Qalereya

Şirvan şəhərində maarifləndirici tədbir keçirilib.

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.11-ci yarımbəndinə uyğun olaraq, narkomanlığın xüsusilə geniş yayıldığı rayon və şəhərlərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə Dövlət Komissiyasının Daimi Fəaliyyət Göstərən İşçi Qrupu və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə cari ilin 15 oktyabr tarixində Şirvan Peşə Liseyində “Gənclər narkotiklərə yox deyir” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri,  Dövlət Komissiyasının Daimi Fəaliyyət Göstərən İşçi Qrupunun məsul əməkdaşı, aidiyyəti qurumların nümayəndələri və müəllim heyəti iştirak ediblər.

Çıxışlarda narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsirləri və gənclərin asudə vaxtlarının səmərəli təşkili barədə ətraflı məlumat verilib. Tələbələrin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komissiyasının Daimi Fəaliyyət Göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar isə iştirakçılara təqdim olunub.

/img/gallery/100x100/2025_10_16_09_39_05_1177.jpg
  1. Şirvan şəhərində maarifləndirici tədbir keçirilib...

  2. Şirvan şəhərində maarifləndirici tədbir keçirilib...

  3. Şirvan şəhərində maarifləndirici tədbir keçirilib...

  4. Şirvan şəhərində maarifləndirici tədbir keçirilib...

  5. Şirvan şəhərində maarifləndirici tədbir keçirilib...

  6. Şirvan şəhərində maarifləndirici tədbir keçirilib...

  7. Şirvan şəhərində maarifləndirici tədbir keçirilib...