"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə valideynlər üçün maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb regional şöbəsinin və şəhər prokurorunun əməkdaşları çıxış edərək, narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahədə məlumatlılığın artırılmasının əhəmiyyəti, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə valideynlər tərəfindən daimi söhbətlərin aparılması və bu istiqamətdə nəzarətin gücləndirilməsi, habelə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və ağır fəsadları barədə ətraflı məlumat vermişlər.
Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr" adlı kitabça, həmçinin "Valideynlər üçün tövsiyə", "Rəqəmsal mühitdə gizli narkotik riskləri" və "Psixotrop maddələr haqqında həqiqət", "Məlumatlı ol, cinayət törətmə" adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.

Narkoloji qeydiyyat barədə arayış ASAN xidmət tərəfində..
Mingəçevir Dövlət Universitetində narkomanlığa qarşı ma..
Gəncə Dövlət Universitetində narkomanlığa qarşı maarifl..
Gəncə şəhərində valideynlər üçün maarifləndirici tədbir..
Növbəti maarifləndirici aksiya Gəncədə təşkil olunub...
Bayram günlərində "802 Qaynar Xətt" WhatsApp üzərindən ..
Bölgələrdə narkomanlığa qarşı maarifləndirici aksiyalar..
Xızı rayonunda məhkəmə qərarları əsasında müsadirə olun..
Şabran rayonunda məhkəmə qərarları əsasında müsadirə ol..
Növbəti maarifləndirici aksiya Mingəçevirdə təşkil olun..
Mingəçevir şəhərində valideynlər üçün maarifləndirici t..
Lənkəran Dövlət Universitetində narkomanlığa qarşı maar..