Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar 20 oktyabr 2015-ci il tarixdə saat 11:00–da Oğuz rayon təhsil şöbəsinin akt zalında rayon ictimaiyyətinin iştirakı ilə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə, həmçinin törətdiyi sosial bəlalar mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar mövzusunda geniş müzakirələr aparılmışdır.
Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.
Oktyabrın 2-də Salyandakı Heydər Əliyev Mərkəzində Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin tərəfdaşlığı ilə narkomaniyaya qarşı mübarizə üzrə gənclərin regional forumu keçirilib.
Tədbirdə Şirvan şəhər, Hacıqabul, Salyan, Saatlı, İmişli, Kürdəmir, Sabirabad, Ucar, Beyləqan, Yevlax və Ağsu rayonlarından 300-ə yaxın yeniyetmə və gəncin iştirak etdiyi forumun əsas məqsədi region gənclərinin sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işləri aparmaq, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək vermək, o cümlədən gənclər arasında narkomaniyaya qarşı mübarizə üzrə birgə əməkdaşlıq imkanları yaratmaq olub..
Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsi, BMT-nin Azərbaycandakı nümayəndəsinin strateji tərəfdaşlıq üzrə müşaviri, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun sektor müdiri, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin nümayəndəsi və digərləri çıxış edərək narkomaniyanın zərərləri, region üçün xarakterik fəsadları və sağlam həyat tərzinin təbliğində ictimaiyyətin, gənclərin üzərinə düşən vəzifələrdən bəhs ediblər.
Forumun ikinci hissəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri çıxış edərək, narkomaniyaya qarşı ölkədə aparılan mübarizə tədbirləri barədə məlumat veriblər.
Sonda bu bəşəri bəladan bəhs edən videoçarx nümayiş etdirilib.
Bunula yanaşı Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.
İctimai maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirilməsinin davamı olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə bağlı narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə, həmçinin ictimai maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış sosial rolik cari ilin 10 sentyabr tarixindən etibarən “Park Bulvar” Alış Veriş Mərkəzinin bütün monitorlarında yerləşdirilmiş və uzunmüddətli işıqlandırılacaqdır.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.5 bəndinə uyğun olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə Dövlət Komissiasının İşçi Qrupu aidiyyəti icraçı orqanlarla birgə 21 sentyabr 2015-ci il tarixdə Şirvan şəhərində seminar-müşavirə keçirmişdir.
Belə ki, Şirvan şəhər Gənclər Evində keçirilmiş tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Təhsil Nazirliyinin, Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Respublika Narkoloji Mərkəzinin əməkdaşları, yerli komissiya üzvləri, din xadimləri, müəllim və metodistlər iştirak etmişlər.
Seminarda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri mövzu ətrafında çıxışlar edərək, şəhər komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, ictimai maarifləndirmə işinin genişləndirilməsi, narkotik tərkibli yabanı bitki növlərinin təyinat monitorinqinin aparılması, bu bitkilərin əkildiyi sahələrin aşkarlanması, yabanı bitən narkotik tərkibli bitkilərin məhv edilməsi məqsədi ilə onların yayılma zonalarında ekspedisiyaların təşkili, eyni zamanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi istiqamətində müvafiq işlərin davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.
Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.5 bəndinə uyğun olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə Dövlət Komissiasının İşçi Qrupu aidiyyəti icraçı orqanlarla birgə Gəncə, Şirvan, Lənkəran və Sumqayıt şəhərlərində seminar-müşavirələrin keçirilməsi nəzərdə tutulmuşdur.
Belə ki, 17 sentyabr 2015-ci il tarixdə Gəncə şəhər Pedaqoji Universitetində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Təhsil Nazirliyinin, Respublika Narkoloji Mərkəzinin əməkdaşları, Narkotiklərlə Mübarizə İdarəsinin Qərb regional şöbəsinin rəisi və yerli komissiya üzvləri, müəllim və metodistlərin iştirakı ilə seminar-müşavirə keçirilmişdir.
Seminarda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri mövzu ətrafında çıxışlar edərək, şəhər komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, ictimai maarifləndirmə işinin genişləndirilməsi, narkotik tərkibli yabanı bitki növlərinin təyinat monitorinqinin aparılması, bu bitkilərin əkildiyi sahələrin aşkarlanması, yabanı bitən narkotik tərkibli bitkilərin məhv edilməsi məqsədi ilə onların yayılma zonalarında ekspedisiyaların təşkili, eyni zamanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi istiqamətində müvafiq işlərin davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.
Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.
Tədbir yerli televiziya kanalında və digər kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.
Profilaktik tədbirlərin əhatəsinin genişləndirilməsinin davamı olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə bağlı narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə, həmçinin ictimai maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış sosial rolik cari ilin 16 sentyabr tarixindən etibarən MetroPark Ticarət və Əyləncə Mərkəzinin monitorlarında yayımlanır və uzunmüddətli işıqlandırılması nəzərdə tutulur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.5 bəndinə uyğun olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə Dövlət Komissiasının İşçi Qrupu aidiyyəti icraçı orqanlarla birgə 28 sentyabr 2015-ci il tarixdə Lənkəran şəhərində seminar-müşavirə keçirmişdir.
Lənkəran şəhər Heydər Əliyev adına Mərkəzin konfrans zalında Narkomnalığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Təhsil Nazirliyinin, Respublika Narkoloji Mərkəzinin əməkdaşları, Narkotiklərlə Mübarizə İdarəsinin Cənub regional şöbəsinin rəisi, yerli komissiya üzvləri, din xadimləri, müəllim və metodistlər iştirak etmişlər.
Seminarda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri mövzu ətrafında çıxışlar edərək, şəhər komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, ictimai maarifləndirmə işinin genişləndirilməsi, eyni zamanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi istiqamətində müvafiq işlərin davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.
Bunula yanaşı Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.
Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə bəhs edən sosial roliklər Lənkəran şəhər İcra Hakimiyyətinə təqdim edilmiş və şəhərin bütün monitorlarında işıqlandırılması nəzərdə tutulur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın bəndlərinə müvafiq olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu Zaqatala Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya ilə birgə 31 iyul 2015-ci il tarixdə Zaqatala rayonunda seminar-müşavirə keçirmişdir.
Seminarda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri, rayon komissiyasının sədri mövzu ətrafında çıxışlar edərək, rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, ictimai maarifləndirmə işinin genişləndirilməsi, narkotik tərkibli yabanı bitki növlərinin təyinat monitorinqinin aparılması, bu bitkilərin əkildiyi sahələrin aşkarlanması, yabanı bitən narkotik tərkibli bitkilərin məhv edilməsi məqsədi ilə onların yayılma zonalarında ekspedisiyaların təşkili, eyni zamanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi istiqamətində müvafiq işlərin davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.
Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış metodik vəsaitlər tədbir iştirakçılarına paylanılmışdır.
Tədbir yerli televiziya kanalında və digər kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın bəndlərinə müvafiq olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin təsirliyini artırmaq məqsədilə Dövlət Komissiyasının İşçi Qrupunun və Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Siyəzən rayon komissiyasının birgə təşkilatçılığı ilə cari ilin 29 iyul tarixində aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və rayon ictimaiyyətinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri, rayon komissiyasının sədri mövzu ətrafında çıxışlar edərək, bu problemə qarşı mübarizədə rayon ərazisində sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkilinə diqqət artırmağın zəruriliyi barədə danışmışlar.
Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın bəndlərinə müvafiq olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin təsirliyini artırmaq məqsədilə 28 iyul 2015-ci il tarixdə Dövlət Komissiyasının İşçi Qrupu Şamaxı rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın təşkilatçılığı ilə toplantı keçirmişdir.
Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar mövzusunda geniş müzakirələr aparılmışdır.
Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq tapşırığına uyğun olaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası və o cümlədən “26 iyun - BMT-nin Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar görülən işlərin davamı olaraq narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin təsirliliyini artırmaq məqsədilə 2015-ci ilin 25-26 iyun tarixlərində “Narkomaniyaya birlikdə yox deyək” adlı xüsusi loqo Bakı şəhəri üzrə intelektual məlumat informasiya tablolarında nümayiş olunmuşdur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası və o cümlədən “26 iyun - BMT-nin Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar görülən işlərin davamı olaraq narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə hazırlanmış sosial rolikin 20 iyun tarixindən (7 gün ərzində) başlayaraq Bakı şəhərinin mərkəzi küçələrində yerləşən reklam tablolarında işıqlandırılır.
Narkomanlığın ziyanı ilə bağlı məlumatları özündə əks etdirən sosial rolikin yayımlandığı ünvanlar:
1. R.Behbudov küçəsi ilə Ü.Hacıbəyov küçəsi kəsişməsi
2. R.Behbudov küçəsi ilə Bakıxanov küçəsi kəsişməsi
3. R.Behbudov küçəsi, XDU-nin qarşısı
4. Bakıxanov küçəsi ilə C.Memmedquluzade küçəsi kəsişməsi
5. İnşaatçılar prospekti, MSİ-nin qarşısı
6. Y.Səfərov küçəsi ilə Neftçilər prospekti kəsişməsi
7. Y.Səfərov küçəsi ilə A.Quliyev küçəsi kəsişməsi
8. 28 may küçəsi ilə Puşkin küçəsi kəsişməsi
9. Y. Səfərov küçəsi ilə Ü.Hacıbəyov küçəsi kəsişməsi
10. Ü.Hacıbəyov küçəsi ilə Azadlıq prospekti kəsişməsi
11. S.Vurğun küçəsi
12. Qubanov küçəsi ilə S.Əsgərova küçəsi kəsişməsi
13. Fəvvarələr meydanı
14. Tbilisi prospekti ile H.Əliyev küçəsi kəsişməsi
15. S.Vurğun küçəsi ilə Bakıxanov küçəsi kəsişməsi
Oğuz rayonunda Narkomanlığa və Narkotik Vasitələrin Qan..
Salyanda narkomaniyaya qarşı mübarizə üzrə gənclərin re..
İctimai maarifləndirmə tədbirlərinin gücləndirilməsini..
Dövlət Komissiyasının İşçi Qrupu aidiyyəti qurumlarla b..
Dövlət Komissiyasının İşçi Qrupu aidiyyəti qurumlarla b..
Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirl..
Dövlət Komissiyasının İşçi Qrupu icraçı orqanlarla birg..
Dövlət Komissiyasının İşçi Qrupu profilaktik tədbirləri..
Dövlət Komissiyasının İşçi Qrupu regionlarda narkomanlı..
Dövlət Komissiyasının İşçi Qrupu regionlarda narkomanlı..
Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirl..
Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirl..