“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 4.4.25-ci yarımbəndinin icrası ilə bağlı, tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə Gənclər və İdman Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə cari ilin 29 oktyabr tarixində Sabunçu Gənclər Evində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı intellektual müsabiqə təşkil edilmişdir.
Müsabiqədə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini, baş məsləhətçisi, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin İctimai inkişaf sektorunun aparıcı məsləhətçisi, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu çıxış edərək, gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi və narkomanlığa qarşı mübarizə üsulları barədə təqdimat formasında interaktiv təlim təşkil edilmişdir.
Təlimin nəticəsi olaraq, intellektual müsabiqə təşkil edilməsi üçün tələbələrin iştirakı ilə hər komanda üzrə 5 nəfər olmaqla 7 komanda formalaşdırılıb və 3 mərhələdən ibarət suallar təqdim olunmuşdur. Maraqlı mübarizə şəraitində keçən müsabiqədə “3.5 KH ÜST”, “Freydin Kreslosu”, “Aypara”, “Xarıbülbül”, “İrəli”, “Cosmo Vizyon” və “Dəmir Yumruq” adlı komandaları mübarizə aparmış, Xəzər Universitetinin tələbələri (“3.5 KH ÜST”) qalib olmuşdur.
Sonda qaliblərDövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Gənclər və İdman Nazirliyinin birgə hazırladığı diplom və hədiyyələrlə mükafatlandırılmış, həmçinin digər iştirakçılara sertifikatar təqdim edilmişdir.
İntellektual müsabiqənin Bakı şəhəri və respublikanın digər rayon və şəhərlərində də təşkil olunması nəzərdə tutulur.

Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..
İctimai maarifləndirmə işləri davam etdirilir..
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maariflən..
“Sağlam həyat naminə, narkomaniyaya Yox deyək”..
“Milli-mənəvi dəyərlərimiz sərhəd tanımayan təhlükəyə q..
Abşeron rayonunda növbəti təlim keçirilib..
İsmayıllı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin ..
“Mənəvi və fiziki sağlamlıq gələcəyimizin qarantıdır”..
İsmayıllı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin ..
“Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir”..
Səyyar Gənclər Xidməti layihəsinin növbəti təlimləri Sə..
2024-cü il üzrə statistik məlumat..