Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqram”ından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə 23 oktyabr 2014-cü il tarixində Sabunçu rayonu Maştağa qəsəbəsi 187 saylı orta məktəbdə “narkomanlıqla mübarizə hər birimizin borcudur” adlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbir zamanı rayon məktəbliləri arasında “Narkotiklərin insan orqanizminə məhvedici təsiri” haqqında rəsm müsabiqəsi təşkil edilmiş, eyni zamanda narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə videoçarx nümayiş etdirilmişdir, həmçinin narkotiklərin törətdiyi sosial bəlalar mövzusunda şagirdlər tərəfindən “ağ ölümə yox deyək” adlı səhnəcik hazırlanaraq təqdim olunmuşdur.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü xanım Fidumə Hüseynova, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Vasif Quliyev, həmin qurumun əməkdaşı Kənan Məmmədyarlı, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Ağakişi İsmayılov, Təhsil Nazirliyinin Baş məsləhətçisi Elnur Əlizadə, Bakı Şəhər Gənclər İdarəsinin rəis müavini Aydın Yüsifov, Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanserinin həkim-narkoloqu Asif Kəngərli, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon komissiyasının sədri Güloğlan Məmmədov və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.
Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (bukletlər və “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları və.s.) tədbir iştirakçılarına paylanılmışdır.

Rəşid Behbudov adına Mahnı Teatrında “Narkomaniya bəşər..
Dövlət Komissiyasının işçi qrupu Xətai Rayon İcra Hakim..
Dövlət Komissiyasının işçi qrupu Yasamal Rayon İcra Hak..
Dövlət Komissiyasının işçi qrupu Pirallahı Rayon İcra H..
Dövlət Komissiyasının işçi qrupu Səbail Rayon İcra Haki..
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəs..

Dövlət Komissiyasının işçi qrupu Nərimanov Rayon İcra H..
Dövlət Proqramının icrası ilə əlaqədar Dövlət Komissiya..
26 iyun - BMT-nin Narkotiklərlə Mübarizə Günü” ilə əl..
Dənizkənarı bulvar ərazisində “Narkomaniyadan özümüzü q..
625 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr m..