Qalereya

“Narkotikdən asılılığa qarşı mübarizə” mövzusunda növbəti tədbir keçirilib.

Cari ilin 13 dekabr tarixində Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliytyət göstərən İşçi Qrupunun və “Sosial  İnkişafa Yardım” İctimai birliyinin təşkilatçılığı ilə Yasamal rayonundakı 286 nömrəli tam orta məktəbdə “Narkotikdən asılılığa qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə, “Sosial İnkişafa Yardım” İctimai birliyin layihə rəhbəri, “"Gənclərin Anti-narkomaniya"” İctimai birliyin rəhbəri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliytyət göstərən İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin məsul əməkdaşı, Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi və Bakı Şəhər Narkoloji Mərkəzin həkim-narkoloqu iştirak etmişdir.

Tədbirdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsdinə qarşı mübarizə işinin  təşkilində, gənclərin asudə vaxtlarının səmərəli təşkilində dövlətin rolu, narkotik vasitələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, və digər məsələlər barədə ətraflı məlumat verilib, şagirdləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb və fərqlənən şagirdlər müxtəlif buklet, qovluq və karandaşlarla mükafatlandırılmışdır.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və digər zəruri əyani vəsaitlər iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2024_12_13_16_22_51_9033.jpg
  1. “Narkotikdən asılılığa qarşı mübarizə” mövzusunda növbə..

  2. “Narkotikdən asılılığa qarşı mübarizə” mövzusunda növbə..

  3. “Narkotikdən asılılığa qarşı mübarizə” mövzusunda növbə..

  4. “Narkotikdən asılılığa qarşı mübarizə” mövzusunda növbə..

  5. “Narkotikdən asılılığa qarşı mübarizə” mövzusunda növbə..

  6. “Narkotikdən asılılığa qarşı mübarizə” mövzusunda növbə..