Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunda narkomanlığın fəsadlarına dair maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri və çıxış edərək narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa mənfi təsiri, narkotik asılılığın formalaşma mərhələləri, erkən profilaktikanın əhəmiyyəti, habelə narkomaniyaya qarşı mübarizədə dövlət siyasətinin əsas istiqamətləri və gənclərin bu sahədə məsuliyyəti barədə iştirakçılara ətraflı məlumat veriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, həmçinin “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Yeniyetmələr və gənclər üçün”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar iştirakçılara təqdim olunub.

Neftçala rayonunda narkomaniyaya qarşı maarifləndirici ..
Netçala rayonunda məhkəmə qərarları əsasında müsadirə o..
Külli və xüsusilə külli miqdarlarda olan müxtəlif növ n..
Sosial şəbəkələrdə maarifləndirici aksiya keçirilib...
Səbail rayonunda narkomaniyaya qarşı maarifləndirici ak..
Valideynlər üçün növbəti maarifləndirici tədbir Səbail..
Dövlət Komissiyasının İşçi Qrupu ilə Azərbaycan Milli A..
İsmayıllı rayonunda narkomaniyaya qarşı növbəti maarifl..
Qəbələ rayonunda narkomaniyaya qarşı növbəti maariflənd..

Binəqədi rayonunda narkomaniyaya qarşı maarifləndirici ..
İsmayıllı rayonunda narkomaniyaya qarşı maarifləndirmə ..