Qalereya

Zaqatala rayonunda “Narkotik asılılıq və onun fəsadları” mövzusunda tədbir təşkil edildi.

   “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illər üçün Tədbirlər Planı”na müvafiq olaraq, sağlam həyat tərzinin təbliği ilə bağlı gənclər və yeniyetmələr arasında maarifləndirmə  işinin təşkili  məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında “Narkotik asılılıq və onun fəsadları”  mövzusunda maarifləndirmə tədbiri keçirilib.

  Tədbirdə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı  Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı müvafiq təqdimatla çıxış edərək, narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, 802 - qaynar xəttin fəaliyyət istiqaməti barədə geniş məlumat vermiş və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

   Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları tələbələr arasında paylanılmışdır.

/img/gallery/100x100/2023_12_01_14_28_00_6518.jpg
  1. Zaqatala rayonunda “Narkotik asılılıq və onun fəsadları..

  2. Zaqatala rayonunda “Narkotik asılılıq və onun fəsadları..

  3. Zaqatala rayonunda “Narkotik asılılıq və onun fəsadları..

  4. Zaqatala rayonunda “Narkotik asılılıq və onun fəsadları..

  5. Zaqatala rayonunda “Narkotik asılılıq və onun fəsadları..

  6. Zaqatala rayonunda “Narkotik asılılıq və onun fəsadları..