Qalereya

26 İyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Binəqədidə tədbirlər keçirildi

26 iyun BMT-nin "Narkotiklərlə mübarizə günü" ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Binəqədi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir təşkil olunmuşdur.

Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini, rayon komissiyanın sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi, rayon polis şöbəsinin əməkdaşları, Bakı Şəhər Narkoloji Mərkəzin  nümayəndəsi müəllimlər və şagirdlər.

Çıxışlar zamanı narkotik vasitələrdən istifadənin doğurduğu tibbi, sosial və hüquqi fəsadlar, narkomaniyanın insan sağlamlığına, ailə institutuna və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, mövcud qanunvericilik mexanizmləri, profilaktik tədbirlərin əhəmiyyəti və gənclərin sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili məsələləri diqqətə çatdırılıb. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı bukletlər  iştirakçılara paylanılıb.

/img/gallery/100x100/2026_06_25_09_53_07_960f.JPG
  1. 26 İyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Binə..

  2. 26 İyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Binə..

  3. 26 İyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Binə..

  4. 26 İyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Binə..