maarifləndirmə istiqamətində görülən işlərin təsirliyini artırmaq məqsədi ilə “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar (iki formada) 2019-cu ilin 24 iyun tarixindən etibarən (3 gün müddətində) Bakı Nəqliyyat Agentliyinin elektron informasiya terminallarında (VMS) nümayiş olunur.

/img/gallery/100x100/2019_06_24_16_16_07_8424.JPG
  1. “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..

  2. “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..

  3. “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..

  4. “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..

  5. “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..

Dövlət Komissiyasının İşçi Qrupu ilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti birgə Tədbirlər Planı imzalayıb

    Cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi  məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında 2019-cu ilə dair birgə “Tədbirlər Planı” imzalanıb.
       Tədbirlər Planında keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.
     Cari il ərzində ümumilikdə 20 cəzaçəkmə müəssisəsində peşəkarlığın artırılması məqsədilə müəssisələrin əməkdaşları üçün təlimlərin keçirilməsi, cəza çəkən şəxslər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, QİÇS  və digər viruslara yoluxma barədə tibbi-gigiyena, təbliğat və maarifləndirmə işlərinin aparılması, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahların verilməsi, o cümlədən mövzuya dair videofilmlərin nümayişi və zəruri təbliğat materiallarının paylanılması ilə əlaqədar bir sıra tədbirlər keçiriləcəkdir
/img/gallery/100x100/2019_06_21_14_45_12_5b97.png
  1. Dövlət Komissiyasının İşçi Qrupu ilə Ədliyyə Nazirliyi ..

2019-cu ilin 3 ayı ərzində ölkədə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

2019-cu ilin 3 ayı ərzində ölkədə  narkotik  vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilmişdir.

Belə ki, cari ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1113 fakt aşkar edilmişdir ki, onlardan 335-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 749-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 14-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 15-ü isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1ton015 kq 666,163 qr müxtəlif növ narkotik vasitələr, 10516 ədəd psixotrop maddə və o cümlədən 1240 ədədçətənə kolu müsadirə olunmuşdur.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 291 kq 546,555 qr marixuana(28,6%), 103 kq 746,181 qr tiryək (10,1%), 548 kq 110,938 qr heroin (54,%), 8 kq 835,876 qr həşiş (0,7%), 63 kq 426,613 qr psixotrop maddələr və digərləri (6,2%) təşkil etmişdir.

Cinayət məsuliyyətinə 636 nəfər cəlb edilmişdir ki, onlardan 2-si 18 yaşadək, 46-sı       18-25 yaşadək, 98-i 26-29 yaşadək, 493-ü 30 yaşdan yuxarı, o cümlədən 70-i fəhlə,1-i qulluqçu, 1-i maddi məsul şəxs, 3-ü kənd təsərrüfatı işçisi, 1-i orta ixtisas tələbəsi, 148-i əvvələr cinayət törədmişlər, 1-i əvvəllər xüsusi qeydiyatda olan, 424-ü işləməyənlər, 625-i kişilər, 11-i qadın olmuşdur. Məsuliyyətə cəlb olunanlardan 17 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur. Əcnəbilərdən 2-si Rusiya Federasiyası 10-u İran İslam Respublikası, 3-ü Gürcüstan, 1-i Türkiyə, 1-i isə Ukrayna Respublikasının vətəndaşı olmuşdur.

/img/gallery/100x100/2019_05_07_11_37_02_d9ff.jpg
  1. 2019-cu ilin 3 ayı ərzində ölkədə narkotik vasitələrin,..

  2. 2019-cu ilin 3 ayı ərzində ölkədə narkotik vasitələrin,..

  3. 2019-cu ilin 3 ayı ərzində ölkədə narkotik vasitələrin,..

  4. 2019-cu ilin 3 ayı ərzində ölkədə narkotik vasitələrin,..

  5. 2019-cu ilin 3 ayı ərzində ölkədə narkotik vasitələrin,..

Ağcabədi rayonunda Narkomaniyaya və Zorakılığa Qarşı Mübarizə üzrə Gənclərin Regional Forumu keçirilib.

2019-cu il 02-03 may tarixlərində Ağcabədi rayonunda Narkomaniyaya və Zorakılığa Qarşı Mübarizə üzrə Gənclərin Regional Forumu keçirilmişdir. Forumun məqsədi region gənclərinin sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işləri aparmaq, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək vermək, o cümlədən gənclər arasında narkomaniyaya və zorakılığa qarşı mübarizə üzrə birgə əməkdaşlıq imkanları yaratmaqdır.

Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin təşəbbüsü və Ağcabədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatı Qadınlar Şurasının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin, Ağcabədi rayon polis və təhsil şöbələrinin birgə əməkdaşlığı ilə keçirilən forum iki gün davam edib.

Forumun açılışında çıxış edənlər bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükələrdən, genofondumuza vura biləcəyi zərərlərdən və aparılan mübarizə tədbirlərindən, sağlam həyat tərzinin təbliğində ictimaiyyətin, gənclərin üzərinə düşən vəzifələrdən danışıblar.

Tədbir iştirakçılarına maarifləndirici bukletlər paylanılıb, suallar cavablandırılıb.

Regional forum yeniyetmə və gənclər üçün “Narkotiklər haqqında həqiqəti öyrənək”, “Azərbaycanda uşaq müdafiə sistemi”, “Uşaq hüquqları”, Zorakılığa məruz qalmış uşaqların ailələri ilə aparılan sosial-psixoloji profilaktika”, “İntihar hallarının səbəbləri və profilaktikası” mövzularında təlim-seminarlarla davam edib.

/img/gallery/100x100/2019_05_03_11_51_47_37d0.jpg
  1. Ağcabədi rayonunda Narkomaniyaya və Zorakılığa Qarşı Mü..

  2. Ağcabədi rayonunda Narkomaniyaya və Zorakılığa Qarşı Mü..

  3. Ağcabədi rayonunda Narkomaniyaya və Zorakılığa Qarşı Mü..

  4. Ağcabədi rayonunda Narkomaniyaya və Zorakılığa Qarşı Mü..

  5. Ağcabədi rayonunda Narkomaniyaya və Zorakılığa Qarşı Mü..

  6. Ağcabədi rayonunda Narkomaniyaya və Zorakılığa Qarşı Mü..

  7. Ağcabədi rayonunda Narkomaniyaya və Zorakılığa Qarşı Mü..

  8. Ağcabədi rayonunda Narkomaniyaya və Zorakılığa Qarşı Mü..

  9. Ağcabədi rayonunda Narkomaniyaya və Zorakılığa Qarşı Mü..

“Narkotiklərə nəzarət sahəsində 2018-ci il üçün Ölkə Məruzəsi” hazırlanıb

 Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda  aidiyyəti qurumların təqdim edikləri illik hesabatlar əsasında “Azərbaycan Respublikasında Narkotiklərə nəzarət sahəsində 2018-ci ilə dair, eyni zamanda 2013-2018-ci illərin statistik məlumatlarını özündə əks etdirən "Ölkə Məruzəsi”nin elektron forması hazırlanmışdır.

  Qeyd olunan məruzədə ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də bu sahədə həyata keçirilən maarifləndirmə, hüquqi, sosial və tibbi tədbirlər, narkotiklərlə əlaqəli qanun pozuntularının ümumi statistikası, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin, psixotrop maddələrin həcmini və dinamikasını əks etdirən müxtəlif diaqramlar, müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin məhvetmə prosesi, o cümlədən beynəlxalq təşkilatlarla aparılan iş öz əksini tapmışdır.

 

/img/gallery/100x100/2019_04_23_18_16_43_0ebe.png
  1. “Narkotiklərə nəzarət sahəsində 2018-ci il üçün Ölkə Mə..